Məhkəmə qərarları › İş №e-2(029)-218/2022

Qusar Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(029)-218/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-218/2022 22.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 28 noyabr 2019-cu il tarixli 301821-37327/11 nömrəli kredit müqaviləsi üzrə 1796.02 manat əsas borc və 27.32 manat faiz borcu olmaqla, cəmi 1823.34 manat məbləğində borcun və 28 noyabr 2019-cu il tarixli 301821-37327/10 nömrəli kredit müqaviləsi üzrə isə 612.51 manat əsas borc və 9.11 manat faiz borcu olmaqla, cəmi 621.62 manat borcun, hər 2 (iki) müqavilə üzrə ümumilikdə 2444.96 (iki min dörd yüz qırx dörd manat doxsan altı qəpik) manat borcun və 44.85 (qırx dörd manat səksən beş qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddianı onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli, 301821-37327/11 nömrəli Güzəştli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə illik 1% dərəcəsi ilə 1796.02 (min yeddi yüz doxsan altı manat iki qəpik) manat məbləğində kredit verilmişdir. Həmçinin onunla borcalan arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli 301821-37327/10 nömrəli Güzəştli kredit müqaviləsinə əsasən 1% dərəcəsi ilə 60 ay müddətinə 612.51 (altı yüz on iki manat əlli bir qəpik) manat kredit verilmişdir. Borcalan əsas öhdəliyini lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 28 dekabr 2021-ci il tarixinə cavabdehin 28 noyabr 2019-cu il tarixli 301821-37327/11 nömrəli kredit müqaviləsi üzrə 1796.02 manat məbləğində əsas borcu və 27.32 manat faiz borcu olmaqla, cəmi 1823.34 manat məbləğində, 28 noyabr 2019-cu il tarixli 301821-37327/10 nömrəli kredit müqaviləsi üzrə isə 612.51 manat əsas borc və 9.11 manat faiz borcu olmaqla, cəmi 621.62 manat məbləğində kredit borcu yaranmışdır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit borcu yaranmışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasənərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, həqiqətən də, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli, 301821- 37327/11 nömrəli Güzəştli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə illik 1% dərəcəsi ilə 1796.02 (min yeddi yüz doxsan altı manat iki qəpik) manat məbləğində kredit verilmişdir. Bundan başqa İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28 noyabr 2019cu il tarixli, 301821-37327/10 nömrəli Güzəştli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə illik 1% dərəcəsi ilə 612.51 (altı yüz on iki manat əlli bir qəpik) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyini lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 28 dekabr 2021-ci il tarixə cavabdehin 28 noyabr 2019-cu il tarixli, 301821-37327/11 nömrəli kredit müqaviləsi üzrə 1796.02 (min yeddi yüz doxsan altı manat iki qəpik) manat əsas borcu və 27.32 manat faiz borcu olmaqla, cəmi 1823.34 manat kerdit borcu və 28 noyabr 2019-cu il tarixli, 301821-37327/10 nömrəli kredit müqaviləsi üzrə isə 612.51 manat məbləğində əsas borc və 9.11 manat faiz borcu olmaqla, cəmi 621.62 (altı yüz iyirmi bir manat altmış iki qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Odur ki, məhkəmə hesab edirki, iddia təmin olunmalı, Cavabdeh 28 noyabr 2019-cu il tarixli 301821-37327/11 saylı müqavilə üzrə 1796.02 (min yeddi yüz doxsan altı manat iki qəpik) manat əsas borcu, 27.32 (iyirmi yeddi manat otuz iki qəpik) manat faiz borcu olmaqla, cəmi 1823.34 (min səkkiz yüz iyirmi üç manat otuz dörd qəpik) manat və 28 noyabr 2019-cu il tarixli 301821-37327/10 saylı kredit müqaviləsi üzrə 612.51 (altı yüz on iki manat əlli bir qəpik) manat məbləğində əsas borc və 9.11 (doqquz manat on bir qəpik) manat faiz borcu olmaqla, cəmi 621.62 (altı yüz iyirmi bir manat altmış iki qəpik) manat məbləğində borcun, hər 2 (iki) müqavilə üzrə ümumilikdə 2444.96 (iki min dörd yüz qırx dörd manat doxsan altı qəpik) manat məbləğində borc tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Həmçinin, İddiaçı ASC tərəfindən ödənilmiş 44.85 (qırx dörd manat səksən beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq bankın hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 28 noyabr 2019-cu il tarixli 301821-37327/11 saylı müqavilə üzrə 1796.02 (min yeddi yüz doxsan altı manat iki qəpik) manat əsas borc, 27.32 (iyirmi yeddi manat otuz iki qəpik) manat faiz borcu olmaqla, cəmi 1823.34 (min səkkiz yüz iyirmi üç manat otuz dörd qəpik) manat borc və 28 noyabr 2019-cu il tarixli 301821-37327/10 saylı kredit müqaviləsi üzrə 612.51 (altı yüz on iki manat əlli bir qəpik) manat məbləğində əsas borc və 9.11 (doqquz manat on bir qəpik) manat faiz borcu olmaqla, cəmi 621.62 (altı yüz iyirmi bir manat altmış iki qəpik) manat məbləğində borcun, hər 2 (iki) müqavilə üzrə ümumilikdə 2444.96 (iki min dörd yüz qırx dörd manat doxsan altı qəpik) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 44.85 (qırx dörd manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Məhkəməqətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: AdilVəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar