Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-96/2022 05.05.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Ruvinovun sədrliyi, Məhkəmə iclas katibi X1, İlkin iddia üzrə idiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə idiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə və Cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin ləğvi və pul tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2452 manat dəymiş ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı, ümumilikdə 2552 (iki min beş yüz əlli iki) manatın tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə 16.02.2021-ci ildə imzalanmış icarə müqaviləsinin ləğv edilməsi və İddiaçı 3750 (üç min yeddi yüz) manat maddi ziyan məbləğinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı vəkili və nümayəndəsi ilkin iddia tələbini müdafiə, qarşılıqlı iddianı rədd edərək göstərdi ki, İddiaçı "xxxx" MMC ilə bağlanmış 17 mart 2018-ci il tarixli AL-268 saylı daxili lizinq müqaviləsinə əsasən lizinqə verilmiş “Ravon Nexia R3 minik” markalı **-PR-*** dövlət qeydiyyat nömrəli (qeydiyyat şəhadətnaməsi AD156125 seriyalı, 2017-ci il buraxılışı, ban XWBTF69V9HA047855, ağ rəngli) avtomobili etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh hərəkətləri nəticəsində avtomobilə zərər dəymişdir. 17 sentyabr 2021-ci il tarixdə Cavabdeh İddiaçı icarə haqqını ödəyərkən avtomobildə nasazlıqlar olduğunu aşkarlamışdır. Avtomobilin təmir olunması üçün “RS Avtoservis”-ə aparılmış və sonuncu tərəfindən verilən qüsur aktına əsasən avtomobilə 2452 manat zərər dəymişdir.Lakin Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Tərəflər arasında bağlanmış 59 saylı 16.02.2021-ci il tarixli icarə müqaviləsinin 1.6-ci bəndinə əsasən icarəyə götürən şəxs avtomobili istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Həmin müqaviləsinin 1.8-ci və 4-cü bəndlərinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. Göstərilənləri nəzərə alaraq, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Cavabdeh ilkin iddia tələbini rədd, qarşılıqlı iddianı müdafiə edərək göstərdi ki, 16.02.2021-ci il tarixli icarə müqaviləsinə əsasən “Ravon Nexia R3 minik” markalı **-PR-*** qeydiyyat nömrəli avtomobil ona icarəyə verilmişdir.Depozit olaraq onun tərəfindən 900 manat məbləğində pul ödənilərək, aylıq icarə haqqı gündəlik 15 manat olmaqla, aylıq 450 manat müəyyən edilmiş və müqavilə müddəti 60 ay müəyyən edilmişdir.Lakin müqavilənin 11-ci bəndinə əsasən 60 aylıq müddət keçdikdən sonra icarəyə verən şəxs tərəfindən avtomobilin ona bağışlanması vədi ilə bağlanmışdır. Onun tərəfindən müqavilənin şərtlərinə əməl olunduğu halda, 6 aylıq icarə haqqı ödənilmiş, heç bir əsas olmadan, 11.09.2021-ci ildə avtomobil təmir adı ilə onun razılığı olmadan ondan alınaraq, başqa bir şəxsə icarəyə verilmişdir.Ona qarşı verilmiş iddia əsassızdır. İddiaçı “Ravon Nexia R3 minik” markalı **-PR-*** qeydiyyat nömrəli avtomobili ona icarəyə verərkən və ondan qanunsuz olaraq alarkən avtomobilin ümumi vəziyyətinə dair təhvil-təslim aktı tərtib edilməmiş, qeyd edilən nasazlıqların kimin təqsirli hərəkəti ucbatından baş verdiyi isə tam olaraq qaranlıq qalmışdır. Digər tərəfdən 16.02.2021-ci il tarixli icarə müqaviləsi ləğv edilmədən, tərəflərin hüquq və vəzifələri müəyyən edilmədən qeyri-qanuni olaraq avtomobil başqa bir şəxsə icarəyə verilmişdir.Belə olan halda ödənilmiş 900 manat depozit məbləği və aylıq 450 manat olmaqla 6 aylıq icarə haqqı və 10.09.2021-ci il tarixədək ödənilmiş 150 manat məbləğində pulun aqibəti mübahisə mövzusudur. “İcarə haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər Müqavilə üzrə icarə müddəti qurtardıqdan sonra avtomobilin mülkiyyəti ona dövr edilməli idi. Lakin onun tərəfindən 3750 (üç min yeddi yüz) manat ödəniş edildiyi halda və müqavilənin tələblərinə riayət edildiyi halda heç bir əsas olmadan avtomobil qeyri-qanuni olaraq istifadəsindən alınmış və ona 3750 (üç min yeddi yüz) manat ziyan vurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göstərilənləri nəzərə alaraq, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfi, vəkili və nümayəndəni dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, ilkin iddia qismən təmin, qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarında olan AD seriyalı 156125 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ravon Nexia R3 minik” markalı **-PR-*** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-dir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 17 mart 2018-ci il tarixli AL-268 saylı daxili lizinq müqaviləsinə əsasən İddiaçı sifarişi ilə “Ravon Nexia R3 minik” markalı, ağ rəngli avtomobil sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan №POA********** saylı, 16.02.2021-ci il tarixli və № POA********** saylı, 15.09.2021-ci il tarixli etibarnamələrdən görünür ki, "xxxx" MMC “Ravon Nexia R3 minik” markalı **-PR-*** dövlət qeydiyyat nömrəli (qeydiyyat şəhadətnaməsi AD156125 seriyalı, 2017-ci il buraxılışı, ban XWBTF69V9HA047855, ağ rəngli) avtomobili etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə 16.10.2021-ci il tarixədək vermişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16.02.2021-ci il tarixli 59 saylı icarə müqaviləsindən görünür ki, icarəyə verən şəxs-İddiaçı nəqliyyat vasitəsini icarəyə götürən şəxs - Cavabdeh verir. İş materiallarında olan 16.02.2021-ci il tarixli 59 saylı avtomobilin təhvil-təslim aktından görünür ki, Cavabdeh təhvil verilən “Ravon Nexia R3 minik” markalı **-PR-*** qeydiyyat nömrəli avtomobil texniki baxımdan saz vəziyyətdədir, heç bir qüsuru yoxdur və bütün ləvazimatları yerindədir. İş materiallarında olan və İddiaçı və digər şəxslər tərəfindən tərtib edilmiş 17.09.2021-ci il tarixli aktından görünür ki,17.09.2021-ci il tarixdə Cavabdeh “Ravon Nexia R3 minik” markalı **-PR-*** qeydiyyat nömrəli avtomobili RS servisinin həyətinə gətirib, heç bir sənədləşmə aparmadan açarları üstündə saxlayıb getmişdir. Həmin avtomaşına baxış zamanı 4 detalların dəyişdirdiyini və maddi ziyan dəydiyi aşkar olunmuşdur - akkumulyator, təkər, arxa sağ stop, ön fara (sağ-sol). Belə olan halda “Ravon Nexia R3 minik” markalı **-PR-*** dövlət qeydiyyat nömrəli avtomobil 7 ay ərzində Cavabdeh istifadəsinə olmuşdur. 16.02.2021-ci il tarixli icarə müqaviləsinə əsasən “Ravon Nexia R3 minik” markalı **-PR-*** qeydiyyat nömrəli avtomobil Cavabdeh icarəyə verərək, depozit olaraq onun tərəfindən 900 manat məbləğində pul ödənilərək, aylıq icarə haqqı 450 manat müəyyən edilmişdir. İş materiallarında olan RS Avtoservis tərəfindən tərtib edilmiş 21.10.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktından görünür ki, “Ravon Nexia R3 minik” markalı **-PR-*** dövlət qeydiyyat nömrəli, 2017-ci il buraxılışı, ağ rəngli avtomobilin 9 ehtiyyat hissələrinin xarab olduğu müəyyən olunmuşdur.Ehtiyyat hissələrin və təmirə çəkiləcək xərclərin ümumi dəyəri 2452 manat müəyyən edilmişdir. Ehtiyyat hissələri - 977 manat, işçilik xərcləri -1475 manat. İş materiallarında olan RS Avtoservis tərəfindən tərtib edilmiş 21.10.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktından görünür ki, İddiaçı və digər şəxslər tərəfindən tərtib edilmiş 17.09.2021-ci il tarixli aktında göstərilmiş 4 detalların akkumulyator, təkər, arxa sağ stop, ön fara (sağ-sol) təmirinə çəkiləcək xərclərin ümumi dəyəri 845 manat müəyyən edilmişdir. Həmin məbləğ depozita qoyulmuş 900 manat hesabına ödənilməlidir.Eyni zamanda məhkəmə təmirə çəkilmiş işçilik xərclərini 400 manat miqdarında müəyyən edir. Məhkəmə xüsusi ilə qeyd edir ki, “Ravon Nexia R3 minik” markalı **-PR-*** qeydiyyat nömrəli avtomobil Cavabdeh tərəfindən 17.09.2021-ci ildə RS servisinin həyətinə gətirilmiş, lakin dəymiş zərərin hesablanmasına dair akt bir aydan sonra, 21.10.2021-ci il tarixdə tərtib edilmişdir.Belə olan halda “Ravon Nexia R3 minik” markalı **-PR-*** qeydiyyat nömrəli avtomobil iddiaçının istifadəsində olmuş və 21.10.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktında göstərilmiş avtomobilin 5 ehtiyyat hissələri məhz iddiaçının günahı ucbatından xarab olmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 59 saylı 16.02.2021-ci il tarixli icarə müqaviləsinin 1.6-ci bəndinə əsasən icarəyə götürən şəxs avtomobili istifadə etmə məsuliyyətini öz üzərinə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Həmin müqaviləsinin 1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. Həmin müqaviləsinin 2-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs tərəfindən müqavilənin bütün bəndlərində nəzərdə tutulan əsaslara və qaydalara əməl olunmadıqda nəqliyyat vasitəsini icarəyə verən şəxs birtərəfli qaydada nəqliyyat vasitəsini icarəyə götürən şəxsdən alır və müqaviləyə xitam verir.Lakin iddiaçı tərəfindən nəqliyyat vasitəsini icarəyə götürən şəxs tərəfindən müqavilənin bütün bəndlərində nəzərdə tutulan əsaslara və qaydalara əməl olunmadığını təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məkkəməyə təqdim etməmişdir. Həmin müqaviləsinin 4-cü bəndinə əsasən nəgliyyat vasitəsini icarəyə götürən şəxs hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilatına olan borc qalığını ödəməlidir və ya depozit məbləğindən verilməlidir. 16.02.2021-ci il tarixli icarə müqaviləsinin 9-cu maddəsinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə götürən şəxs geri qaytararsa və ya nəqliyyat vasitəsini icarəyə götürən şəxs qaydalara əməl etmədiyi halda nəqliyyat vasitəsini icarəyə verən şəxs tərəfindən geriya alınarsa, həmin vaxta qədər nəqliyyat vasitəsini icarəyə götürən şəxs tərəfindən ödədiyi pul geri qaytarılmır. İş materiallarında olan qəbzin kserosurətindən görünür ki, İddiaçı 14 saylı vəkil bürosuna 100 manat ödəmişdir. İş materiallarında olan və İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziyadan görünür ki, Cavabdeh hərəkətləri nəticəsində avtomobilə 2452 manat zərər dəymiş və zərərin 01.02.2022-ci il tarixədək ödənilməsi xahiş olunur.Əks halda məhkəməyə müraciət olunacaqdır. İş materiallarında olan və F.ş. X3, VÖEN ********** tərəfindən verilmiş 21.10.2021-ci il tarixli, seriya ĞLM N 484404 mədaxil qəbzinin kötüyündən görünür ki, ehtiyyat hissələri və zəhmət haqqı üçün 2452 manat ödənilmişdir.Lakin kim tərəfindən və hansı nəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi mədaxil qəbzində qeyd olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə görə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh 345 manat dəymiş ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 50 manat, ümumilikdə 395 (üç yüz doxsan beş) manat tutularaq İddiaçı ödənilsin. Qalan hissədə ilkin iddia rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı ilə 16.02.2021-ci ildə imzalanmış icarə müqaviləsi ləğv edilsin. Qalan hissədə qarşılıqlı iddia rədd edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №e-2(028)-96/2022
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-96/2022
05.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver