Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-704/2025 26.01.2026 QUBADLI RAYON MƏHKƏMƏSİ X8 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15663,90 manat əsas, 458,79 manat faiz, cəmi 16122,69 manat borcun və ödənilmiş 138,77 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə elektron kabinet vasitəsi ilə ünvanlanmış ərizədə iddiaçının nümayəndəsi işə onların iştirakı olmadan baxılması və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsalandırılmışdır ki, bank tərəfindən X3 şəxsi (istehlak) məqsədləri üçün 48 ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 17000 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı iddiaçı ilə X4 arasında xx.xx.2024-cü il tarixli ******* saylı Krеdit müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2024-cü il tarixli 1267233/51286 saylı Zaminlik Müqaviləsinə əsasən X1 qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh ona zamin durmuşdur. Zaminlik Müqaviləsinin 1.1.-ci bəndinə görə bоrcalan bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirənədək zaminlər, bоrcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Krеdit Müqaviləsinin şərtlərinə əsasən Arzuman Fərhadovun xx.xx.2025-ci il tarixinə əsas borcu 15663,9 manat, faiz borcu 458,79 manat, cəmi 16122,69 manat təşkil edir. İş materiallarına əlavə olunmuş AZ-İİ №511319 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X4 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdeh bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununlа dа cavabdehdən krеdit müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа krеdit müqaviləsinə əsаsən banka оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 16122,69 manat təşkil еdir ki, bu bоrcun dа Cavabdeh tərəfindən ödənilməsi təmin еdilməlidir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, kredit borcu mərhum əri götürmüşdür. O, həyat yoldaşına zamin durmuşdur. Yoldaşının ölümündən sonra ödənişlərdə çətinliyi yaranıb. Ailə yükü üzərində olduğuna görə ödənişlər edə bilmir. Borcun bank tərəfindən yeni cədvəl tutularaq onun əsasında ödənilməsini istəyir. Borcu qəbul edir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmş sənədlərdən müəyyən olunur ki, Fiziki şəxslərə ödəniş kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsinə dair ******* saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İddiaçı ASC tərəfindən borclu X3 illik 15% dərəcəsi ilə 48 ay müddətinə 17000 manat məbləğində kredit verilmişdir. 1267233/51286 saylı, xx.xx.2024-cü il tarixli Zaminlik müqaviləsinə əsasən Cavabdeh X4 ilə İddiaçı ASC arasında bağlanılmış ******* saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə kredit almışın banka olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissiya, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyəti daşıyır. İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən X2 ******* saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən banka əsas borc üzrə 15663,9 manat, faiz borcuna görə 458,79 manat, cəmi 16122,69 manat borcu vardır. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X4 xx.xx.2025-ci il tarixdə ölmüşdür. İddiaçı ASC Qubadlı Rayon Məhkəməsinə qiymətləndirilən iddia tələbinə baxılmasına dair 138,77 dövlət rüsumu ödəmişdir. İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış bildirişə əsasən o, kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 739-cu maddəsinə müvafiq olaraq borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. - 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin məhkəmə tərəfindən tədqiq edilmiş hallarından müəyyən edilir ki, Cavabdeh mərhum cavabdeh Arzuman Fərhadovun zamini olduğuna görə iddia tələbi təmin olunmalı, ondan 15663,90 manat əsas borc, 458,79 manat faiz borcu, cəmi 16122,69 manat borc və ödənilmiş 138,77 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 15663,90 manat əsas borc, 458,79 manat faiz borcu, cəmi 16122,69 manat borc və 138,77 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №e-2(028)-704/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-704/2025
26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver