Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(028)-777/2021 10.12.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulmasına dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı MMC cavabdehdən müqavilə üzrə 296 manat qalıq borcu və 69,35 manat cərimə borcu olmaqla, 365,35 manat borcun və 30 manat dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasına dair ərizə ilə Qubadlı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdeh qismində qoyulmuş Cavabdeh qeydiyyatı Qubadlı rayonu, Xanlıq kəndi göstərilmişdir.Lakin iddia ərizəsinə əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh yaşayış yeri ünvan 1 ünvanıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3-cü maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №e-2(028)-777/2021
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(028)-777/2021
10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver