Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-18/2025 08.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Hacıyev Tariyel Hacıbala oğluna və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Hacıyev Tariyel Hacıbala oğluna və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 16524.23 (on altı min beş yüz iyirmi dörd dollar, 23 sent) ABŞ dolları -bundan 7690.96 (yeddi min altı yüz doxsan dollar, 96 sent) ABŞ dolları əsas, 3609.85 (üç min altı yüz doqquz dollar, 85 sent) ABŞ dolları faiz, 4813.61 (dörd min səkkiz yüz on üç dollar, 61 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 409.81 (dörd yüz doqquz dollar, 81 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 174.28 (yüz yetmiş dörd manat, 28 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsinə əsasən cavabdehə Şəxsi istehlak məqsədilə illik 26% dərəcəsi ilə, 36 (otuz altı) ay müddətinə 10225 (on min iki yüz iyirmi beş) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM-240007666 nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 saylı xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 11440.47 (on bir min dörd yüz qırx dollar, 47 sent) ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 % ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən Borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların Borcalana verilməsi və ya Borcalanın adından göndərilməsi üzrə xərcləri Kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu Müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. xx.xx.2023-cü il tarixə Cavabdeh1 cəmi borcu 16524.23 (on altı min beş yüz iyirmi dörd dollar, 23 sent) ABŞ dolları təşkil edir. Bundan 7690.96 (yeddi min altı yüz doxsan dollar, 96 sent) ABŞ dolları əsas, 3609.85 (üç min altı yüz doqquz dollar, 85 sent) ABŞ dolları faiz, 4813.61 (dörd min səkkiz yüz on üç dollar, 61 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 409.81 (dörd yüz doqquz dollar, 81 sent) ABŞ dolları faiz borcu təşkil edir. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********381 nömrəli, 16 may 2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh Hacıyev Tariyel Hacıbala oğlunun nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddiaya qarşı etiraz ərizəsi göndərərək bildirmişdir ki, cavabdeh Tariyel Hacıyev xx.xx.2014-cü il tarixdə "xxxx" ASC ilə “Kredit müqaviləsi” bağlayıb illik 26 (iyirmi altı) faizlə, 36 ay müddətinə 10225 (on min iki yüz iyirmi beş) ABŞ dolları məbləğində kredit götürmüşdür. "xxxx" ASC ilə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağladığı gün, yəni xx.xx.2014-cü il tarixdə Cavabdeh2 həmin kreditin Tariyel Hacıyev tərəfindən qaytarılması üçün "xxxx" ASC ilə “Zaminlik müqaviləsi” bağlamışdır. "xxxx" ASC xx.xx.2014-cü il tarixdə bağladığı kredit müqaviləsi üzrə cavabdeh bir müddət aybaay ödənişlər eləmiş, sonradan isə maddi vəziyyəti ilə əlaqədar müqavilə üzrə ödənişləri edə bilməmişdir. 28 iyul 2017-ci il tarixdə Tariyel Hacıyev "xxxx" ASC ilə xx.xx.2014-cü il tarixdə bağladığı müqavilə üzrə qalıq borcunun restrukturizasiyası haqqında Əlavə Saziş bağlamışdır. Həmin Saziş bağlanan tarixə, yəni 28 iyul 2017-ci il tarixinə onun "xxxx" ASC-yə xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə 8344 (səkkiz min üç yüz qırx dörd dolar 54 sent) ABŞ dolları əsas borcu qalmışdı. "xxxx" ASC ilə 28 iyul 2017-ci il tarixdə bağladığı Əlavə Sazişə əsasən restrukturizasiya edilmiş həmin kreditin müddəti 5 (beş) il olmaqla 27 iyul 2022-ci il tarixinədək, illik faizi isə 10(on) faiz müəyyənləşdirilmişdi. "xxxx" ASC ilə 28 iyul 2017-ci il tarixdə bağladığı Əlavə Sazişə əsasən restrukturizasiya edilmiş krediti Tariyel Hacıyev bir müddət ödəmiş, sonradan isə maddi vəziyyəti ilə əlaqədar ödənişləri edə bilməmişdir. 28 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalamışdır. Həmin Fərmana əsasən fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarmadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi müəyyənləşdirilmişdir: “1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2.2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3.2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə - bu Fərmanın 1.1 -ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 2-ci hissəsinə əsasən Fərmanın 1 -ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən Banklara fiziki şəxslərin vaxtı keçmiş kreditlərinin restrukturizasiyası, yəni əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi tövsiyə olunmuş (Fərmanın 8.7-ci hissəsi); “güzəştli kredif’in fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kredit olması (Fərmanın 8.8-ci hissəsi); faizlərin silinməsinin isə dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış “faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi”nin olması (Fərmanın 8.9-cu hissəsi) izah edilmişdir; Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının qəbul edildiyi günə mənim iddiaçı "xxxx" ASC-yə xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsi” və 28 iyul 2017-ci il tarixdə bağladığım Əlavə Saziş üzrə 7690,96 (yeddi min doqquz yüz doxsan dollar, 96 sent) ABŞ dolları əsas borcu qalmışdı. Həmin Fərmana uyğun olaraq iddiaçıya olan 7690,96 (yeddi min doqquz yüz doxsan dollar, 96 sent) ABŞ dolları əsas borcu 2015ci il fevralın 21-nə və 2015-ci il dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borcu olduğu üçün həmin borc X3 qəbul edildiyi 28 fevral 2019-cu il tarixinə Azərbaycan Respublikasında ABŞ dollarının məzənnəsi olan 1 ABŞ dolları = 1 Manat 65 qəpik məzənnəsindən 0,25 manat və 0,60 manat çıxılmaqla, yəni 1 ABŞ dolları=0,8 manat məzənnəsi ilə (Fərmanın 1.3-cü hissəsi) alınaraq iddiaçıya ödənilməlidir. Həmin Fərmana uyğun olaraq Fərmanının qəbul edildiyi günə mənim iddiaçıya olan 7690,96 (yeddi min doqquz yüz doxsan dollar, 96 sent) ABŞ dolları əsas borcuma faiz borcu illik 1%-dən 4 illik faizlər hesablanmalıdır (Fərmanda 1 (bir) il faiz güzəşti nəzərdə tutulmuşdur) (Fərmanın 8.8-ci hissəsi). Həmin Fərmana uyğun olaraq Fərmanının qəbul edildiyi günə mənim iddiaçıya olan 7690,96 (yeddi min doqquz yüz doxsan dollar, 96 sent) ABŞ dolları əsas borcuma cərimə (dəbbə pulu) hesablanmamalıdır (Fərmanın 8.9-cu hissəsi). İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu ilə mənim kredit borcu üzrə münasibətlərim Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının qəbul edilməsindən qabaq yaranmışdır. Lakin, Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı həmin münasibətlər üzrə onun hüquqi vəziyyətini yaxşılaşdırdığı üçün Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən həmin Fərmanın müddəaları onun və iddiaçının arasında xx.xx.2014-cü il tarixdə yaranmış kredit münasibətlərinə şamil edilməlidir. Odur ki, cavabdeh Tariyel Hacıyevin iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fonduna olan 7690,96 (yeddi min doqquz yüz doxsan dollar, 96 sent) ABŞ dolları əsas borcumun 1 ABŞ dolları=0,8 manat məzənnəsi ilə alınaraq (Fərmanın İ.3-cü hissəsi) iddiaçıya ödənilməsinə, iddiaçıya olan 7690,96 (yeddi min doqquz yüz doxsan dollar, 96 sent) ABŞ dolları əsas borcuma illik 1%-dən götürülməklə 4 illik faizlərin hesablanmasına (Fərmanın 8.8-ci hissəsi) və iddiaçıya olan 7690,96 (yeddi min doqquz yüz doxsan dollar, 96 sent) ABŞ dolları əsas borcuna cərimə (dəbbə pulu) hesablanmamasına (Fərmanın 8.9-cu hissəsi), iddianın qalan hissədə rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək bildirmişdir ki, məhkəmə proseslərinin çoxluğunu, mürəkkəbliyini və s. bu kimi halları nəzərə alaraq məhkəmə iclasını iştirakları olmadan keçirib iddia tələbinin tam təmin edilməsinə dair yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdeh Hacıyev Tariyel Hacıbala oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməmiş və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Hacıyev Tariyel Hacıbala oğlu, Cavabdeh2 və cavabdeh Hacıyev Tariyel Hacıbala oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsinə əsasən cavabdeh X5 istehlak məqsədilə illik 26% dərəcəsi ilə, 36 (otuz altı) ay müddətinə 10225 (on min iki yüz iyirmi beş) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM-240007666 nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsiunə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 saylı xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 11440.47 (on bir min dörd yüz qırx dollar, 47 sent) ABŞ dolları təşkil etmişdir. Həmin borcun 8344.54 ABŞ dolları əsas borc, 2163.35 ABŞ doları faiz borcu və 932.58 ABŞ dolları cərimə borcu təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/7327 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hazırkı ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 29 dekabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdehlər X1 və Cavabdeh2 İddiaçı QSC-yə olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: Əlavə sazişin imzalandığı tarixə yəni xx.xx.2017-ci il tarixə: - əsas borc üzrə 7.902,11 ABŞ dolları; - faiz borcu üzrə 3.701,98 ABŞ dolları. Əlavə sazişin müddətinin bitmə tarixinə yəni xx.xx.2022-ci il tarixə: - əsas borc üzrə 7.328,01 ABŞ dolları; - faiz borcu üzrə 7.388,84 ABŞ dolları. Sualda qeyd edilən tarixə yəni xx.xx.2023-cü il tarixə illik 5% hesablanmaqla: - əsas borc üzrə 7.328,01 ABŞ dolları; - faiz borcu üzrə 7.388,84 ABŞ dolları. - faiz borcu 5% ilə 294,14 ABŞ dolları. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 12 may 2025-ci il tarixli 9/1574 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, cədvəl məlumatlarından da göründüyü kimi, hazırkı ekspertiza tədqiqatı zamanı, təqdim edilmiş hesabdan çıxarış məlumatları və 28 iyul 2017-ci il tarixli, 01 saylı əlavə saziş şərtləri əsas götürülməklə cavabdehin əsas və faiz borcları üzrə qalıq borc məbləği aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2023-cü il tarixə: (sualda göstərilən tarix) əsas borc üzrə 7770,44 ABŞ dolları, faiz borcu üzrə 3910,28 ABŞ dolları. faiz borcu üzrə (5 % -1 ə) 311,90 ABŞ dolları. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, borcalan Hacıyev Tariyel Hacıbala oğlu kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və banka ödənilməli olan əsas borcu ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bununla belə, məhkəmənin qənaətinə görə aşağıdakılara əsasən iddiaçının əsas, faiz və cərimə borclarına dair iddiası qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmanın 3-cü bəndi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmışdır ki, (3.1.) Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin; (3.2.) bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Fərmanın 5-ci bəndi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini ... təmin etsin. Habelə, Fərmanın 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, xx.xx.2014-cü il tarixli ********* nömrəli Kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən cavabdeh Hacıyev Tariyel Hacıbala oğluna verilmiş kredit üzrə hesablanmış borc Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşmüş və həmin Fərmanın müddəaları mübahisəli kredit borcuna da aid olmuşdur. İlk dəfə kredit müqaviləsi restrukturizasuya edildikdən sonra cavabdeh Tariyel Hacıyevin əsas borcu 8344,54 ABŞ dolları olmuş, restrukturizasiyadan sonra xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasında həmin borcdan 574,10 ABŞ dolları ödənilmiş, 7770,44 ABŞ dolları isə qalıq qalmışdır. Bununla da, Fərmanın tətbiqindən sonra borclu (cavabdeh) Hacıyev Tariyel Hacıbala oğlunun əsas borcu 7770,44 ABŞ dolları məbləğində təşkil etmişdir. Lakin, xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanla müəyyən olunmuş müddətdə, yəni 2019-cu il dekabrın 31-dək nə kredit vermiş İddiaçı ASC (onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) tərəfindən borclu Hacıyev Tariyel Hacıbala oğluna kreditin (əsas borcun) restrukturizasiya olunması barədə təklif verilməmiş, nə də bununla bağlı borclu Hacıyev Tariyel Hacıbala oğlu tərəfindən kredit verən İddiaçı ASC-yə yaxud onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət olunmamışdır. Qeyd olunmalıdır ki, mübahisəli kredit üzrə axırıncı ödəniş 2019-cu ilin mart ayında olmuş, həmin vaxtdan indiyədək heç bir ödəniş edilməmişdir. Qeyd olunduğu kimi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması məqsədilə dövlət tərəfindən banklara (Mərkəzi Bank vasitəsilə) güzətli kredit ayrılmışdır. Ona görə də banklar tərəfindən Fərmanın təsiri dairəsinə düşən problemli kreditlər üzrə faiz və cərimə borclarının vətəndaşlardan (borclulardan) tələb edilməsi qanunsuzdur (həmin borclar dövlət hesabına silinməlidir) və yalnız restrukturizasiya olunması təklif olunan əsas kredit borcları tələb edilə bilər. Lakin, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Hacıyev Tariyel Hacıbala oğluna və Cavabdeh2 qarşı irəli sürdüyü iddiada onlardan əsas borcla yanaşı, 3609.85 ABŞ dolları məbləğdə faiz borcu, 4813.61 ABŞ dolları məbləğdə cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 409.81 ABŞ dolları məbləğdə faiz borcu da tələb etmişdir. Lakin, istinad edilən Fərmanın tələblərinə müvafiq olaraq həmin borc (kredit) məbləğinin restrukturizasiya olunması ilə bağlı tərəflər arasında müqavilə (yeni kredit müqaviləsi) bağlanmadığından iddiaçının həmin borca görə faiz, cərimə və zərərin əvəzi hesablamasının (tələb etməsinin) hüquqi əsası yoxdur, həmin tələblərin irəli sürülməsi qeyd edilən Fərmanın tələblərinə ziddir. Eləcə də, xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanın tələblərinə əməl olunmadığından, iddiaçının hazırda mövcud olan 7770.44 AB,Ş dolları məbləğində əsas borcu tələb etməsi qanuni və əsaslı olsa da, onun tərəflər arasında xx.xx.2014-cü il tarixli ********* nömrəli Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə sazişə (restrukturizasiya sazişinə) istinad etməklə cavabdehlərdən faiz borcu, cərimə və zərərin əvəzi tələb etməsi qanunsuzdur. Bundan başqa, məhkəmə qeyd edir ki, Cavabdeh2 zamin olduğu müqavilə öhdəliyinin icra müddəti xx.xx.2022-ci il tarixdə sona çatmışdır. Mülki Məcəllənin 477.0.4cü maddəsinə görə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı isə məhkəməyə hazırkı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə, yəni zaminliklə təmin olunmuş öhdəliyin icrası müddəti bitəndən 1 il 4 ay sonra müraciət etmişdir. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində müəyyən olunmuş müddət kəsici müddət olmaqla məhkəmə tərəfindən öz təşəbbüsü ilə (tərəflərin istəyindən və müraciətindən asılı olmayaraq) tətbiq edilir. Ona görə də, İddiaçı ASC ilə cavabdeh Hacıyev Tariyel Hacıbala oğlu arasında bağlanmış Kredit müqaviləsi üzrə digər Cavabdeh2 zaminliyinə artıq xitam verilmiş hesab olunmalıdır. Odur ki, iddiaçının Cavabdeh2 qarşı iddia tələbini irəli sürməyə subyektiv hüququ olmadığından həmin şəxsə qarşı yönələn iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymıt verərək hesab edir ki, iddia qismən təmin olunmaqla cavabdeh Hacıyev Tariyel Hacıbala oğlundan 7770.44 ABŞ dolları məbləğində pul vəsaiti qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablkanmaqla tutularaq İddiaçı ASC-nin hesabına keçirilməli, qalan hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 174.28 manat məbləğində pul vəsaitinin iddianı təmin olunan hissəsinə mütənasib olan hissəsi, yəni 130 manat məbləğində pul vəsaiti cavabdeh Hacıyev Tariyel Hacıbala oğlundan tutularaq İddiaçı ASC-nin hesabına keçirilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. İş üzrə 200 (iki yüz) manat məbləğində məhkəmə xərcləri Hacıyev Tariyel Hacıbala oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Hacıyev Tariyel Hacıbala oğlundan 7770.44 (yeddi min yeddi yüz yetmiş dollar qırx dörd sent) ABŞ dolları məbləğində pul vəsaiti qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 174.28 manat məbləğində pul vəsaitinin iddianı təmin olunan hissəsinə mütənasib olan hissəsi, yəni 130 manat məbləğində pul vəsaiti cavabdeh Hacıyev Tariyel Hacıbala oğlundan tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İş üzrə 200 (iki yüz) manat məbləğində məhkəmə xərcləri Hacıyev Tariyel Hacıbala oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-18/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-18/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver