Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-485/2024 30.10.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X9 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh xeyrlərinə BPM**********54 saylı xx.xx.2020-cil tarixli müqaviləyə əsasən tam kart kredit borcu üzrə 2338,19 manat əsas borcun, 139,64 manat faiz borcu, BPM**********54 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit borcu üzrə banka ödənilməmiş 6151,25 manat və ödənilmiş 106,3 manat dövlət rüsumunun, habelə 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X7 arasında bağlanmış BPM**********54 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə, illik 20% dərəcəsi ilə hesablanmaqla, 3000 manat məbləğində kredit limiti açılmışdır. Həmçinin "xxxx" ASC ilə arasında bağlanmış BPM**********54 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 48 ay müddətinə, illik 18% dərəcəsi ilə hesablanmaqla, 7200 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Sumqayıt şəhər 3 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən mərhum X4 xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmış və Cavabdehxx.xx.2023-cü il tarixdə “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Miras əmlak ƏMDK yanında DƏDRX-nın Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş, **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, X10 1793 ünvanında yerləşən, ümumi sahəsi 0,05 ha olan torpaq sahəsinin ½ hissəsindən ibarətdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh BPM**********54 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit borcu üzrə banka ödənilməmiş 6151,25 manat borcu qalmışdır. Maliyyə arayışına əsasən Cavabdeh BPM**********54 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən tam kredit borcu üzrə banka ödənilməmiş 2338,19 manat əsas və 139,64 manat faiz borcu qalmışdır. Cavabdeh X4 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəflərindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdırlar. Bundan başqa hazırki mübahisə üzrə iddia qiyməti cəmi 8629,08 manat olduğundan, tərəflərindən 106,30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir. Bunları nəzərə alaraq iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından olan Azərbaycan Beynəlxalq Bankının BPM**********54 saylı xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsində görünür ki, Azərbaycan Beynəlxalq Bankı tərəfindən müqaviləyə əsasən bank müştərinin adına (X5) bank hesablarını açmağı, müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim etməklə 15000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 20%dək ödəmək şərtilə kredit limitini ayırmağı, müştəri isə tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmadan görünür ki, Azərbaycan Beynəlxalq X1 illik 20% dərəcəsi ilə 36 ay müddətinə 3000 manatlıq kredit xətti açır. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Ərizələrdən görünür ki, Cavabdeh Sumqayıt şəhər 3 saylı notariat ofisinə əri X4 ölməsi ilə əlaqədar olaraq onun tam mülkiyyətində olmuş Sumqayıt şəhəri, X10, 1793 ünvanında yerləşən ümumi sahəsi torpaq sahəsinin ərinin vərəsəsi olaraq adına rəsmiləşdirilməsinə dair müraciətlər etmişdir. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli Şəhadətnaməsindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak: - ƏMDK-nin yanında DƏDRXnin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə X6 verilmiş **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, X10, 1793 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan torpaq sahəsinin ½ hissəsindən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi **********NC71401 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Sumqayıt şəhəri, X10, 1793 ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarında olan Ər-arvadın ümumi əmlakında paya saq qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqında xx.xx.2023-cü il tarixli Şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 qalmış arvadı Cavabdeh onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Cavabdeh mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi əmlakı ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə Cavabdeh verilmiş **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən Sumqayıt şəhəri, X10, 1793 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan torpaq sahəsindən ibarətdir. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı Sumqayıt şəhəri, X10, 1793 ünvanında yerləşən torpaq sahəsinin ½ hissəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X4 "xxxx" ASC-yə xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsi üzrə 2338,19 manat əsas borcu, 139,64 manat faiz borcu, cəmi 2477,83 manat borcu var. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X4 "xxxx" ASC-yə 213TKDL202030001 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 6151,25 manat borcu var. (Kreditin müddəti 48 ay, illik faiz dərəcəsi 18%, kreditin məbləği 7200) İş materiallarından görünür ki, "xxxx" ASC kredit alanın vərəsəsinə xəbərdarlıq göndərmişdir. Xəbərdarlıqda göstərilir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlığın tələb etdiyi tərzdə, yəni şərtlənilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mərhum X4 vərəsəsi arvadı Cavabdeh olduğundan onun kredit müqavilələri üzrə öhdəlikləri vəzifə olaraq Cavabdeh tərəfindən icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-cil tarixli kredit müqaviləsinə əsasən tam kart kredit borcu üzrə 2338,19 manat əsas borc, 139,64 manat faiz borcu, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit borcu üzrə ödənilməmiş 6151,25 manat borc, 106,3 manat ödənilmiş dövlət rüsumunun əvəzi və 0,4 manat bank xidmət haqqının əvəzi "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №e-2(028)-485/2024
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-485/2024
30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver