Məhkəmə qərarları › İş №e-2(029)-156/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-156/2024

05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-156/2024 05.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 19361.97 (on doqquz min üç yüz altmış bir dollar doxsan yeddi sent) ABŞ dollar-bundan 8543.12 (səkkiz min beş yüz qırx üç dollar on iki sent) ABŞ dolları əsas, 3854.34 (üç min səkkiz yüz əlli dörd dollar otuz dörd sent) ABŞ dolları faiz, 6370.70 (altı min üç yüz yetmiş dollar yetmiş sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 593.81 (beş yüz doxsan üç dollar səksən bir sent) ABŞ dolları faiz borcu iş üzrə ödənilmiş 188.75 (yüz səksən səkkiz manat yetmiş beş qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış 840 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 28% dərəcəsi ilə, 36 (otuz altı) ay müddətinə 12.750 (on iki min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında ZM-840 nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 saylı xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 14148.97 (on dörd min yüz qırx səkkiz dollar, 97 sent) ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə bankın hüququ vardır. xx.xx.2023-cü il tarixə Cavabdeh1 cəmi borcu 19361.97 (on doqquz min üç yüz altmış bir dollar, 97 sent) ABŞ dolları təşkil edir. Bundan 8543.12 (səkkiz min beş yüz qırx üç dollar, 12 sent) ABŞ dolları əsas, 3854.34 (üç min səkkiz yüz əlli dörd dollar, 34 sent) ABŞ dolları faiz, 6370.70 (altı min üç yüz yetmiş dollar, 70 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 593.81 (beş yüz doxsan üç dollar, 81 sent) ABŞ dolları faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********380 nömrəli, 16 may 2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin fondun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddia tələbini tam müdafiə edir. İş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə iclasında iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 840 nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə 36 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 12.750 (on iki min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan ZM-840 nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 840 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq bank qarşısında zamin durmuşdur. İşdə olan 31 mart 2017-ci il tarixli 840 nömrəli xx.xx.2014-cü il tarixli kredit və zaminlik müqavilələrinə əlavə sazişin surətlərindən görünür ki, 31 mart 2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 14148.97 (on dörd min qırx səkkzi dollar doxsan yeddi sent) ABŞ dolları hesablanmışdır, kreditin müddəti 36 ay təyin olunaraq, xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. İşdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 17 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 23 aprel 2014-cü il tarixli 68661912 saylı kredit müqaviləsi üzrə 11 avqust 2023-cü il tarixə borcalanın banka 8543.12 (səkkiz min beş yüz qırx üç dollar on iki sent) ABŞ dolları əsas, 3854.34 (üç min səkkiz yüz əlli dörd dollar otuz dörd sent) ABŞ dolları faiz, 6370.70 (altı min üç yüz yetmiş dollar yetmiş sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 593.81 (beş yüz doxsan üç dollar səksən bir sent) ABŞ dolları faiz borcu, cəmi borcu 19361.97 (on doqquz min üç yüz altmış bir dollar doxsan yeddi sent) ABŞ dollar borcu mövcuddur. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən borcalan Cavabdeh1 və zamin Cavabdeh2 borcun qaytarılması barədə xəbərdarlıq məktubugöndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 06 aprel 2024-cü il tarixli 9/877 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 840 saylı kredit müqaviləsi və 02 saylı xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən verilmiş kredit üzrə Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2022-ci il tarixinə: əsas borc üzrə 8543,14 ABŞ dolları, faiz borcu üzrə 3699,65 ABŞ dolları, xx.xx.2023-cü il tarixinə AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 5% borc üzrə 582,59 ABŞ dolları. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli 9/877 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1. borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır.

442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.1.icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.4. özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1. dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2.əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

467. məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, Dəmir Bank” Açıq Səhmdar Cəmiyyətinin Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış 840 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 28% dərəcəsi ilə, 36 (otuz altı) ay müddətinə 12.750 (on iki min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında ZM-840 nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 saylı xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 14148.97 (on dörd min yüz qırx səkkiz dollar, 97 sent) ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixə Cavabdeh1 cəmi borcu 19361.97 (on doqquz min üç yüz altmış bir dollar, 97 sent) ABŞ dolları təşkil edir. Bundan 8543.12 (səkkiz min beş yüz qırx üç dollar, 12 sent) ABŞ dolları əsas, 3854.34 (üç min səkkiz yüz əlli dörd dollar, 34 sent) ABŞ dolları faiz, 6370.70 (altı min üç yüz yetmiş dollar, 70 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 593.81 (beş yüz doxsan üç dollar, 81 sent) ABŞ dolları faiz borcu təşkil edir. Göründüyü kimi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə cavabdehlər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məjburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə 06 aprel 2024-cü il tarixli 9/877 saylı ekspert rəyini qismən sübut kimi qəbul etmişdir. İş üzrə keçirilmiş 06 aprel 2024-cü il tarixli 9/877 saylı ekspert rəyindən görünür ki, əsas borc üzrə 8543,14 ABŞ dolları, faiz borcu üzrə 3699,65 ABŞ dolları, xx.xx.2023-cü il tarixinə AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 5% borc üzrə 582,59 ABŞ dolları müəyyən edilmişdir. Belə olan halda, məhkəmə tərəflərin irəli sürdükləri tələblər üzrə qətnamə çıxarılmalı olmasına dair prosessual qanunvericiliyinin müddəlarını rəhbər tutaraq bu nəticəyə gəlir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə cavabdehlərin kredit müqaviləsi üzrə borcun məbləği daha yüksək göstərildiyindən kredit müqaviləsi üzrə əsas borcu iddiaçının irəli sürülmüş tələb çərçivəsində götürülməlidir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə cavabdehlərin kredit müqaviləsi üzrə faiz borclarının məbləği daha yüksək göstərildiyindən kredit müqaviləsi üzrə faiz borcları iddiaçının irəli sürülmüş tələb çərçivəsində deyil 06 aprel 2024-cü il tarixli 9/877 saylı ekspertiza rəyi çərçivəsində götürülməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın 6370.70 (altı min yetmiş ABŞ dolları yetmiş sent) ABŞ dolları məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 200 (iki yüz) ABŞ dolları məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə məbləğinin iddiaçının tələb etdiyi miqdarda təmin edilməsi üçün iddiaçı tərəfindən sübut da təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cərimə məbləği xeyli miqdarda iddiaçı tərəfindən şişirdilmişdir. Məhkəmə hesab edir ki, cərimə məbləği 200 (iki) yüz ABŞ dolları təyin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8543.12 (səkkiz min beş yüz qırx üç dollar on iki sent) ABŞ dolları əsas, 3699.65 (üç min altı yüz doxsan doqquz dollar altmış beş sent) ABŞ dolları faiz, 200 (iki) yüz ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 582.59 (beş yüz səksən iki dollar əlli doqquz sent) ABŞ dolları faiz borcu, cəmi 13.025,36 (on üç min, iyirmi beş dollar, otuz altı sent) ABŞ dolları məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının xeyrinə qismən təmin olunduğu üçün iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 188.75 (yüz səksən səkkiz manat yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası məhkəmənin öz təşəbbüsü ilə təyin edildiyindən və iddia tələbi iddiaçının xeyrinə qismən təmin olunduğu üçüniş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8543.12 (səkkiz min beş yüz qırx üç dollar on iki sent) ABŞ dolları əsas, 3699.65 (üç min altı yüz doxsan doqquz dollar altmış beş sent) ABŞ dolları faiz, 200 (iki) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 582.59 (beş yüz səksən iki dollar əlli doqquz sent) ABŞ dolları faiz borcu, cəmi 13.025,36 (on üç min, iyirmi beş dollar, otuz altı sent) ABŞ dolları məbləğində məbləğində kredit borcu qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 188.75 (yüz səksən səkkiz manat yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar