Məhkəmə qərarları › İş №e-2(028)-443/2022

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(028)-443/2022

24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(028)-443/2022 24.08.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinov sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Məhkəmə Komleksinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 865,18 ABŞ dolları əsas borc, 202,49 ABŞ dolları faiz borcu, 1571,50 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 125,04 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə cəmi 2764,21 ABŞ dolları və 67 manat ödənilmiş dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək mahiyyəti üzrə məhkəmə hazırlıq iclasında baxılması 24 avqust 2022-ci il tarixə təyin olunmuşdur. 22 avqust 2022-ci il tarixdə iş üzrə iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək yaranmış zərurətlə əlaqədar olaraq e-2(028)- 443/2022 saylı mülki iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin, həmçinin iddiaçı tərəfindən ödənilmiş 67 manat dövlət rüsumunun geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263 - 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilsin. İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. Hakim Vladimir Ruvinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar