Məhkəmə qərarları › İş №e-2(029)-1208/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-1208/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-1208/2025 09.12.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc üzrə 719.96 AZN, faiz borcu 1.77 AZN, cərimə məbləği 0.01 AZN olmaqla cəmi 721.74 (yeddi yüz iyirmi bir manat yetmiş dörd qəpik) AZN məbləğində kredit borcunun və ərizənin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz manat) AZN məbləğdə dövlət rüsumunun Cavabdeh müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank olmayan kredit təşkilatı MMC iddianı onunla əsaslandırmışdır ki, iddiaçı "MONETRİ Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2024-c arixli 8210/1 nömrəli İstehlak Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdeh 24 (iyirmi dörd ay müddətinə, 24 (iyirmi dörd)% olmaqla 1500 (bir min beş yüz manat) AZN məbləğində “şəxsi istehlak” məqsədi üçün kredit verilmişdir. Cavabdeh uzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirmir. İddiaçı "xxxx" MMC tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəlikləri hələ də icra edilmir, kredit borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixli 8210/1 nömrəli İstehlak kredit müqaviləsi üzrə kredit borcu - əsas borc üzrə 719.96 AZN, faiz borcu 1.77 AZN, cərimə məbləği 0.01 AZ, olmaqla cəmi 721.74 AZN (yeddi yüz iyirmi bir manat yetmiş dörd qəpik) AZN təşkil edir. İddiaçı tərəfindən cavabdehə kredit öhdəliyinin icra edilməsinə dair bildiriş məktubu ünvanlanıb (bildiriş məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz ərizəyə əlavə edilir). Buna baxmayaraq cavabdeh hələ də öz öhdəliklərini icra etməyib. Beləliklə, iddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdəı başqa çıxış yolu qalmayıb. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh - Cavabdeh arasında xx.xx.2024-cü il tarixli 8210/1 nömrəli İstehlak Kredit Müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, Cavabdeh 24 (iyirmi dörd) ay müddətinə 24 (iyirmi dörd)% olmaqla 1500 (bir min beş yüz manat) AZN məbləğdə “mikro- istehlak” məqsədi ilə kredit verilmişdir. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, xx.xx.2025-ci il tarixli Maliyyə arayışına əsasən Cavabdeh əsas borc üzrə 719.96 AZN, faiz borcuna görə 1.77 AZN, cərimə borcuna görə 0.01 AZN, cəmi 721.74 (yeddi yüz iyirmi bir manat yetmiş dörd qəpik) AZN təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 15 oktyabr 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, həmin şəxsin əsas borc üzrə 719.96 AZN, faiz borcuna görə 1.77 AZN, cərimə borcuna görə 0.01 AZN, cəmi 721.74 (yeddi yüz iyirmi bir manat yetmiş dörd qəpik) AZN məbləğində borcunun olduğu bildirilməklə həmin məbləğin 5 təqvim günü müddətində ödəməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə də, təsvir olunanlardan görünür ki, cavabdeh yuxarıda göstərilən kredit müqaviləsi ilə öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, iddiaçı "xxxx" MMC-yə ödənilməli olan borcu ödəməmiş və bununla da, o, krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Odur ki, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh əsas borc üzrə 719.96 AZN, faiz borcuna görə 1.77 AZN, cərimə borcuna görə 0.01 AZN, cəmi 721.74 (yeddi yüz iyirmi bir manat yetmiş dörd qəpik) AZN məbləğində borc tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, "xxxx" MMC tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 719.96 AZN, faiz borcuna görə 1.77 AZN, cərimə borcuna görə 0.01 AZN, cəmi 721.74 (yeddi yüz iyirmi bir manat yetmiş dörd qəpik) AZN məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq "MONETRİ Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar