Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-141/2025 06.02.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi Nümayəndə Firuddin oğlunun iştirakı ilə, İddiaçı ASC "xxxx" Bankının cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı cavabdehlər tərəfindən mirasın qəbul edilməsi faktı nəzərə alınmaqla xx.xx.2023-cü il tarixli DKM/016N05A02047023 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin vərəsələrdən tutulması tələbinə dair mülkı işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ASC "xxxx" Bankı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı cavabdehlər tərəfindən mirasın qəbul edilməsi faktı nəzərə alınmaqla xx.xx.2023-cü il tarixli DKM/016N05A02047023 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Əmiraslanov Akif Əmiraslanoviçin mirası cavabdehlər Cavabdeh3, X2, Cavabdeh1 və Cavabdeh4 tərəfindən faktiki qəbul edildiyi üçün xx.xx.2023-cü il tarixli DKM/016N05A02047023 №-li kredit müqaviləsi üzrə borc alan Əmiraslanov Akif Əmiraslanoviçin iddiaçı ASC "xxxx" Bankı qarşısında 1 865,20 (bir min səkkiz yüz altmış beş manat iyirmi qəpik) manat məbləğində əsas borcu, 39,79 (otuz doqquz manat yetmiş doqquz qəpik) manat məbləğində kreditdən istifadəyə görə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 11,49 (on bir manat qırx doqquz qəpik) manat məbləğində penya, cəmi 1 916,48 (bir min doqquz yüz on altı manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti və qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya birgə qaydada cavabdehlər Cavabdeh3, X1, Cavabdeh1 və Cavabdeh4 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı (bundan sonra ”Bank” adlandırılacaq) ilə Əmiraslanov Akif Əmiraslanoviç (Borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli DKM/016N05A02047023№-li Kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi») müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 36 (otuz altı) ay müddətinə, illik 16 % (on altı faiz) ödənilməsi şərtilə 2 600 (iki min altı yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən borc alan A.Ə.Əmiraslanov hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, Borc alan Əmiraslanov Akif Əmiraslanoviç xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Borc alanın vəfatından sonra onun Bank qarşısında Kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirilməmiş qalmış, kredit üzrə əsas borc məbləğinin mühüm hissəsi Banka qaytarılmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsi ödənilməmişdir. Belə ki, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixinə A.Ə.Əmiraslanovun kreditor qarşısında gecikdirilmiş borcu 1 904,99 (bir min doqquz yüz dörd manat 99 qəpik) manat təşkil edir ki, bunun da 1 865,20 (bir min səkkiz yüz altmış beş manat 20 qəpik) manat vaxtı keçmiş əsas borcdan, 39,79 (otuz doqquz manat 79 qəpik) manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % (on beş faiz) dərəcəsi ilə penya da ödəməli idi. Lakin Bankın daxili qərarına əsasən Kredit müqaviləsi üzrə adi faizlərin və penyanın hesablanması güzəşt edilərək xx.xx.2024-cü il tarixdən etibarən 6 (altı) ay müddətinə dayandırılmış, xx.xx.2024-cü il tarixdən etibarən isə adi faizlərinin və penyanın hesablanması bərpa edilmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə penya məbləği 11,49 (on bir manat 49 qəpik) manat təşkil edir. A.Ə.Əmiraslanovun vəfatından sonra Kredit müqaviləsi üzrə Borc alan tərəfindən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmiş qaldığına görə iddiaçının kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Yuxarıda qeyd edildiyi kimi, Borc alan Əmiraslanov Akif Əmiraslanoviç xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Bu hal Qusar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ № 388400 nömrəli ölüm haqqında şəhadətnamə ilə təsdiq edilir. Borc alan A.Ə.Əmiraslanov vəfat etməsi rəsmi şəkildə təsdiqləndikdən sonra onun adına hər-hansı əmlakın olub-olmaması müəyyən etmək üçün Bank tərəfindən vəkil vasitəsilə aidiyyəti dövlət idarələrinə sorğular göndərilmiş və müvafiq sorğulara cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən xx.xx.2024-cü il tarixli məktub vasitəsilə Əmiraslanov Akif Əmiraslanoviçin adına Qusar rayonu, Hil kəndində yerləşən ümumibirgə mülkiyyət üzrə 0,3062 ha və 1,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeydiyyatdan keçməsi və mülkiyyətində olması barədə məlumat daxil olmuşdur. Bundan sonra mərhum A.Ə.Əmiraslanovdan qalmış mirasın kim tərəfindən qəbul edildiyini və vərəsələrin dairəsini müəyyən etmək məqsədilə Bank tərəfindən Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti Başçısının Hil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə sorğu ilə müraciət edilmişdir. Ərazi nümayəndəliyindən Banka daxil olmuş xx.xx.2024-cü il tarixli 5-63-12/2-66/2024 nömrəli cavab məktubunda mərhum Əmiraslanov Akif Əmiraslanoviçə məxsus Qusar rayonu, Hil kəndində yerləşən ümumibirgə mülkiyyət üzrə 0,3062 ha və 1,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hal-hazırda ünvan 1 sakini Cavabdeh3 və onun ailə üzvlərinin istifadəsində olması, əkin-biçin işlərinin aparılması və həmin torpaq sahələrindən mənfəət götürülməklə dövlət tərəfindən müvafiq subsidiyaların alındığı bildirilmişdir. Habelə, nümayəndəlikdən verilmiş xx.xx.2024-cü il tarixli 896 nömrəli arayışa əsasən mərhum Əmiraslanov Akif Əmiraslanoviçin vərəsələri aşağıdakı kimi qeyd edilmişdir: Arvadı - X3, Oğlu - Cavabdeh3, Qızı - Cavabdeh1, Qızı - Cavabdeh4. Bundan başqa Ədliyyə Nazirliyinə ünvanlanmış vəkil sorğusuna cavab olaraq isə bildirilmişdir ki, Əmiraslanov Akif Əmiraslanoviç adına vərəsəlik işi açılmamış, vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Sənədlə təsdiq olunan mövcud faktlar sübut edir ki, borc alan A.Ə.Əmiraslanovun ailə üzvləri borc alanın vəfatından sonra miras qalmış və yuxarıda qeyd edilən daşınmaz əmlaklara sahiblik və onu idarə etməyə faktiki olaraq başlamışdır. Qeyd edilən hallar cavabdehlər tərəfindən miras əmlakın öz mülkiyyətlərində saxlanılması üzrə iradə ifadəsi və mirasın qəbul olunmasının şəksiz nümayiş etdirilməsi kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunanlar birmənalı şəkildə təsdiq edir ki, miras qalmış əmlaklar cavabdehlərin birgə mülkiyyətindədir. İddiaçı ilə borc alan A.Ə.Əmiraslanov arasında bağlanmış Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Məhkəmənin qətnaməsi ilə tərəflər arasındakı müqavilə münasibətlərinə müəyyənlik gətirildiyi üçün (müqavilənin ləğv edilib-edilməməsi ilə bağlı) Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqelərini nəzərə alaraq hesab edirik ki, hazırki iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixindən etibarən qətnamə qəbul edilənədək kredit müqaviləsi üzrə əsas borc məbləğinə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanan adi faizlərin və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan birgə qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddiaçının irəli sürdüyü iddia tələbi əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi Nümayəndə Firuddin oğlu məhkəmə iclasında iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri arədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli DKM/016N05A02047023 saylı kredit müqaviləsinin surətindən görünür ki, (kreditor) ASC "xxxx" Bankı (bundan sonra ”Bank” adlandırılacaq) ilə Əmiraslanov Akif Əmiraslanoviç (Borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli DKM/016N05A02047023№-li Kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi») müvafiq olaraq iddiaçı tərəfindən borc alana 36 (otuz altı) ay müddətinə, illik 16 % (on altı faiz) ödənilməsi şərtilə 2600 (iki min altı yüz) manat məbləğində kredit verilmişdir. İşdə olan AZ-İİ 388400 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünürt ki, Əmiraslanov Akif Əmiraslanoviç xx.xx.2024-cü il tarixdə ölmüşdür. İşdə olan Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli 896 saylı arayışın surətindən görünür ki, mərhum Əmiraslanov Akif Əmiraslanoviç vəfat etdiyi günə kimi ünvan 1i ünvanında qeydiyyatda olmaqla Qusar şəhərində yaşamışdır və onun ölümündən sonra nümayəndəlikdə olan məlumata görə aşağıdakı vərəsələri qalmışdır. Arvadı; X2, oğlu;Cavabdeh3 qızı, qızı; Cavabdeh1, qızı; Cavabdeh4. İşdə olan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehlərə borcun qaytarılması ilə əlaqədar xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 449.1 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740.1, 740.2 və 741-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsinişərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
462. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 558.1. Əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. 558.2. İcra şəxsən kreditor üçün nəzərdə tutulmuşdursa, onun ölümü öhdəliyin xitamına səbəb olur. 1146. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1153. Şəxsi xarakterli hüquq və vəzifələrin vərəsəlik üzrə verilməsinin yolverilməzliyi Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307. Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. 2. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini vermiş, krediti alan şəxs isə vəfat etdiyi üçün müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Hazırda bank mərhumun vərəsəsindən borcun ödənilməsini tələb edir. İş materiallarından göründüyü kimi mərhum Əmiraslanov Akif Əmiraslanoviçin mirası cavabdehlər Cavabdeh3, X2, Cavabdeh1 və Cavabdeh4 mirası qəbul etdiyindən universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olur. Qanunvericiliyə görə şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Tərəflər arasında kredit müqaviləsi olduğundan qarşılıqlı şəkildə tərəflər arasında öhdəlik yaranmışdır. Ona görə də iddia tələbində qeyd edilən əsas borc iddia tələbində göstərildiyi şəkildə yəni, 1 865,20 (bir min səkkiz yüz altmış beş manat iyirmi qəpik) manat məbləğində əsas borcun tutulması təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarında qeyd olunur ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildiriş məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdeh göndərilmiş məktubda faiz məbləği 33.16 manat göstərilmişdir. Ona görə də iddia tələbində qeyd edilən 39,79 (otuz doqquz manat yetmiş doqquz qəpik) manat məbləğində kreditdən istifadəyə görə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləğinə münasibətdə məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarını əsas tutaraq hesab edir ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş bildirişdə göstərildiyi kimi 33.16 manat tutulmalıdır. Məhkəmə, iddia tələbində qeyd edilən xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 11,49 (on bir manat qırx doqquz qəpik) manat məbləğində penyaya münasibətdə hesab edir ki, iddiaçı ASC "xxxx" Bankının cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 iddia ərizəsində göstərilən cərimə borcunun məbləğləri işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehlərdən həmin məbləğdə cərimənin tutulması onun üzərinə əlavə haqsız öhdəlik qoyulmasına və onun əlavə maliyyə sanksiyasına məruz qalmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə cərimənin 5 (beş) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarının 5-ci bəndində görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə, iddia tələbində qeyd edilən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanan adi faizlər birgə qaydada cavabdehlər Cavabdeh3, X1, Cavabdeh1 və Cavabdeh4 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasına dair 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarının 5-ci bəndini rəhbər tutaraq hesab edir ki, qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 5 % (beş) faiz dərəcəsi ilə hesablanan adi faizlər birgə qaydada cavabdehlər Cavabdeh3, X1, Cavabdeh1 və Cavabdeh4 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmalıdır. Məhkəmə, iddia tələbində qeyd edilən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın birgə qaydada cavabdehlər Cavabdeh3, X1, Cavabdeh1 və Cavabdeh4 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasına dair hissədə hesab edir ki, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımdan məhkəmə hesab edir ki, iddiaçının qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın birgə qaydada cavabdehlər Cavabdeh3, X1, Cavabdeh1 və Cavabdeh4 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasına dair tələbi qeyri müəyyən olduğundan həmin tələb təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 xx.xx.2023cü il tarixli DKM/016N05A02047023 №-li Kredit müqaviləsi üzrə borc alan Əmiraslanov Akif Əmiraslanoviçin iddiaçı ASC "xxxx" Bankı qarşısında 1 865,20 (bir min səkkiz yüz altmış beş manat iyirmi qəpik) manat məbləğində əsas borcu, 33.16 (otuz üç manat on altı qəpik) manat məbləğində faiz borcu və 5 (beş) manat məbləğində cərimə olmaqla, cəmi 1903.36 (min doqquz yüz üç manat otuz altı qəpik) manat məbləğində pul vəsaiti və qətnamənin qəbul edildiyi tarixə əsas borc məbləğinin illik 5 faiz hesablanan faiz məbləği müştərək qaydada tutularaq iddiaçı ASC "xxxx" Bankının hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 xx.xx.2023-cü il tarixli DKM/016N05A02047023 №-li Kredit müqaviləsi üzrə borc alan Əmiraslanov Akif Əmiraslanoviçin iddiaçı ASC "xxxx" Bankı qarşısında 1 865,20 (bir min səkkiz yüz altmış beş manat iyirmi qəpik) manat məbləğində əsas borcu, 33.16 (otuz üç manat on altı qəpik) manat məbləğində faiz borcu və 5 (beş) manat məbləğində cərimə olmaqla, cəmi 1903.36 (min doqquz yüz üç manat otuz altı qəpik) manat məbləğində pul vəsaiti və qətnamənin qəbul edildiyi tarixə əsas borc məbləğinin illik 05 faiz hesablanan faiz məbləği müştərək qaydada tutularaq iddiaçı ASC "xxxx" Bankının hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV