Məhkəmə qərarları › İş №e-2(028)-433/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-433/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-433/2025 14.08.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı “Bank VTB(Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “texniki overdraft nəticəsində yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Bank VTB(Azərbaycan)” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh ilə bağlanmış xx.xx.2016-ci il tarixli CP-AZN-166815-01 saylı Kart hesabı müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə 399,08 manat məbləğində əsas borc, 50,44 manat cərimə, cəmi 449,52 manat və 30 manat ödənilmiş dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2016ci il tarixli CP-AZN-166815-01 saylı Kart hesabı müqaviləsi bağlanmış və həmin müqavilənin 1-ci bəndinə əsasən bank tərəfindən cavabdehə manat valyutasında olan AZ93VTBA**********6815AZN002 nömrəli kart hesabı açılmışdır. Bundan sonra xx.xx.2016ci il tarixində (həmin tarixə USD məzənnəsi 1.5456 manat olmuşdur) cavabdeh tərəfindən AZN kartından USD–lə əməliyyatlar həyata keçirilmiş və bu əməliyyatların silinməsi xx.xx.2016-cı il tarixində (həmin tarixə USD məzənnəsi qalxaraq 1.5487 manat olmuşdur) icra olunduğu üçün məzənnə fərqindən texniki overdraft borcu yaranmışdır. Bununla əlaqədar olaraq yaranmış texniki overdraft nəticəsində cavabdehin xx.xx.2025-ci il tarixinə banka 399,08 manat məbləğində əsas borc, 50,44 manat məbləğində cərimə, ümumilikdə isə 449,52 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış “Kart hesabı müqaviləsi”nin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək cavabdehin vəzifəsidir. “Kart hesabı müqaviləsi”nin 3.3.8-ci bəndinə görə kart hesabı üzrə ödəniş limiti çərçivəsində kart əməliyyatları aparmaq və kart hesabı üzrə texniki kart overdraftının yaranmasına yol verməmək cavabdehin vəzifəsinə aid edilmişdir. Texniki kart overdraftı yaranacağı təqdirdə isə texniki overdraftın yarandığı andan etibarən Banka olan borcu ödəmək cavabdeh öz öhdəsinə götürmüş, əks halda, cavabdehə Bankın tarifləri ilə nəzərdə tutulan miqdarda dəbbə pulunun hesablanması nəzərdə tutulmuşdur. Banklararası kart mərkəzi üzərindən əməliyyatların aparılmasına dair kollektiv sazişinin 3-cü bəndində (əməliyyatların aparılması) əməliyyatların aparılmasının ardıcıllığı müəyyən olunmuşdur. Banklararası kart mərkəzi vasitəsilə həyata keçirilən əməliyytlar üzrə hesablaşmaların aparılması məqsədilə klirinq fayları 30 (otuz) təqvim günündən gec olmayaraq banklararası kart mərkəzinə ötürülə bilər. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli 6-1.11-2-2022- 14384 saylı məktubunda göstərilmişdir ki, klirinq fayları banklararası kart mərkəzinə təqdim edildikdə həmin gün hesablaşmalar başa çatdırılır. Əməliyyatlar fərqli valyutalarda aparıldıqda, Sazişin 5.3-cü bəndinə uyğun olaraq Banklararası kart mərkəzində interçeync üzrə komissiyanın hesablanması zamanı konvertasiya əməliyyatlarında hesablaşmanın aparıldığı əməliyyat gününə Mərkəzi Bankın rəsmi məzənnəsi əsas götürülür. Bu isə əməliyyatın aparıldığı günün valyuta məzənnəsi ilə fərqli ola bilər. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanına çatdırılmış, lakin ondan məhkəməyə heç bir sənəd daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutalara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan sənədlərdən müəyyən olunmuşdur ki, CP-AZN-166815-01 saylı xx.xx.2016-cı il tarixli Kart hesabı müqaviləsinə əsasən “Bank VTB(Azərbaycan)” ASC Cavabdeh müqaviləyə uyğun olaraq kart vasitəsilə aparılan əməliyyatlarını həyat keçirmək üçün müştəriyə kart hesabı açmaq öhdəliyin, müştəri isə banka komisyon haqlarını ödəmək öhdəliyini götürür. Maliyyə arayışına əsasən Cavabdeh CP-AZN-166815-01 saylı xx.xx.2016-cı il tarixdə “Bank VTB(Azərbaycan)” ASC-yə 399,08 manat əsas borc, 50,44 manat cərimə borcu, cəmi 449,52 manat borcu vardır. Pretenziyaya görə cavabdeh “Bank VTB(Azərbaycan)” ASC tərəfindən banka borcu olması barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda göstərilən maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: -1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; -1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. - 1092.2. əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. - 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. -1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: -1093.2.1 Əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; -1093.2.2. Əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. -1094 Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, cavabdehdən 399,08 manat əsas borc və 20 manat cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli CP-AZN-166815-01 saylı Kart hesabı müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə 399,08 manat məbləğində əsas borc, 20 manat cərimə, cəmi 419,08 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı “Bank VTB(Azərbaycan)” ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar