Məhkəmə qərarları › İş №e-2(029)-116/2025

Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-116/2025

24.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-116/2025 24.01.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “maddi ziyan tələbinə” dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı “maddi ziyan tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı "xxxx" QSC-nin mülkiyyətində olan 2021ci il buraxılışlı, furqon tipli, “Hyundai HD 35” yük markalı, 77-Ju-067 qeydiyyat nişanlı minik avtomobilinə dəymiş ziyanın əvəzi kimi 20925 (iyirmi min doqquz yüz iyirmi beş) manat pulum və ödənilmiş 152.78 (yüz əlli iki manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış və işə əlavə edilmiş ərizədən görünür ki, hazırda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində (hakim Elnurə Rəcəbova) hazırki iş üzrə Cavabdeh AR CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılır. Hazırki iş üzrə iddiaçı "xxxx" QSC, qeyd edilən cinayət işinin ibtidai istintaqı zamanı mülki iddiaçı kimi tanınmış və mülki iddia vermişdir. Cinayət işinin məhkəmə baxışı zamanı mülki iddiaya mahiyyəti üzrə baxılması üçün hazırki iş üzrə iddia ərizəsinin geri qaytarılmasına və ərizənin baxılmamış saxlanılması haqqında məhkəmə qərardadının təcili surətdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdim edilməsinə zərurət yaranmışdır. Göstərilənləri nəzərə alınaraq və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qaytarılmaqla Qusar Rayon Məhkəməsinin icraatında olan e-2(029)-116/2025 nömrəli mülki işin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməsini və ən qısa zamanda elektron kabinetə yerləşdirməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət qaytarılır. İddiaçı hazırkı halda ərizə ilə məhkəməyə müraciət edərək işin baxılmamış saxlanmasını xahiş etdiyindən məhhkəmə hesab edir ki, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “maddi ziyan tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddiaçı "xxxx" QSCnin məhkəmədə işə baxılması üçün ödənilmiş 152.78 (yüz əlli iki manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra iddiaçı "xxxx" QSC-yə qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “maddi ziyan tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər "xxxx" QSC-yə geri qaytarılsın. İddiaçı "xxxx" QSC-nin məhkəmədə işə baxılması üçün ödənilmiş 152.78 (yüz əlli iki manat yetmiş səkkizqəpik) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra iddiaçı "xxxx" QSC-yə qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar