Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(028)-661/2025 07.11.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Bəyistan oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı alimentin indeksasiya edilməsinə dair iddiası üzrə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin indeksasiya edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-213/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh Fateh oğlu və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 manat sabit pul məbləğində aliment məbləğinin indeksasiya edilərək, hər uşağa görə bu il üzrə minumum əmək haqqının 64.3 misli olmaqla, ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqı məbləğinin artımı ilə şərtləndirməklə, sonrakı artımlar nəzərə alınmaqla təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron ərizə ünvanlayaraq, elektron məhkəmə portalında işin 8 indekslə göndərilməsinin mümkün olmaması səbəbindən ərizəni mülki iş kimi göndərdiklərini bildirərək materialların geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilinin ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əsilləri geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. HAKİM SAMİR İSMAYİLOV
Məhkəmə qərarları › İş №e-2(028)-661/2025
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(028)-661/2025
07.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver