Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-199/2025 24.01.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədirliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı “Finca Azerbaihan” MM QBKT-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələrə” dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı “Finca Azerbaihan” MM QBKT-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələrə” dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 1394.00 AZN, faiz borcuna görə 189.18 AZN, cərimə borcuna görə 213.16 AZN, cəmi 1796.34 (min yeddi yüz doxsan altı manat otuz dörd qəpik) AZN məbləgində borcun və 37.97 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçı “Finca Azerbaihan” MM QBKT-nin nümayəndəsi Nümayəndə1 tərəfindən məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, mülki işin geri qaytarılması barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət qaytarılır. Məhkəmə, iddiaçının ərizəni nəzərə alaraq hesab edir ki, iddiaçı “Finca Azerbaihan” MM QBKT-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələrə” dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmalıdır. İddiaçı “Finca Azerbaihan” MM QBKT-nin məhkəmədə işə baxılması üçün ödədiyi 37.97 (otuz yeddi manat doxsan yeddi qəpik) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra iddiaçı “Finca Azerbaihan” MM QBKT-yə geri qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “Finca Azerbaihan” MM QBKT-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələrə” dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı “Finca Azerbaihan” MM QBKT-yə geri qaytarılsın. İddiaçı “Finca Azerbaihan” MM QBKT-nin məhkəmədə işə baxılması üçün ödədiyi 37.97 (otuz yeddi manat doxsan yeddi qəpik) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra iddiaçı “Finca Azerbaihan” MM QBKT-yə qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli Cəlilov
Məhkəmə qərarları › İş №e-2(029)-199/2025
Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-199/2025
24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver