Məhkəmə qərarları › İş №e-2(029)-127/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-127/2023

03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-127/2023 03.03.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Şeydayeviçə, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 Şeydayeviçə, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcunun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Şeydayeviçdən, Cavabdeh3 və X1 9 aprel 2021-ci il tarixli, QFS- 8258 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3025,95 (üç min iyirmi beş manat doxsan beş qəpik) manat, faiz borcuna görə 546,96 (beş yüz qırx altı manat doxsan altı qəpik) manat, dəbbə borcuna görə 1000 (min) manat, cəmi 4572,91 (dörd min beş yüz yetmiş iki manat doxsan bir qəpik) manat məbləğində pulun və 65,73 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar rayon Məhkəməsinin e-2(029)-1058/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Qusar filialı ilə cavabdeh - Cavabdeh1 Şeydayeviç arasında bağlanmış 9 Aprel 2021-ci il tarixli, QFS-8258 saylı kredit müqaviləsinə əsasən həmin şəxsə illik 26 % (iyirmi alti) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 9 aprel 2021-ci il tarixdə İddiaçı ASC-nin Qusar filialı ilə digər cavabdehlər Cavabdeh3, X2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zaminlər 09 Aprel 2021-ci il tarixli, QFS-8258 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyırlar. 09 aprel 2021-ci il tarixli, QFS-8258 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 Şeydayeviç kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 9 Aprel 2021-ci il tarixli, QFS-8258 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 9- dan gec olmayaraq hər ay 269,38 (iki yüz altmış doqquz manat otuz səkkiz qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 Şeydayeviç-nun 9 Aprel 2021-ci il tarixli, QFS-8258 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 3025,95 (üç min iyirmi beş manat 95 qəpik) manat, faiz borcuna görə 546,96 (beş yüz qırx altı manat 96 qəpik) manat, dəbbə borcuna görə 1000 (bir min manat 00 qəpik) manat, borcun cəmi məbləği 4572,91 (dörd min beş yüz yetmiş iki manat 91 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh1 Şeydayeviçdən, Cavabdeh3 və X1 9 aprel 2021-ci il tarixli, QFS-8258 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3025,95 (üç min iyirmi beş manat 95 qəpik) manat, faiz borcuna görə 546,96 (beş yüz qırx altı manat 96 qəpik) manat, dəbbə borcuna görə 1000 (bir min manat 00 qəpik) manat, cəmi 4572,91 (dörd min beş yüz yetmiş iki manat 91 qəpik) manat pul tutulmalıdır. İddiaçı ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin ASCnin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 Şeydayeviç məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı qismən qəbul edir. Ona hesablanmış dəbbə borcun azaldılmasını məhkəmədən xahiş edir. Qalan məbləği o, qəbul edir, maddi vəziyyəti çox pisdir, borcu bir dəfəyə ödəyə bilmir, gələcəkdə hissə-hissə ödəyəcəyinə söz verir. Bundan başqa bildirmişdir ki, o, işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir və ona görə də işə onun iştirakı olmadan baxıb, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh1 Şeydayeviç arasında bağlanmış 09 aprel 2021-ci il tarixli, QFS-8258 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 illik 26 faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İşdə olan 09 aprel 2021-ci il tarixli, QFS-8258 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 09 Aprel 2021-ci il tarixli, QFS-8258 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşlar. İşdə olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli RB-02/PK- 7143 saylı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 Şeydayeviçin 09 Aprel 2021-ci il tarixli, QFS-8258 saylı kredit müqaviləsi üzrə 10 yanvar 2022-ci il tarixə banka əsas borcuna görə 3025,95 (üç min iyirmi beş manat doxsan beş qəpik) manat, faiz borcuna görə 546,96 (beş yüz qırx altı manat doxsan altı qəpik) manat, dəbbə borcuna görə 1000 (min) manat, cəmi 4572,91 (dörd min beş yüz yetmiş iki manat doxsan bir qəpik) manat məbləğində kredit borcunun olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Şeydayeviçin, Cavabdeh3 və Cavabdeh2 əsas və faiz borclarına dair göstərdiyi məbləğlərlə razılaşsa da, hesab edir ki, iddia ərizəsində göstərilən cərimə borcunun məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehlərdən həmin məbləğdə cərimənin tutulması onun üzərlərinə əlavə haqsız öhdəlik qoyulmasına və onların əlavə maliyyə sanksiyasına məruz qalmalarına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə həmin məbləğin azaldılaraq 50 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 Şeydayeviçdən, Cavabdeh3 və Cavabdeh2n müştərək qaydada əsas borca görə 3025,95 (üç min iyirmi beş manat doxsan beş qəpik) manat, faiz borcuna görə 546,96 (beş yüz qırx altı manat doxsan altı qəpik) manat, dəbbə borcuna görə 50 (əlli) manat, cəmi 3622,91 (üç min altı yüz iyirmi iki manat doxsan bir qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 65.73 (altmış beş manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 Şeydayeviçdən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Şeydayeviçdən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 3025,95 (üç min iyirmi beş manat doxsan beş qəpik) manat, faiz borcuna görə 546,96 (beş yüz qırx altı manat doxsan altı qəpik) manat, dəbbə borcuna görə 50 (əlli) manat, cəmi 3622,91 (üç min altı yüz iyirmi iki manat doxsan bir qəpik) manat məbləğində kredit borcu, həmçinin məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 65.73 (altmış beş manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar