Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-1231/2025 18.03.2026 QUSAR RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və digər tələbə” dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və evdən çıxarılması tələbə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2023 il tarixli, QFS-8942 saylı Kredit müqaviləsi üzrə 3749,37 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 301,74 manat məbləğində faiz borcu və 28,06 manat məbləğində dəbbə borcu, cəmi kredit borcuna görə 4079,17 manat pulun, eləcə də, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 52 manat və dövlət rüsumu kimi ödənilmiş 61 manat məbləğində pul vəsaitinin, cəmi 113 manat pulun tutulması; tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında 0,059 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2023 il tarixli, QFS- 8942saylı Kredit müqaviləsi üzrə cəmi 4079,17 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 61 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında 0,059 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2, X2, X4, X3, X1 və Balayev Baloğlan Urfanoviünvan 1 ünvanında 0,059 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması və evin boşaldılması; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023 il tarixli, QFS-894 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Qusar” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023 il tarixli, QFS-8942 saylı Kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 22% dərəcəsi olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, QFS-8942 saylı Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2023 il tarixli, QFS-8942saylı Kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 3749,37 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 301,74 manat məbləğində faiz borcu və 28,06 manat məbləğində dəbbə borcu, cəmi 4079,17 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, QFS-8942 saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında 0,059 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2023cü il tarixli, QFS-8942 saylı İpoteka müqaviləsinə əsasən İddiaçı ASC qarşısında yüklü edilmişdir. Bundan başqa İddiaçı ASC-nin “Qusar” filialı arasında bağlanmış xx.xx.2023 il tarixli, QFS-8942saylı Kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə digər cavabdeh - Cavabdeh1 ilə İddiaçı ASC-nin “Qusar” filialı arasında xx.xx.2023 ildə Zaminlik müqaviləsi bağlanmışdır. Həmin Zaminlik müqavilələrinə görə zamin və borclu xx.xx.2023 il tarixli, QFS-8942 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023 il tarixli, QFS-8942saylı Kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Qeyd olunanlara əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023 il tarixli, QFS-894 saylı Kredit müqaviləsi üzrə 3749,37 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 301,74 manat məbləğində faiz borcu və 28,06 manat məbləğində dəbbə borcu, cəmi 4079,17 manat pul tutulmalıdır, tələblər ipoteka predmetinə yönəldilməlidir, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ipoteka predmeti boşaldılmalıdır. İddiaçı ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi eyni zamanda məhkəməyə ərizə göndərərək iş üzrə əmlakın qiymətləndirilməsi barədə təyin edilmiş ekspertizanın keçirilməsi üçün "xxxx" MMC-yə xidmət haqqı olaraq 300 manat məbləğində pulun İddiaçı ASC tərəfindən ödənildiyini bildirmiş və həmin məbləğin cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Cavabdeh2 eyni zamanda məhkəməyə göndərmiş olduğu ərizəsində banka olan borcunun ödnilməsindən imtina etmədiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin “Qusar” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023 il tarixli, QFS-8942 saylı Kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 illik faiz dərəcəsi 22% dərəcəsi olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Bununla yanaşı, iş materialları ilə müəyyən olunur ki, İddiaçı ASC-nin “Qusar” filialı arasında bağlanmış xx.xx.2023 il tarixli, QFS-8942 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə digər Cavabdeh1 ilə İddiaçı ASC-nin “Qusar” filialı arasında xx.xx.2023 ildə Zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, QFS-8942 saylı ipoteka müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli, QFS-8942 saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında 0,059 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi İddiaçı ASC qarşısında yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildiriş məktublarından görünür ki, cavabdehlərə 09 avqust 2023-cü il tarixli QFS-8942 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi, yəni 3749.37 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 301,74 manat məbləğində faiz borcu, 28.06 manat məbləğində dəbbə borcu, cəmi 4079,17 manat borcun ödənilməsi təklif olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür ki, cavabdehlərin 09 avqust 2023-cü il tarixli QFS-8942 saylı kredit müqaviləsi üzrə 3749.37 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə 301,74 manat məbləğində faiz borcu, 28.06 manat məbləğində dəbbə borcu, cəmi 4079,17 manat kredit borcu vardır. İş materiallarından görünür ki, ipoteka saxlayan İddiaçı ASC ipoteka qoyana “İpoteka haqqında” Qanunun 36.2-ci bəndində uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, həmçinin həmin bildiriş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsdə qeydə alınmışdır. Məhkəmə icraatında "xxxx" MMC tərəfindən verilmiş 27 fevral 2026-cı il tarixli CVN/F 83-166/26 saylı rəyə əsasən ünvan 1 ünvanda 0.059 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin 27 fevral 2026-cı il tarixinə bazar dəyəri 80000 (səksən min) manat, likvid dəyəri 72000 (yetmiş iki min) manat təşkil edir. Beləliklə, işdə olan sübutlarla məhkəmə iclasında müəyyən olunmuş hallar ondan ibarətdir ki, 09 avqust 2023-cü il tarixli kredit razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 kreditdən istifadəyə görə illik 22% faiz ödəməsi şərtilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmiş və həmin tarixdə bağlanmış ipoteka müqaviləsi ilə 09 avqust 2023-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmini kimi Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olan, ünvan 1 ünvanında yerləşən 0.059 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 iddiaçı ilə bağlanmış zaminlik müqaviləsi ilə kredit razılaşmasından irəli gələn öhdəliklərinin borclu tərəfindən icra edilməməsi halı üçün onunla birlikdə məsuliyyət daşımasını üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 09 avqust 2023-cü il tarixli kredit müqaviləsi əsasında İddiaçı ASC-dən kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri İddiaçı ASC-yə qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq o, öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmışdır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən, iddiaçının ondan və onun zaminindən kredit müqaviləsinə görə yaranmış kredit borcu, ona hesablanmış faizlər və cəriməni tələb edilməsi hüququ yaranmışdır. Beləliklə də, məhkəmə hesab edir ki, kredit razılaşması üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3749,37 manat əsas, 301,74 manat faiz və 28,06 manat cərimə borcu, cəmi 4079,17 (dörd min yetmiş doqquz) manat kredit borcu alınaraq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi hissədə iddia tələbini əsaslı hesab edir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə ödənişin yönəldilməsi hüququnun yaraması anı kimi təsbit edilmişdir. Həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə ödənişin yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Əgər tərəflər arasında razılaşma əldə olunmazsa, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Mülki mübahisə üzrə tələbin ipotekaya yönəldilməsi mübahisəsinə baxılarkən işə baxan məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini də gəldiyi nəticədə müəyyən etməli olması imperativ şəkildə göstərilmişdir. Göründüyü kimi ipoteka predmetinə yönəldilmə həyata keçirilməsi məsələsinə məhkəmə hüquqi qiymət verərkən ipoteka predmetinin ilkin satış qiymətini gəldiyi nəticədə göstərməlidir. Məhkəmə araşdırılması zamanı məsələ ilə bağlı "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə rəyinin nəticələrinə görə ipoteka predmetinin bazar dəyəri 80000 manat, likvid dəyəri isə 72000 mmanat təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Beləliklə də, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, qanunvericiliyin qeyd olunan norması baxımından ipoteka predmetlərinin ilkin satış qiyməti məhz likvid qiymətlə müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Cavabdeh2 tutulan borc məbləği ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,059 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməli və "xxxx" MMC tərəfindən verilmiş rəy nəzərə alınmaqla, ipoteka prdemetlnin ilkin satış qiyməti 72000 manat məbləğində müəyyən edilməlidir. Satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməli və həmin əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində torpaq sahəsi və fərdi yaşayış evi boşaldılmalı, Cavabdeh2, X2, X4, X3, X1 və Balayev Baloğlan Urfanoviç həmin evdən və torpaq sahəsindən çıxarılmalı və hərracın nəticələri üzrə alıcıya təhvil verilməlidir. İş materiallarından görünür ki, İddiaçı ASC ipoteka predmetinə tutmanın yönəldilməsi üçün 52 (əlli iki) manat rüsüm və xidmət haqqı və iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 61 (altmış bir) manat məbləğində dövlət rüsumu ödəmişdir. Eyni zamanda iddiaçı "xxxx" MMC tərəfindən mütəxəssis rəyinin verilməsi üçün 300 manat məbləğində xidmət haqqı iddiaçı tərəfindən həmin MMC-yə ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 61 (altmış bir) manat və rüsum və xidmət haqqı kimi 52 (əlli iki) manat, eyni zamanda "xxxx" MMC üçün xidmət haqqı kimi ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3749,37 (üç min yeddi yüz qırx doqquz manat 37 qəpik) manat məbləğində əsas borc, 301,74 (üç yüz bir manat, 74 qəpik) manat məbləğində faiz borcu, 28,06 (iyirmi səkkiz manat 06) manat məbləğində cərimə, cəmi 4079,17 (dörd min yetmiş doqquz manat 17 qəpik) manat məblığində kredit borcu, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 61 (altmış bir) manat, bildirişin qeydiyyata alınması üçün rüsum və xidmət haqqı kimi ödənilmiş 52 (əlli iki) manat və "xxxx" MMC-yə rəy verilməsi üçün ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmalı olan cəmi 4079,17 (dörd min yetmiş doqquz manat 17 qəpik) manat, iddiaçı tərəfindən ödənilmiş iddia ərizəsinin verilməsi üçün ödənilmiş 61 (altmış bir) manat, bildirişin qeydiyyata alınması üçün rüsum və xidmət haqqı kimi ödənilmiş 52 (əlli iki) manat və "xxxx" MMC-yə rəy verilməsi üçün ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 0,059 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilsin və həmin əmlaklar açıq hərracda satılaraq, iddiaçıya olan borc ödənilsin. İpoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0.059 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2, X2, X4, X3, X1 və Balayev Baloğlan Urfanoviç həmin evdən və torpaq sahəsindən çıxarılsınlar, torpaq sahəsi və fərdi yaşayış evi boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. İpoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 0.059 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 72.000 (yetmiş iki min) manat məbləğində müəyyən edilsin. Qətnamədən bir ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(029)-1231/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-1231/2025
18.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver