Məhkəmə qərarları › İş №e-2(028)-46/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-46/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-46/2025 17.02.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X10 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, "xxxx" ASC-nin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, X5 vərəsəsi Cavabdeh iddiaçı"xxxx" ASC-nin xeyrinə kart krediti üzrə 494,91 manat əsas borc, 28,22 manat faiz borcu olmaqla, cəmi 523,13 manat borc, nağd kredit üzrə 3408,86 manat əsas borc olmaqla, cəmi 3408,86 manat borcunun, ödənilmiş 59,32 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, "xxxx" ASC ilə X8 arasında xx.xx.2020-ci il tarixli BPM**********95 nömrəli X12 müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən X7 illik 24 %-lə, 36 ay müddətinə 500 manat məbləğində kredit limiti ayrılmış və 18 %-lə, 48 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Elektron informasiya sistemindən əldə olunmuş məlumata əsasən X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Sumqayıt şəhər 1 saylı notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh vərəsəlik işi açılmışdır. Bankın Sumqayıt filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixli BPM**********95 nömrəli X12 müqaviləsi üzrə X1 krediti üzrə xx.xx.2024-cü ilədək banka ödənilməmiş 494,91 manat əsas borc, 28,22 manat faiz borcu olmaqla, cəmi 523,13 manat borc, nağd krediti üzrə xx.xx.2024-cü ilədək banka ödənilməmiş 3408.86 manat əsas borc olmaqla, cəmi 3408,86 manat borcu qalmışdır. Həmçinin iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 59,32 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X4 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-39327/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Bunları nəzərə alaraq iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, atasından miras olaraq dəyəri 2000 manat olan maşın qalmışdır. Borcu ödəmək imkanı yoxdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından olan Azərbaycan Beynəlxalq Bankının BPM**********95 saylı xx.xx.2020-ci il tarixli X12 müqaviləsində görünür ki, Azərbaycan Beynəlxalq Bankı tərəfindən müqaviləyə əsasən bank müştərinin adına (X7) bank hesablarını açmağı, müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim etməklə 15000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24%-dək ödəmək şərtilə kredit limitini ayırmağı, müştəri isə tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmadan görünür ki, Azərbaycan Beynəlxalq X2 illik 24% dərəcəsi ilə 36 ay müddətinə 500 manatlıq kredit xətti açır. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı Notariat ofisinin 1969 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka Cavabdeh xx.xx.2021-ci il tarixli 2V-137 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi oğlu Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak: - Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AD921564 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA**********3563 mühərrik nömrəsi ******* və buraxılış ili 2005-ci il olan VAZ 21074 minik markalı 10NV771 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X6 "xxxx" ASC-yə kredit xətti müqaviləsi üzrə 494,91 manat əsas borcu, 28,22 manat faiz borcu, cəmi 523,13 manat borcu var. (Kreditin müddəti 36 ay, illik faiz dərəcəsi 24%, kredit xəttinin məbləği 300 manat) İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X6 "xxxx" ASC-yə 213TBLL203380002 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 3408,86 manat borcu var. (Kreditin müddəti 48 ay, illik faiz dərəcəsi 18%, kreditin məbləği 3500) İş materiallarından görünür ki, "xxxx" ASC kredit alanın vərəsəsinə xəbərdarlıq göndərmişdir. Xəbərdarlıqda göstərilir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlığın tələb etdiyi tərzdə, yəni şərtlənilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mərhum X5 vərəsəsi oğlu Cavabdeh olduğundan onun kredit müqavilələri üzrə öhdəlikləri vəzifə olaraq Cavabdeh tərəfindən icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh kart kredit borcu üzrə 494,91 manat əsas borc, 28,22 manat faiz borcu, nağd kredit borcu üzrə ödənilməmiş 3408,86 manat borc, cəmi 3931,99 manat, 59,32 manat ödənilmiş dövlət rüsumunun əvəzi və 0,4 manat bank xidmət haqqının əvəzi "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar