Məhkəmə qərarları › İş №e-2(029)-102/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-102/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-102/2024 30.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20 avqust 2019-cu il tarixli, 301804- 241397\2 nömrəli kredit müqaviləsi üzrə 2911.17 (iki min doqquz yüz on bir manat on yeddi qəpik) manat və 49.12 (qırx doqquz manat on iki qəpik) manat məbləğində dövlət rüsumunu tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Fərəməzov Şamil Şəfiyulla oğlu arasında bağlanmış 20 avqust 2019-cu il tarixli, 301804-241397\2 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 31 ay müddətinə, illik 25% dərəcəsi ilə 5060 (beş min altmış) manat məbləğində kredit verilmişdir. Fərəməzov Şamil Şəfiyulla oğlu 27 mart 2020-ci il tarixdə vəfat etmişdir. Fərəməzov Şamil Şəfiyull oğlunun vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, Fərəməzov Şamil Şəfiyulla oğluna dair xx.xx.2020-ci il tarixdə Qusar rayon notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra Qusar rayon notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyə edilmişdir ki, Fərəməzov Şamil Şəfiyull oğlunun vərəsəsi kimi Cavabdeh Şamilovi tanınmış və bu barədə 22 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnaməyə əsasən Cavabdeh Şamilovi miras əmlak olan— “VAZ-21063” markalı, 38-BB-53 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən tam hissədə pay almışdır. Bundan sonra Fərəməzov Şamil Şəfiyulla oğlunun vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin Banka olan borc ödənilməmişdir. 23 avqust 2023-cü il tarixinə kredit müqaviləsi üzrə 2911.17 manat əsas borc və 0 manat faiz borcu olmaqla, cəmi 2911.17 (iki min doqquz yüz on bir manat on yeddi qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklə vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. İddiaçı ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin ASCnin nümayəndəsi məhkəməyə ərizə göndərərək bildirmişdir ki, məhkəmə iclaslarının çoxluğu ilə əlaqədar nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklər.İddianı müdafiə edir və təmin olunmasını məhkəmədən xahiş edir. Həmçinin İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2019-cu il tarixli, 301804-241397\2 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 25 faiz dərəcəsi ilə 31 (otuz bir) ay müddətinə şəxsi istehlak məqsədi üçün 5060 (beş min altmış) manatməbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 23 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 20 avqust 2019-cu il tarixli, 301804-241397\2 saylı kredit müqaviləsinə əsasən 25 faiz dərəcəsi ilə, 31 ay müddətinə 5060 (beş min altmış) manat məbləğində kredit götürmüşdür. Belə ki, 23 avqust 2023-cü il tarixinə borcalanın banka 2911.17 (İki min doqquz yüz on bir manat on yeddi qəpik)manat manat borcu mövcuddur. İşdə olan xəbərdarlıq məktubundan görünür ki,iddiaçı tərəfindən Cavabdeh borcun qaytarılması barədə xəbərdarlıq məktubu göndərilmişdir. İşdə olan AZ-İİ 049256 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Fərəməzov Şamil Şəfiyulla oğlu 27 mart 2020-ci ildə ölmüşdür. İşdə olan 13 iyul 2023-cü il tarixli X-796 saylı Qusar rayon Notariat ofisindən verilmiş məktubun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Fərəməzov Şamil Şəfiyulla oğlunun ölümündən sonra Qusar rayon notariat ofisinə oğlu Cavabdeh müraciət etmişdir. Müraciətə əsasən vərəsəlik işi açılmışdır və xx.xx.2020-ci il tarixdə 2V- 912 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəki nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məccələnin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edir ki, o, mirasdan imtina etmişdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər biri payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Fərəməzov Şamil Şəfiyulla oğlu kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən və xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən iddiaçının kredit müqavilələrinə görə yaranmış kredit borcunu tələb edilməsi hüququ yaranmışdır. xx.xx.2020-ci il tarixdə vərəsəlik işi açılmış və Cavabdeh Fərəməzov Şamil Şəfiyulla oğlunun vərəsəsi olaraq tanınmışdır. Bununla da Fərəməzov Şamil Şəfiyulla oğlunun kredit müqaviləsi üzrə öhdəlikləri Cavabdeh keçmişdir. Bununla belə işin məhkəmədə araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh 2911.17 (İki min doqquz yüz on bir manat on yeddi qəpik)manat borcun və 49.12 (qırx doqquz manat on iki qəpik)manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Cavabdeh 2911.17 (iki min doqquz yüz on bir manat on yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 49.12 (qırx doqquz manat on iki qəpik)manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-ninhesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20 avqust 2019-cu il tarixli, 301804-241397\2 nömrəli kredit müqaviləsi üzrə 2911.17 (iki min doqquz yüz on bir manat on yeddi qəpik) manat və 49.12 (qırx doqquz manat on iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar