Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-23/2025 23.01.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli GTGK6384552A140 saylı kred müqaviləsinə əsasən 17388,06 AZN əsas, 1597,25 AZN faiz, cəmi 18985,31 AZN məbləğində borcun, xx.xx.2023-cü il tarixli BRCB1554439B140 saylı kredit müqaviləsinə əsasən 1649,26AZN əsas; 340,15AZN faiz, cəmi 1989,41 AZN borcun və ödənilmiş 152,92 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçıASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli GTGK6384552A140 saylı kredit müqaviləsinə əsasən ona 48 ay, illik 21 faiz dərəcəsi ilə 20800 AZN kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli BRCB1554439B140 saylı Kredit müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə 1680 AZN olan kredit verilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq filialdan nəğd qaydada əldə edilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı, hesabdan çıxarış və kassa məxaric qəbzidir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-nə xx.xx.2022-ci il tarixli GTGK6384552A140 saylı kredit müqaviləsinə əsasən 17388,06 AZN əsas; 1597,25 AZN faiz, cəmi 18985,31 AZN borcu, xx.xx.2023-cü il tarixli BRCB1554439B140 saylı kredit müqaviləsinə əsasən 1649,26 AZN əsas; 340,15 AZN faiz; cəmi 1989,41 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “müvafiq qaydada imzalanma” tərəflərin müqaviləni şəxsən, mexaniki və ya başqa sürətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimeldən, elektron imzadan istifadə etməklə imzalanmasıdır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. “Elektron ticarət haqqında” Azərbaycan Respublikası qanununda əqdlərin elektron formada bağlanması da nəzərdə tutulmuşdur. İddiaçı ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin ASCnin nümayəndəsi məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddia ərizəsi tam əsaslı və qanunidir. İddia ərizəsində qeyd edilənləri nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını,iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli GTGK6384552A140 saylı kredit müqaviləsinə əsasən ona 48 ay, illik 21 faiz dərəcəsi ilə 20800 AZN kredit verilmişdir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli BRCB1554439B140 saylı Kredit müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə 1680 AZN olan kredit verilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 22 yanvar 2024-cü il tarixli 2204/104/1666 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli GTGK6384552A140 saylı kredit müqaviləsi üzrə 17388.06 manat əsas, 1597.25 manat fazi, cəmi 18985.31 manat borcu, xx.xx.2023-cü il tarixli BRCB1554439B140 saylı kredit müqaviləsi üzrə 1649.26 manat əsas, 340.15 manat faiz, cəmi 1989.41 manat borcu yaranmışdır. İşdə olan 12 yanvar 2024-cü il tarixli 16MH/3192 saylı Cavabdeh ünvanlanmış bildiriş məktubunun surətindən görünür ki, ona borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 25 oktyabr 2024-cü il tarixli 9/7901 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, GTGK6384552A140 saylı kredit müqaviləsi kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh sualda göstərilən tarixə banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2024-cü il tarixə: əsas borc üzrə 17408.73 manat, faiz borcu üzrə 1645.13 manat. 3-cü və 4-cü suallar üzrə: Təqdim edilmiş iş materiallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh («Borcalan») arasında elektron qaydada xx.xx.2023- cü il tarixli, BRCB1554439B140 saylı kredit müqaviləsi rəsmləşdirilərək, 1680 manat məbləğində vəsaitin borcalana verilməsi müəyyən edilmişdir. Ekspert qeyd edir ki, Qusar rayon məhkəməsi tərəfindən təyin edilmiş 01 mart 2024-cü il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibat ekspertizası ilkin olaraq xx.xx.2024-cü il tarixində Mərkəzə daxil olmuşdur. Ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət (İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli və xx.xx.2023-cü il tarixli kredit müqavilələri üzrə üzrə tərtib edilmiş; (hər müqavilə üzrə ayrı-ayrılıqda göstərilməklə) cari və ssuda hesabından çıxarışlar (əsas, faiz və cərimə silinmələri göstərilməklə müqavilə bağlanan tarixdən xx.xx.2024-cü il tarixədək), maliyyə arayışı (məxariclər, kredit üzrə ödənişlər, silinmələri, təyinatları, tarixləri, illik və ya aylıq faiz dərəcəsi və s. göstərilməklə) ödəniş qəbzləri (əgər varsa), göndərilmişdir. Lakin vəsatət təmin edilmədiindən iş materialları icrasız geri qaytarılmışdır. Bundan sonra həmin qərardad əsasında təyin edilmiş ekspertiza xx.xx.2024- cü il tarixində yenidən mərkəzə daxil olmuşdur. İş materialları ilə tanışlıq zamanı hesabdan çıxarış məlumatlarının iş materiallarına əlavə edildiyi müəyyən edilmişdir. Lakin təqdim edilmiş hesabdan çıxarış məlumatlarında Cavabdeh xx.xx.2023-cü il tarixli, BRCB1554439B140 saylı kredit müqaviləsi üzrə 1680,00 manat məbləğində vəsaitin verilməsi öz əksini tapmadığından həmin müqavilə üzrə əsas və faiz borcu müəyyən etmək mümkün olmadı. Qeyd edilir ki, 1680manat məbləğində vəsaitin verilməsini təsdiq ed£ff|s^şdLər (kassa məxaric orderi, hesabdan çıxarış məlumatları və s.) tədqiqata təqdim edildikdən sonra hesablama aparıla bilər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 oktyabr 2024-cü il tarixli 9/7901 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məjburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən, iddiaçının kredit müqavilələrinə görə yaranmış kredit borcu, ona hesablanmış faizlər və cəriməni vaxtından əvvəl tələb edilməsi hüququ yaranmışdır. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 25 oktyabr 2024-cü il tarixli 9/7901 saylı ekspert rəyini sübut kimi qəbul etmir. Belə ki, iş üzrə keçirilmiş ekspertiza zamanı verilmiş 25 oktyabr 2024-cü il tarixli 9/7901saylı rəydə xx.xx.2022-ci il tarixli GTGK6384552A140 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə: əsas borc üzrə 17408.73 manat, faiz borcu üzrə 1645.13 manat müəyyən edilmişdir. Belə olan halda, məhkəmə tərəflərin irəli sürdükləri tələblər üzrə qətnamə çıxarılmalı olmasına dair prosessual qanunvericiliyinin müddəlarını rəhbər tutaraq bu nəticəyə gəlir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh kredit müqaviləsi üzrə əsas və faiz borcun məbləği daha yüksək göstərildiyindən kredit müqaviləsi üzrə əsas və faiz borcu iddiaçının irəli sürülmüş tələb çərçivəsində götürülməlidir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin iddiası təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli GTGK6384552A140 saylı kred müqaviləsinə əsasən 17388,06 (on yeddi min üç yüz səksən səkkiz manat altı qəpik) manat əsas, 1597,25 (min beş yüz doxsan yeddi manat iyirmi beş qəpik) manat faiz, cəmi 18985,31 (on səkkiz min doqquz yüz səksən beş manat otuz bir qəpik) manart məbləğində borcun, xx.xx.2023-cü il tarixli BRCB1554439B140 saylı kredit müqaviləsinə əsasən 1649,26 (min altı yüz qırx doqquz manat iyirmi altı qəpik) manat əsas; 340,15 (üç yüz qırx manat on beş qəpik) manat faiz, cəmi 1989,41 (min doqquz yüz səksən doqquz manat qırx bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. İddia tələbi iddiaçının xeyrinə qismən təmin olunduğu üçün iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 152.92 (yüz əlli iki manat doxsan iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası məhkəmənin öz təşəbbüsü ilə təyin edildiyindən və iddia qismən təmin olunduğun ödəniş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli GTGK6384552A140 saylı kred müqaviləsinə əsasən 17388,06 (on yeddi min üç yüz səksən səkkiz manat altı qəpik) manat əsas, 1597,25 (min beş yüz doxsan yeddi manat iyirmi beş qəpik) manat faiz, cəmi 18985,31 (on səkkiz min doqquz yüz səksən beş manat otuz bir qəpik) manart məbləğində borcun, xx.xx.2023-cü il tarixli BRCB1554439B140 saylı kredit müqaviləsinə əsasən 1649,26 (min altı yüz qırx doqquz manat iyirmi altı qəpik) manat əsas; 340,15 (üç yüz qırx manat on beş qəpik) manat faiz, cəmi 1989,41 (min doqquz yüz səksən doqquz manat qırx bir qəpik) manat məbləğində kredit borcu və dövlət rüsumu olaraq ödənilmiş 152.92 (yüz əlli iki manat doxsan iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-23/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-23/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver