Məhkəmə qərarları › İş №e-2(029)-234/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-234/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-234/2024 14.03.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı QSC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 011A********** saylı müqavilə üzrə 637.04 manat məbləğində kredit borcu, 24.55 manat məbləğində faiz borcu və 597 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1258.59 (min iki yüz əlli səkkiz manat əlli doqquz qəpik) manat məbləğində, 011A********** saylı müqavilə üzrə 759.63 manat məbləğində kredit borcu. 26.94 manat məbləğində faiz borcu və 827.41 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1613.98 (min altı yüz on üç manat doxsan səkkiz qəpik) məbləğində borcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə cəmi 2872.57 (iki min səkkiz yüz yetmiş iki manat əlli yeddi qəpik) manat məbləğində borcun və ödənilmiş 48.73 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı QSC iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2019cu il tarixdə bağladığı 011A********** saylı və 011A********** saylı kredit müqavilələri əsasında hər iki müqavilə üzrə aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 011A********** saylı müqavilə üzrə 637.04 (altı yüz otuz yeddi) manat; 011A********** saylı kredit müqaviləsi üzrə isə 909.63 (doqquz yüz doqquz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqavilələrin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borclarından ibarət vəsaiti qaytarmamışdır. O, 011A********** saylı müqavilə üzrə götürdüyü kredit borcundan 0 manat ödəniş etmiş və onun iddiaçıya 637.04 manat məbləğində kredit borcu qalmış; 011A********** saylı müqavilə üzrə götürdüyü kredit borcundan 150 manat ödəniş etmiş və onun iddiaçıya 759.63 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirmişdir ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 1384 gün üçün 011A********** saylı müqavilə üzrə hesablanmış faiz borcu 24.55 manat; 011A********** saylı müqavilə üzrə hesablanmış faiz borcu 26.94 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 1384 gün üçün 011A********** saylı kredit müqaviləsi üzrə hesablanmış cərimə 597 manat; 011A********** saylı kredit müqaviləsi üzrə hesablanmış cərimə 827.41 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Məhkəmə iclasında İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, o, iddiaçının tələb etdiyi əsas və faiz borcu ilə razıdır.lakin, cərimə borcu ilə razı deyildir. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə 637.04 (altı yüz otuz yeddi manat dörd qəpik) manat məbləğində kredit xətti açılmışdır. İşdə olan 011G**********01 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə 903.63 (doqquz yüz üç manat altmış üç qəpik) manat məbləğində kredit xətti açılmışdır. İşdə olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli OUT-2023/11/20-42 saylı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit razılaşması üzrə həmin banka 759.63 manat məbləğində kredit borcu, 26.94 manat məbləğində faiz borcu və 827.41 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1613.98 (min altı yüz on üç manat doxsan səkkiz qəpik) manat borcu yaranmışdır. İşdə olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli OUT-2023/11/20-46 saylı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit razılaşması üzrə həmin banka 637.04 manat məbləğində kredit borcu, 24.55 manat məbləğində faiz borcu və 597 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1258.59 (min iki yüz əlli səkkiz manat əlli doqquz qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740.1, 740.2 və 741-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsinişərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bununla belə işin məhkəmədə araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 011A********** saylı müqavilə üzrə 637.04 manat məbləğində kredit borcu, 24.55 manat məbləğində faiz borcu və 597 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1258.59 (min iki yüz əlli səkkiz manat əlli doqquz qəpik) manat məbləğində, 011A********** saylı müqavilə üzrə 759.63 manat məbləğində kredit borcu. 26.94 manat məbləğində faiz borcu və 827.41 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1613.98 (min altı yüz on üç manat doxsan səkkiz qəpik) məbləğində borcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə cəmi 2872.57 (iki min səkkiz yüz yetmiş iki manat əlli yeddi qəpik) məbləğində borcun və ödənilmiş 48.73 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Məhkəmə hesab edir ki, iddianın xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi üzrə 827.41 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 40 (qırx) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi üzrə 597 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50 (əlli) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin iddiaçı tərəfindən cərimə məbləğinin iddia tələbində göstərilən məbləğdə tutulması üçün sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə 011A********** saylı müqavilə üzrə 637.04 manat məbləğində kredit borcu, 24.55 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə olmaqla, ümumilikdə 711.59 (yeddi yüz on bir manat əlli doqquz qəpik) manat məbləğində, 011A********** saylı müqavilə üzrə 759.63 manat məbləğində kredit borcu. 26.94 manat məbləğində faiz borcu və 40 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 826.57 (səkkiz yüz iyirmi altı manat əlli yeddi qəpik) məbləğində borcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə cəmi 1538.16 (min beş yüz otuz səkkiz manat on altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" QSC –nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının xeyrinə qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 48.73 (qırx səkkiz manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC -ninhesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə 011A********** saylı müqavilə üzrə 637.04 manat məbləğində kredit borcu, 24.55 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə olmaqla, ümumilikdə 711.59 (yeddi yüz on bir manat əlli doqquz qəpik) manat məbləğində, 011A********** saylı müqavilə üzrə 759.63 manat məbləğində kredit borcu. 26.94 manat məbləğində faiz borcu və 40 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 826.57 (səkkiz yüz iyirmi altı manat əlli yeddi qəpik) məbləğində borcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə cəmi 1538.16 (min beş yüz otuz səkkiz manat on altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" QSC –nin hesabına keçirilsin. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 48.73 (qırx səkkiz manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC–nin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar