Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(028)-707/2025 28.11.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 350 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğin, 30 manat dövlət rüsumu, cəmi 380 manatın xeyrlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, iş məhkəmə icraatında olarkən tərəflər arasında razılaşma əldə olunduğundan iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: - 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. - 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qanunvericilik normalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının ərizəsinə əsasən iddia ərizəsi və onun məhkəmədə baxılmasına görə ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 284, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzə əsasən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən alınaraq "xxxx" ASC-yə qaytarılsın. Qərardadın rüsum hissədə icrası X2 İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №e-2(028)-707/2025
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(028)-707/2025
28.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver