Məhkəmə qərarları › İş №e-2(028)-747/2025

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(028)-747/2025

26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(028)-747/2025 26.01.2026 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli DKM/002N05A01350922 №-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 1518,02 manat məbləğində əsas borc, xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 13,81 manat məbləğində adi faizlər üzrə borc olmaqla,cəmi 1531,83 manat məbləğində pul vəsaiti və qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 13 % dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % dərəcəsi ilə hesablanan penyanın və 35,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən xeyrlərinə tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2026-cı il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmənin icraatında olan e-2(028)-747/2025 saylı mülki işə xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mülki iş üzrə məhkəmə icraatı davam etdiyi zaman cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilmişdir. Hazırda iddia ərizəsi üzrə işin icraatına xitam verilməsi zərurəti meydana gəlmişdir. Tərəflər qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. - 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzə əsasən ödənilmiş 35,40 manat (otuz beş manat qırx qəpik) məbləğində dövlət rüsumu dövlət büdcəsindən alınaraq ASC “Xalq” Bankına qaytarılsın. Qərardadın rüsum hissədə icrası X1 İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar