Məhkəmə qərarları › İş №e-2(028)-458/2022

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(028)-458/2022

16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(028)-458/2022 16.08.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, İddiaçı vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh QSC BOKT-a qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında 16 avqust 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsindən İddiaçı Cavabdeh QSC BOKT-a qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(004)-3724/2022 saylı mülki işi Qubadlı Rayon Məhkəməsinin icraatında olan 2(028)-237/2022 saylı mülki işin icraatına birləşdirilməsi üçün aidiyyatı üzrə Qubadlı Rayon Məhkəməsinə göndərilmişdir.Həmin iş üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Nəqliyyat filialı arasında tərtib olunmuş xx.xx.2014-cü il tarixli 11360 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin kredit müqaviləsinə əsasən kredit borcunun və ona hesablanmış faizlərin onun hesabından silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən mülki iş icraata qəbul edilərək iş üzrə məhkəmə hazırlıq iclası 16 avqust 2022-ci il tarixə təyin etdilmişdir. Məhkəmə iclasına iddiaçı və onun vəkili gəlmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib müəyyən etdi ki, Qubadlı Rayon Məhkəməsinin icraatında məhkəmə baxış iclası 16 avqust 2022-ci il tarixinə təyin edilmiş iddiaçı Cavabdeh QSC BOKT-un cavabdeh İddiaçı qarşı əsas və faiz borcunun ödənilməsi tələbi barədə 2(028)-237/2022 nömrəli mülki iş vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Qubadlı Rayon Məhkəməsinin icraatında olan 2(028)-237/2022 nömrəli və e-2(028)-458/2022 nömrəli mülki işlərə birlikdə baxılması üçün onların bir icraatda birləşdirilməsi məqsədəuyğundur. Qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı BOKTCavabdeh QSC-nin cavabdeh İddiaçı qarşı əsas və faiz borcunun ödənilməsi tələbi barədə 2(028)-237/2022 nömrəli və İddiaçı Cavabdeh QSC BOKT-a qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair e-2(028)-458/2022 nömrəli mülki işlər birlikdə baxılması üçün 2(028)-237/2022 nömrəli mülki işdə birləşdirilsin. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar