Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-186/2024 27.02.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “maneələrin qadağan edilməsi tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “maneələrin qadağan edilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdiyi, xx.xx.2021-ci il tarixli,**********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”-a əsasən Cavabdeh adına rəsmiləşdirilmiş Qusar şəhərində yerləşən 0.05 ha yaşayış tipli torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları tərəfindən müayinə və ölçü işlərinin aparılmasına maneçilik törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, Əmrahova (Tağıyeva) Larisa Gülağa qızı xx.xx.2012-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə cavabdeh X8 ilə evlənmiş və birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Cavabdeh 2015-ci il tarixdə yəni, birgə nikah dövründə Qusar rayon Hil kənd sakini X1 Qusar rayon Dövlət Notariat Kontorunun təsdiq etdiyi 03 dekabr 2015-ci il tarixli,4Ə-1130 reyestr nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Qusar şəhərində yerləşən 0.05 ha yaşayış tipli torpaq sahəsini satın almış və həmin torpaq sahəsi **********18 reyestr nömrəli xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”-a əsasən Cavabdeh adına rəsmiləşdirilmişdir. Cavabdehlə birgə nikah dövründə əldə etdiyi 0.05 ha torpaq sahəsində birgə vəsaiti hesabına fərdi yaşayış evi inşa etmiş və bir müddət həmin evdə yaşamışlar. Cavabdeh ilə aralarında bağlanmış nikah müqaviləsi Qusar rayon Məhkəməsinin 2(029)- 518/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra o, Cavabdeh oğluna və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı birgə nikah dövründə Cavabdeh adına rəsmiləşdirilmiş Qusar şəhərində yerləşən 0.05 ha yaşayış tipli torpaq sahəsinin aralarında bölünməsi və qeyd olunan torpaq sahəsinin ikidə bir hissəsinə mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsi ilə Qusar rayon Məhkəməsinə müraciət etmiş və Qusar rayon Məhkəməsinin 2(029)-594/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixli, **********18 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh adına rəsmiləşdirilmiş Qusar şəhərində yerləşən 0.05 ha yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsi onunla Cavabdeh arasında bərabər şəkildə bölünməklə həmin torpaq sahəsinin ½ hissəsinə dair onun, yəni Əmrahova (Tağıyeva) Larisa Gülağa qızının, qalan ½ hissəsinə dair isə Cavabdeh mülkiyyət hüququnun müəyyən edilməsinə dair qətnamə qət edilmişdir. Qeyd edilən Qusar rayon Məhkəməsinin 2(029)-594/2022 saylı,xx.xx.2022ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət edərək Qusar şəhərində yerləşən 0.05 ha yaşayış tipli torpaq sahəsinin ½ hissəsinə mülkiyyət hüququmun qeydiyyata alınmasını tələb etmişdir. Lakin qeyd edilən torpaq sahəsinə Cavabdeh sahiblik etdiyindən ərazidə müayinə işlərinin aparılmasına icazə veriməmişdir. Bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli 3-21-3- 34/2-7815/2023 saylı məktubla ona rəsmi cavab verərək bildirmişdir ki, məhkəmə qərarı ilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi 0.05 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edildiyindən müayinə işlərin aparılmasına icazə verilməmişdir. Ona görə də, o, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin bu qanunsuz hərəkətləri onun mülkiyyət hüquqlarını həyata keçirilməsinə və torpağa dair çıxarışın alınmasına və son nəticədə evə dair mülkiyyət sənədinin-çıxarışın alınmasına maneəçilik törədir ki, məhkəmə qaydasında cavabdehə həmin hərəkətlərin edilməsi qadağan edilməlidir. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir, təmin edilməsini xahiş edir. Həmçinin bildirmişdir ki, işi ilə əlaqədar 27 fevral 2021-cü il tarixə təyin edilmiş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəməyə nümayəndə ərizə göndərərək bildirmişdir ki, o, iddianı qəbul edir, təmin edilməsinə etiraz etmir, reyestr xidmətinin əməkdaşları gəlib mübahisəli əraziyə baxış keçirilməsinə etirazı yoxdur. Həmçinin bildirmişdir ki, işi ilə əlaqədar 27 fevral 2021cü il tarixə təyin edilmiş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4,185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, 2(029)-594/2022 saylı Qusar rayon Məhkəməsinin qətnaməsin surətindən görünür ki, **********18 reyestr nömrəli xx.xx.2021ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına rəsmiləşdirilmiş Qusar şəhərində yerləşən 0.05 ha yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsi X4 ilə Cavabdeh arasında bərabər şəkildə bölünməklə həmin torpaq sahəsinin ½ hissəsinə dair X3, qalan ½ hissəsinə dair Cavabdeh mülkiyyət hüququnun müəyyən olunması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Əmrahova (Tağıyeva) Larisa Gülağa qızı xx.xx.2012-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə cavabdeh X8 ilə evlənmişdir. Cavabdeh 2015-ci il tarixdə yəni, birgə nikah dövründə Qusar rayon Hil kənd sakini X1 Qusar rayon Dövlət Notariat Kontorunun təsdiq etdiyi 03 dekabr 2015-ci il tarixli,4Ə-1130 reyestr nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Qusar şəhərində yerləşən 0.05 ha yaşayış tipli torpaq sahəsini satın almış və həmin torpaq sahəsi **********18 reyestr nömrəli xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən “çıxarış”-a əsasən Cavabdeh adına rəsmiləşdirilmişdir. Cavabdeh ilə İddiaçı aralarında bağlanmış nikah Qusar rayon Məhkəməsinin 2(029)-518/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı birgə nikah dövründə Cavabdeh adına rəsmiləşdirilmiş Qusar şəhərində yerləşən 0.05 ha yaşayış tipli torpaq sahəsinin aralarında bölünməsi və qeyd olunan torpaq sahəsinin ikidə bir hissəsinə mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsi ilə Qusar rayon Məhkəməsinə müraciət etmiş və Qusar rayon Məhkəməsinin 2(029)-594/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixli, **********18 reyestr nömrəli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh adına rəsmiləşdirilmiş Qusar şəhərində yerləşən 0.05 ha yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsi İddiaçı ilə Cavabdeh arasında bərabər şəkildə bölünməklə həmin torpaq sahəsinin ½ hissəsinə dair iddiaçı Əmrahova (Tağıyeva) Larisa Gülağa qızının, qalan ½ hissəsinə dair isə Cavabdeh mülkiyyət hüququnun müəyyən edilməsinə dair Qətnamə qət edilmişdir. Bununlada İddiaçı həmin torpaq sahəsinə dair hüquqları məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. İddiaçı həmin torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən evə dair özünün mülkiyyət hüquqlarını həyata keçirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Qusar rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin əmkdaşlarına müraciət olunmuş, lakin həmin idarələrin əməkdaşları tərəfindən müayinə aparılmasına Cavabdeh tərəfindən maneçiliklər törədilmişdir. Bununla da, iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, Qusar rayon Məhkəməsinin 2(029)-594/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixli, **********18 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh adına rəsmiləşdirilmiş Qusar şəhərində yerləşən 0.05 ha yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsi İddiaçı ilə Cavabdeh arasında bərabər şəkildə bölünməklə həmin torpaq sahəsinin ½ hissəsinə dair iddiaçı Əmrahova (Tağıyeva) Larisa Gülağa qızının, qalan ½ hissəsinə dair isə Cavabdeh mülkiyyət hüququ müəyyən edilmişdir. İddiaçı qətnamədə qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüququnu həyata keçirilməsinə dair cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılmalıdır. Birgə nikah dövründə əldə edilmiş, xx.xx.2021-ci il tarixli,**********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”-a əsasən Cavabdeh adına rəsmiləşdirilmiş Qusar şəhərində yerləşən 0.05 ha yaşayış tipli torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları tərəfindən müayinə və ölçü işlərinin aparılmasına maneçilik törədilməsi Cavabdeh qadağan edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Birgə nikah dövründə əldə edilmiş, xx.xx.2021-ci il tarixli,**********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”-a əsasən Cavabdeh adına rəsmiləşdirilmiş Qusar şəhərində yerləşən 0.05 ha yaşayış tipli torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları tərəfindən müayinə və ölçü işlərinin aparılmasına maneçilik törədilməsi Cavabdeh qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №e-2(029)-186/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-186/2024
27.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver