Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-1320/2025 30.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı "xxxx" X1 Bank Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X1 Bank Kredit Təşkilatı MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən **********0144 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 832.73 manat, faiz borcu üzrə 25.82 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 858.55(səkkiz yüz əlli səkkiz manat əlli beş qəpik) manat və **********0157 saylı kredit müqaviləsi üzrə 430.93 manat əsas, faiz borcu üzrə 13.37 manat, cərimə borcuna görə 0.00 manat olmaqla 444.30(dörd yüz qırx dörd manat otuz qəpik) manat və 33.03 manat məbləğində məbləğində ödənilmiş dovlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0144 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq GüZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən,Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 832.73 (səkkiz yüz otuz iki manat, yetmiş üç qəpik) AZN; Həmçinin eyni tarixli, **********0157 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 430.93 (dörd yüz otuz manat, doxsan üç qəpik) AZN; qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0144 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0.72 AZN, dörd il müddətində isə hər ay 17.71 AZN olmaqla və , **********0157 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0.37 AZN, dörd il müddətində isə hər ay 9.17 AZN bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinin 1 8-ci bəndinə əsasən, Kredit Alan Müqaviləni imzalamaqla Kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqaviləni imzalanan tarixə bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki Müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, Kredit Verən bu müqaviləni imzalamaqla Kredit Alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və Borc Alanın bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2025-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh **********0144 saylı kredit müqaviləsi üzrə borcun məbləği 832.73 AZN əsas, faiz borcu üzrə 25.82 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 858.55 (səkkiz yüz əlli səkkiz manat, əlli beş qəpik) AZN təşkil edir. Həmçinin, **********0157 saylı kredit müqaviləsi üzrə borcun məbləği 430.93 AZN əsas, faiz borcu üzrə 13.37 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 444.30 (dörd yüz qırx dörd manat, otuz qəpik) AZN təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir.Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz.Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2845-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********0157 saylı kredit müqaviləsinə əsasən borcluya vaxtı keçmiş əsas kredit borcunun müqavilə imzalanana tarixə 430.93 (dörd yüz otuz manat doxsan üç qəpik) manat təşkil edən qalıq məbləği illik 1 faiz dərəcəsi ilə il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəlmişdir. Həmçinin eyni tarixli **********0144 saylı kredit müqaviləsinə əsasən borcluya vaxtı keçmiş əsas kredit borcunun müqavilə imzalanana tarixə 832.73 (səkkiz yüz otuz iki manat yetmiş üç qəpik) manat təşkil edən qalıq məbləği illik 1 faiz dərəcəsi ilə il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəlmişdir. **********0144 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0.72 manat, dörd il müddətində isə hər ay 17.71 manat olmaqla və **********0157 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0.37 manat, dörd il müddətində isə hər ay 9.17 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2025-ci il tarixli Maliyyə arayışlarına əsasən Cavabdeh əsas borc **********0144 saylı kredit müqaviləsi üzrə 832.73 manat, faiz borcu üzrə 25.82 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 858.55(səkkiz yüz əlli səkkiz manat əlli beş qəpik) manat 2035,56 AZN borcu və **********0157 saylı kredit müqaviləsi üzrə 430.93 manat əsas, faiz borcu üzrə 13.37 manat, cərimə borcuna görə 0.00 manat olmaqla 444.30(dörd yüz qırx dörd manat otuz qəpik) manat borcu mövcuddur. İş materiallarında olan "FİNCA Azerbaijan” MM QBKT tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, həmin şəxsin əsas borc hər iki müqavilə üzrə 1302.85 AZN məbləğində borcunun olduğu bildirilməklə həmin məbləğin ən qısa müddət ərzində ödəməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsinişərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə də, təsvir olunanlardan görünür ki, cavabdeh yuxarıda göstərilən kredit müqaviləsi ilə öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, iddiaçı “Finca Azərbaycan» Qeyri Bank Kredit Təşkilatı MMC-yə ödənilməli olan borcu ödəməmiş və bununla da, o, krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Odur ki, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh əsas borc hər iki müqavilə üzrə 1302.85 AZN məbləğində borc tutularaq "xxxx" X1 Bank Kredit Təşkilatı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, "xxxx" X1 Bank Kredit Təşkilatı tərəfindən ödənilmiş 33.03 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh **********0144 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 832.73 manat, faiz borcu üzrə 25.82 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 858.55(səkkiz yüz əlli səkkiz manat əlli beş qəpik) manat və **********0157 saylı kredit müqaviləsi üzrə 430.93 manat əsas, faiz borcu üzrə 13.37 manat, cərimə borcuna görə 0.00 manat olmaqla 444.30(dörd yüz qırx dörd manat otuz qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 33.03 (otuz üç manat üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq «Finca Azərbaycan” X1 Bank Kredit Təşkilatının hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Əli Cəlilov
Məhkəmə qərarları › İş №e-2(029)-1320/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-1320/2025
30.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver