Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-481/2024 28.10.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X18 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinədair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat sığorta ödənişinin və 35 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1535 manatın xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçı işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X10 arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdə “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və X2 ağır xəsarət yetirmişdir. Qeyd olunan sığorta hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən 1500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Suraxanı RPİ İstintaq şöbəsinin qərarında Cavabdeh Azərbaycna Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. Suraxanı RPİ İstintaq şöbəsinin "xxxx" ASC-yə təqdim etdiy arayışa əsasən Cavabdeh yol nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilir. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 096-19627-1119 saylı xx.xx.2019-cu il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə arayışdan görünür ki, mülkiyyətçisi X13 olan “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2018-ci il tarixdə saat 16:00-da Suraxanı rayonu Z.Tağıyev küçəsində piyadanı vuran zaman sürücülük vəsiqəsi olmayan Cavabdeh idarə etmişdir. X3 ağır xəsarət yetirilmişdir. İş materiallarında olan 1(010)-180/2019 saylı xx.xx.2019-cü il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmündən görünür ki, Cavabdeh 19 noyabr 2018-ci il tarixdə, saat 16 radələrində X11 mülkiyytində, etibarnamə əsasında isə faktiki olaraq X1 olan “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi ilə hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, bundan sonra isə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi ilə hərəkətdə olub 114 nömrəli məktəb istiqamətində dönərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, mövcud şəraitdə hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, dönmə əməliyyatı apararkən avtomobili öz hərəkət zolağında təhlükəsiz hərəkətini təmin etməli, avtomobili yolun sol ehtiyyat hissəsinə çıxartmamalı və avtomobilin yolun sol ehtiyyat hissəsinə çıxmasına səbəb olan hərəkət təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol verməməli olduğu halda bunlara riayət etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq avtomobilin qabaq sol tərəfi ilə yolun sol ehtiyyat hissəsində dayanmış 20 sentyabr 2008-ci il təvəllüdlü piyada X8 ehtiyatsızlıqdan vuraraq ona sağ bud sümüyünün qapalı yerdəyişən sınığı nəticəsində sağ incik sinirinin zədələnməsi fonunda sağ diz və sağ aşıq-baldır oynağında güclü dərəcəli kontraktura (50%) kimi ümumi əmək qabiliyyətinin 1/3-dən çox (50%) hissəsinin itirilməsi ilə nəticələnmiş və bu əlamətə görə onun sağlamlığına ağır zərər vurulmasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Hökmə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Eyni zamanda zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçı X6 ərizəsi baxılmamış saxlanmış, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçı X9 izah edilmişdir ki, o, sonradan mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə haqlıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 273/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X12 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 1(010)-180/2019 saylı hökmü cəzaya və mülki iddianın baxılmamış saxlanılmasına aid hissədə dəyişdirilmiş, hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib barəsində təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasından ibarət əlavə cəza artırılaraq 02 (iki) il, 01(bir) il 09 (doqquz) ay müdətinə azadlıqdan məhrumetmə cəzası isə artırılaraq 02 (iki) il 06 (altı) ay həddində müəyyən edilmiş, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X12 tərəfindən ibtidai istintaq orqanına verilmiş və onun iş üzrə mülki iddiaçı qismində tanınması üçün əsas hesab edilmiş, iş materiallarının 220 vərəqəsində olan ərizə geri qaytarılmış və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X9 izah olunmuşdur ki, o, sonradan məhkum olunmuş şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər. İş materiallarında olan PAA********** saylı xx.xx.2018-ci il tarixli Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta Müqaviləsindən görünür ki, sığortalı X10 “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini sığortalamışdır. Müqavilə xx.xx.2019-cu il tarixdə qüvvədən düşür. İş materiallarında olan "xxxx" ASC-nin 012643 saylı xx.xx.2019-cu il tarixli Ödəniş tapşırığından görünür ki, "xxxx" ASC X6 hesabına PAA********** sığorta ödənişinə görə 1500 manat pul vəsaiti köçürmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin qəbzindən görünür ki, "xxxx" ASC məhkəməyə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 35 manat ödəniş etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: - 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; - 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-ci maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vəzifələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə müvafiq olaraq, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1114.2-ci maddəsinə əsasən birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1500 manat sığorta ödənişi və 35 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №e-2(028)-481/2024
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-481/2024
28.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver