Məhkəmə qərarları › İş №e-2(028)-548/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-548/2022

24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-548/2022 24.10.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 iyun 2021-ci il tarixli SUKRK-00758 saylı kredit müqaviləsi üzrə 300 manat əsas borc, 27,29 manat faiz borcu və 0 manat dəbbə borcu olmaqla cəmi 327,29 manat borcun və 30 manat ödənilmiş dövlət rüsümuna dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanılmış 10 iyun 2021-ci il tarixli SUKRK-00758 saylı kredit müqaviləsinə əsasən illik 25%-lə 24 ay müddətinə 300 manat cavabdehə kredit verilmişdir. Müqavilənin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış əsas, faiz və cərimə məbləğlərini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.Bu barədə dəfələrlə yazılı və şifahi xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyin icrasından qərəzli olaraq yayınmışdır.Cavadeh ödəniş cədvəlinə əsasən hər ayın 10-dan gec olmayaraq hər ay 16,36 manat ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir.Maliyyə arayışına görə cavabdehin 10 iyun 2021-ci il tarixli SUKRK-00758 saylı kredit müqaviləsi üzrə 300 manat əsas borc, 27,29 manat faiz borcu və 0 manat dəbbə borcu olmaqla cəmi 327,29 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanına çatdırılmış, lakin ondan məhkəməyə heç bir sənəd daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutalara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 10 iyun 2021-ci il tarixli SUKRK-00758 saylı “Kartmane” xidməti üzrə müqaviləsindən görünür ki, bank (İddiaçı ASC) müştəriyə (Cavabdeh) cari hesab açır, həmin hesaba bağlı kartın verir, təyinatı şəxsi istehlak olan kredit xəttini ayırır və bu müqavilədə nəzərdə tutulan digər bank xidmətlərini göstərir, müştəri isə ona ayrılmış kredit üzrə borcu, ona hesablanmış faizləri banka qaytarmağı və bank xidmətləri üzrə bankın daxili tariflərinə əsasən müəyyən edilən xidmət haqqı/komissiyaların ödənilməsini öz üzərinə götürür.Bank tərəfindən müştəriyə Kartmane kartı üzrə 24 ay müddətinə 300 manat məbləğində kredit xətti ayrılır.Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 25% təşkil edir. RB-02/PK-5974 nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh 10 iyun 2021-ci il tarixli SUKRK-00758 saylı kredit müqaviləsi üzrə 300 manat əsas borc, 27,29 manat faiz borcu və 0 manat dəbbə borcu olmaqla cəmi 327,29 manat borcu vardır. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC Cavabdeh Cəmiyyətə borcuna dair məktub göndərmişdir.Bildirilmişdir ki, borc qısa zamanda ödənilmədiyi halda qanunamüvafiq tədbirlər görüləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda göstərilən maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 10 iyun 2021-ci il tarixli SUKRK-00758 saylı kredit müqaviləsi üzrə 300 manat əsas borc, 27,29 manat faiz borcu və 0 manat dəbbə borcu olmaqla cəmi 327,29 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar