Məhkəmə qərarları › İş №e-2(028)-494/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-494/2022

18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-494/2022 18.10.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli SULMB-05902 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 4733,57 (dörd min yeddi yüz otuz üç manat, əlli yeddi qəpik) manat, faiz borcuna görə 559,3 (beş yüz əlli doqquz manat otuz qəpik) manat, cərimə borcuna görə 552,5 (beş yüz əlli iki manat əlli qəpik) manat olmaqla, borcun cəmi məbləği 5845,37 (beş min səkkiz yüz qırx beş manat, otuz yeddi qəpik) manat məbləğində pulun və 78,46 (yetmiş səkkiz manat qırx altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC- nin xeyrinə tutulmasına, tələblərin xx.xx.2021-ci il tarixli SULMB-05902 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Sumqayıt» filialı ilə cavabdeh - Cavabdeh arasında xx.xx.2021-ci il tarixli SULMB-05902 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş aşağıda adları çəkilən qızıl-zinət əşyalarına yönəldilməsi: Kolye- 1 ədəd, çəkisi - 23,8 qr, əyarı -583; Qolbaq- 1 ədəd, çəkisi — 12,5 qr, əyarı -583; Komplekt- 1 ədəd, çəkisi - 21 qr, əyarı -583; Üzük- 1 ədəd, çəkisi - 5 qr, əyarı -583; Boyunbağı+kulon- 2 ədəd, çəkisi — 9,3 qr, əyarı -583; Sırğa- 1 ədəd, çəkisi — 2 qr, əyarı -583; Tək sırğa- 1 ədəd, çəkisi - 1,4 qr, əyarı -583; Qolbaq- 1 ədəd, çəkisi - 1,29 qr, əyarı -583; Sırğa- 1 ədəd, çəkisi - 3,3 qr, əyarı -750; Üzük- 5 ədəd, çəkisi - 23 qr, əyarı - 750;Cəmi: 102,59 qr. Həmin qızıl-zinət əşyalarını açıq hərracdan sataraq əldə edilmiş vəsait xx.xx.2021-ci il tarixli SULMB-05902 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 5845,37 (beş min səkkiz yüz qırx beş manat, otuz yeddi qəpik) manat məbləğində pulun və 78,46 (yetmiş səkkiz manat qırx altı qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsinə yetərli olmadığı halda qalan borcun Cavabdeh ümumi qaydada tutulmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçı işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit SULMB-05902 saylı müqaviləsinə əsasən bank cavabdehə illik 29 % olmaqla 24 ay müddətinə 5750 ( beş min yeddi yüz əlli) manat məbləğində kredit vermişdir. Cavabdeh müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh ilə saxlanc girov müqaviləsi bağlanılmışdır. Ödəniş cədvəli əsasında cavabdeh hər ay 318,56 manat ödəniş etməli olduğu halda öz öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Hazırda cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. xx.xx.2022-ci il tarixədək cavabdehin banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 4733,57 manat əsas borcu, 559,30 manat faiz borcu, 552,5 manat dəbbə pulu,cəmi 5845,37 (beş min səkkiz yüz qırx beş,37) manat borcu olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə belə təminat verə bilməzsə, kreditor dərhal icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 29 % olmaqla 24 ay müddətinə 5750 ( beş min yeddi yüz əlli) manat məbləğində kredit vermişdir.Tərəflər bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə məsuliyyət daşıyırlar. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli saxlanc girovu haqqında müqaviləsinə əsasən-girov qoyan Cavabdeh girov predmeti olan qızıl zinət əşyaları girov saxlayana girov qoyur. İş materiallarında olan və İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli girov predmeti olan qızıl zinət əşyalarını qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktından görünür ki,kredit məbləğinin və ona hesablanmış faizlərin təminatı kimi Kolye- 1 ədəd, çəkisi - 23,8 qr, əyarı -583;Qolbaq- 1 ədəd, çəkisi — 12,5 qr, əyarı -583;Komplekt- 1 ədəd, çəkisi - 21 qr, əyarı -583;Üzük- 1 ədəd, çəkisi - 5 qr, əyarı - 583;Boyunbağı+kulon- 2 ədəd, çəkisi — 9,3 qr, əyarı -583;Sırğa- 1 ədəd, çəkisi — 2 qr, əyarı -583;Tək sırğa- 1 ədəd, çəkisi - 1,4 qr, əyarı -583;Qolbaq- 1 ədəd, çəkisi - 1,29 qr, əyarı -583;Sırğa- 1 ədəd, çəkisi - 3,3 qr, əyarı -750;Üzük- 5 ədəd, çəkisi - 23 qr, əyarı - 750;Cəmi: 102,59 qr, dəyəri 6063,25 manat, bazar dəyəri 8983,64 manat. İş materiallarında olan və İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixədək 4733,57 manat əsas borcu, 559,30 manat faiz borcu, 552,5 manat dəbbə pulu, cəmi 5845,37 (beş min səkkiz yüz qırx beş,37) manat borcu var. Ödəniş cədvəli əsasında cavabdeh hər ay 318,56 manat ödəniş etməli olduğu halda öz öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Hazırda cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. İddiaçı ASC cavabdehə bildiriş göndərmişdir. Bildirişdə borcun İddiaçı ASC-yə ödənilməsinin təmin edilməsi göstərilmişdir.Əks təqdirdə borcunun məcburi ödənilməsi üçün bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir. Azərbayçan Respublikası MM-in 269.1-ci maddəsinə əsasən,girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbayçan Respublikası MM-in 301-ci maddəsinə əsasən,saxlanc elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296-ci maddəsinə əsasən,girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297-ci maddəsinə əsasən,girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298-ci maddəsinə əsasən, bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən,bu Qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra yüklülük predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi yüklülük predmetinin satılmasından 10 (on) iş günü müddətində yüklülük verənə qaytarılır.Əgər yüklülük predmetinin satışından götürülən məbləğ yüklülük sahibinin tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda yüklülük sahibinin yüklülüyə əsaslanan üstünlük hüququ yoxdur.Yüklülük sahibi bu Qanunun 18.3-cü maddəsinin tələblərini pozduqda, yüklülük verən qarşısında bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbayçan Respublikası MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, dəbbə pulunun məbləği - 552,50 manat tənasübsüz surətdə yüksəkdir və müvafiq olaraq 50 manat məbləğinində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki,dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli SULMB-05902 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 4733,57 (dörd min yeddi yüz otuz üç manat, əlli yeddi qəpik) manat, faiz borcuna görə 559,3 (beş yüz əlli doqquz manat otuz qəpik) manat, cərimə borcuna görə 50 (əlli) manat olmaqla, cəmi 5342,87 (beş min üç yüz qırx iki manat, səksən yeddi qəpik) manat məbləğində pulun və 78,46 (yetmiş səkkiz manat qırx altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC- nin xeyrinə tutulsun. Tələb xx.xx.2021-ci il tarixli SULMB-05902 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Sumqayıt» filialı ilə cavabdeh - Cavabdeh arasında xx.xx.2021-ci il tarixli SULMB-05902 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş aşağıda adları çəkilən qızıl-zinət əşyalarma yönəldilsin:Kolye- 1 ədəd, çəkisi - 23,8 qr, əyarı -583;Qolbaq- 1 ədəd, çəkisi — 12,5 qr, əyarı - 583;Komplekt- 1 ədəd, çəkisi - 21 qr, əyarı -583;Üzük- 1 ədəd, çəkisi - 5 qr, əyarı - 583;Boyunbağı+kulon- 2 ədəd, çəkisi — 9,3 qr, əyarı -583;Sırğa- 1 ədəd, çəkisi — 2 qr, əyarı -583;Tək sırğa- 1 ədəd, çəkisi - 1,4 qr, əyarı -583;Qolbaq- 1 ədəd, çəkisi - 1,29 qr, əyarı -583;Sırğa- 1 ədəd, çəkisi - 3,3 qr, əyarı -750;Üzük- 5 ədəd, çəkisi - 23 qr, əyarı - 750;Cəmi: 102,59 qr.Həmin qızıl-zinət əşyaları açıq hərracdan sataraq əldə edilmiş vəsaitdən xx.xx.2021-ci il tarixli SULMB-05902 saylı kredit müqaviləsi üzrə cəmi 5342,87 (beş min üç yüz qırx iki manat, səksən yeddi qəpik) manat məbləğində pulu və 78,46 (yetmiş səkkiz manat qırx altı qəpik) manat məbləğində dövlət rüsumu ödənilsin. Həmin məbləğ yetərli olmadığı halda qalan borcu Cavabdeh ümumi qaydada tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar