Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-281/2024 28.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC-nin nümayəndəsi X2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönləndirilməsinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönləndirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BK № 4138/F- 22 saylı kredit müqaviləsi üzrə banka olan 8 462.39 AZN (səkkiz min dörd yüz altmış iki manat otuz doqquz qəpik) əsas, 586.92 AZN (beş yüz səksən altı manat doxsan iki qəpik) faiz, 1 941.45 AZN (bir min doqquz yüz qırx bir manat qırx beş qəpik) cərimə borcu olmaqla, cəmi borcu 10 990.76 AZN (on min doqquz yüz doxsan manat yetmiş altı qəpik borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 AZN (əlli bir manat) məbləğində rüsumun, 122.97 AZN (bir yüz iyirmi iki manat doxsan yeddi qəpik) məbləğində dövlət rüsumunun cavabdehlərdən (borcalan - Cavabdeh2, ipoteka qoyan, zamin - Cavabdeh1) tutularaq TuranBank ASC-yə ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 151.8 kv.m, yaşayış sahəsi 100.4 kv.m, köməkçi sahəsi 51.4 kv.m, otaqlarının sayı 5 olan fərdi yaşayış evi 0.03 ha torpaq sahəsi ilə birlikdə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə olan borcun ödənilməsi, xx.xx.2022-ci il tarixli BK № 4138/F-22 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən (borcalan - Cavabdeh2, ipotekaqoyan, zamin - Cavabdeh1) tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BK № 4138/F- 22 saylı kredit müqaviləsi üzrə banka olan 8 462.39 AZN (səkkiz min dörd yüz altmış iki manat otuz doqquz qəpik) əsas, 628.96 (altı yüz iyirmi səkkiz manat doxsan altı qəpik) faiz, 1 941.45 AZN (bir min doqquz yüz qırx bir manat qırx beş qəpik) cərimə borcu olmaqla, cəmi borcu 11032.80 AZN (on bir min otuz iki manat səksən qəpik) borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 AZN (əlli bir manat) məbləğində rüsumun, 122.97 AZN (bir yüz iyirmi iki manat doxsan yeddi qəpik) məbləğində dövlət rüsumunun cavabdehlərdən (borcalan - Cavabdeh2, ipoteka qoyan, zamin - Cavabdeh1) tutularaq T uranBank ASC-yə ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 151.8 kv.m, yaşayış sahəsi 100.4 kv.m, köməkçi sahəsi 51.4 kv.m, otaqlarının sayı 5 olan fərdi yaşayış evi 0.03 ha torpaq sahəsi ilə birlikdə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə olan borcun ödənilməsi, xx.xx.2022-ci il tarixli BK № 4138/F-22 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən (borcalan - Cavabdeh2, ipotekaqoyan, zamin - Cavabdeh1) tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BK № 4138/F-22 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20% olmaqla 36 ay müddətinə 12 000 AZN (on iki min manat) məbləğində kredit verilmişdir. Borclu heyvandarlıq fəaliyyəti ilə məşğuldur, krediti şəxsi istifadə üçün avtomobil alışı məqsədilə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2, TuranBank ASC, Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 4138/F-22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bank ilə Cavabdeh1 (ipotekaqoyan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4138/F-22 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan (DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 151.8 kv.m, yaşayış sahəsi 100.4 kv.m, köməkçi sahəsi 51.4 kv.m, otaqlarının sayı 5 olan fərdi yaşayış evi 0.03 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığa əsasən 30 000 AZN (otuz min manat) məbləğində qiymətləndirilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli BK № 4138/F-22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixinədək əsas və faiz borcları üzrə öhdəlikləri ödəniş cədvəlinə uyğun şəkildə ödəməmişdir. Cavabdeh2 Banka 8 462.39 AZN (səkkiz min dörd yüz altmış iki manat otuz doqquz qəpik) əsas, 586.92 AZN (beş yüz səksən altı manat doxsan iki qəpik) faiz, 1 941.45 AZN (bir min doqquz yüz qırx bir manat qırx beş qəpik) cərimə borcu olmaqla, cəmi borcu 10 990.76 AZN (on min doqquz yüz doxsan manat yetmiş altı qəpik) ödənilməmiş borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli BK № 4138/F-22 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən Borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 20 % olmaqla cərimə faizi ödəyir. 3.1.7-ci bəndinə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qərarı/qətnaməsi (və ya icra sənədi) tam icra olunub başa çatanadək hesablanan faizləri və/və ya vurulmuş zərərin ödənilməsini tələb etmək hüquqları var. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 9.1-ci bəndinə əsasən bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında ipoteka predmetinə tutma yönəldə bilər. İpoteka saxlayan ipoteka predmetinə məhkəmə qaydasında və ya notarisun icra qeydi əsasında tutma yönəldilməsi üsulunu seçməkdə sərbəstdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddianı və ona əlavəni müdafiə etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, o, iddianı qismən qəbul edir. Belə ki, o, əsas borca dair hissədə iddia ilə razıdır. Qalan hissələrdə isə iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməy heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli BK № 4138/F-22 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 illik faiz dərəcəsi 20% olmaqla 36 ay müddətinə 12 000 AZN (on iki min manat) məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli BK № 4138/F-22 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli BK № 4138/F-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasının təminatı olaraq bank qarşısında zamin durmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli BK № 4138/F-22 il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 məxsus olan (DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 151.8 kv.m, yaşayış sahəsi 100.4 kv.m, köməkçi sahəsi 51.4 kv.m, otaqlarının sayı 5 olan fərdi yaşayış evi 0.03 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 151.8 kv.m, yaşayış sahəsi 100.4 kv.m, köməkçi sahəsi 51.4 kv.m, otaqlarının sayı 5 olan fərdi yaşayış evi 0.03 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İşdə olan 27 mart 2024-cü il tarixli 1984 saylı maliyyə arayışından görünür ki, TuranBank ASC-nin Xaçmaz filialı ilə Cavabdeh2 oglu arasında xx.xx.2022-ci il tarixli, 4138/F-22 saylı kedit müqaviləsi bağlanmışdır. Borcalanın həmin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixinə banka 8187.39 AZN (səkkiz min bir yüz səksən yeddi manat 39 qəp.) əsas, 386,92 AZN (üç yüz səksən altı manat 92 qəp.) faiz və 1941.45 AZN (bir min doqquz yüz qırx boş manat 45 qəp) cərimə borcu olmaqla 105 15,76 AZN (on min beş yüz on beş manat 76 qəp.) ödənilməmiş borcu qalmışdır. İşdə olan 01 noyabr 2024-cü il tarixli 2996 saylı maliyyə arayışından görünür ki, TuranBank ASC-nin Xaçmaz filialı ilə Cavabdeh2 oglu arasında xx.xx.2022-ci il tarixli, 4138/F-22 saylı kedit müqaviləsi bağlanmışdır. Borcalanın həmin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Beləki, xx.xx.2024-cü il tarixinə banka 8 462.39 AZN (səkkiz min dörd yüz altmış iki manat otuz doqquz qəpik) əsas, 628.96 (altı yüz iyirmi səkkiz manat doxsan altı qəpik) faiz, 1 941.45 AZN (bir min doqquz yüz qırx bir manat qırx beş qəpik) cərimə borcu olmaqla, cəmi borcu 11032.80 AZN (on bir min otuz iki manat səksən qəpik) ödənilməmiş borcu qalmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 may 2024-cü il tarixli 9/2919 nömrəli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı məlumatları və 05 may 2022-ci il tarixli, 4138/F-22 №-li kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixə (bildirişin göndərildiyi tarixə) İddiaçı ASC-nə olan borcu 9.091,35 AZN məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 8462.39 AZN, faiz borcu üzrə 628.96 AZN. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2024-cü il tarixli 9/2919 saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. İşdə olan 24 sentyabr 2024-cü il tarixli ƏEM/S 35-628/24 saylı Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, fərdi yaşayış evinin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan ipoteka predmeti ünvan 1 ünvanında 0.03 ha torpaq sahəsi üzərində yerləşən 151.8 kv.metr fərdi yaşayış evinin 24 sentyabr 2024cü il tarixinə bazar dəyəri 60000 (altmış min) manat, likvid dəyəri 52000 (əlli iki min) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BK № 4138/F-22 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20% olmaqla 36 ay müddətinə 12 000 AZN (on iki min manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2, TuranBank ASC, Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 4138/F-22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bank ilə Cavabdeh1 (ipotekaqoyan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4138/F-22 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan (DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 151.8 kv.m, yaşayış sahəsi 100.4 kv.m, köməkçi sahəsi 51.4 kv.m, otaqlarının sayı 5 olan fərdi yaşayış evi 0.03 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığa əsasən 30 000 AZN (otuz min manat) məbləğində qiymətləndirilmişdir. Cavabdeh2 Banka 8 462.39 AZN (səkkiz min dörd yüz altmış iki manat otuz doqquz qəpik) əsas, 586.92 AZN (beş yüz səksən altı manat doxsan iki qəpik) faiz, 1 941.45 AZN (bir min doqquz yüz qırx bir manat qırx beş qəpik) cərimə borcu olmaqla, cəmi borcu 10 990.76 AZN (on min doqquz yüz doxsan manat yetmiş altı qəpik) ödənilməmiş borcu qalmışdır. Daha sonra İddiaçı ASC məhkəməyə dəqiqləşdirmə ərizəsi verərək, xx.xx.2022-ci il tarixli BK № 4138/F- 22 saylı kredit müqaviləsi üzrə banka olan 8 462.39 AZN (səkkiz min dörd yüz altmış iki manat otuz doqquz qəpik) əsas, 628.96 (altı yüz iyirmi səkkiz manat doxsan altı qəpik) faiz, 1 941.45 AZN (bir min doqquz yüz qırx bir manat qırx beş qəpik) cərimə borcu olmaqla, cəmi borcu 11032.80 AZN (on bir min otuz iki manat səksən qəpik) borcu qalmışdır. Bununla da, İddiaçı ASC-nin yuxarıda göstərilən kredit müqaviləsi üzrə yaranmış borcu tələb etmək, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə bağlanılmış, həm iddiaçının, həm də cavabdehin qarşılıqlı öhdəlikləri yaranmışdır. İddiaçı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, cavabdeh isə müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Belə olan məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində öz öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, araşdırılması zamanı müəyyən olundu ki, bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, kredit borcu qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas yaranmışdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1.Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir 448.1. Əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır.
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1, 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 may 2024-cü il tarixli 9/2919 nömrəli ekspert rəyi ilə razılaşaraq həmin rəyi Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-yə olan əsas və faiz borclarının məbləğlərini müəyyən edən əsas sübut kimi qəbul edir. Məhkəmə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əsas və faiz borclarına dair göstərdiyi məbləğlə razılaşsa da, hesab edir ki, iddia ərizəsində göstərilən cərimə borcunun məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehlərdən həmin məbləğdə cərimənin tutulması onların üzərinə əlavə haqsız öhdəlik qoyulmasına və onların əlavə maliyyə sanksiyalarına məruz qalmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə həmin məbləğin azaldılaraq 100 (yüz) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BK № 4138/F-22 saylı kredit müqaviləsi üzrə banka olan 8 462.39 (səkkiz min dörd yüz altmış iki manat otuz doqquz qəpik) manat əsas, 628.96 (altı yüz iyirmi səkkiz manat doxsan altı qəpik) manat faiz, 100 (yüz) manat cərimə borcu olmaqla, cəmi borcu 9191.35 (doqquz min yüz doxsan bir manat otuz beş qəpik) manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 (əlli bir) manat məbləğində rüsumun,122.97 (bir yüz iyirmi iki manat doxsan yeddi qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borcalan - Cavabdeh2, ipoteka qoyan, zamin - Cavabdeh1) tutularaq TuranBank ASC-yə ödənilməlidir. Tələb ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 151.8 kv.m, yaşayış sahəsi 100.4 kv.m, köməkçi sahəsi 51.4 kv.m, otaqlarının sayı 5 olan fərdi yaşayış evi 0.03 ha torpaq sahəsi ilə birlikdə yönəldilməlidir. İpoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 151.8 kv.m, yaşayış sahəsi 100.4 kv.m, köməkçi sahəsi 51.4 kv.m, otaqlarının sayı 5 olan fərdi yaşayış evi 0.03 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 52.000 (əlli iki min) manat müəyyən edilməli, açıq hərrac vasitəsi ilə satılmalıdır. Satışdan əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borc məbləği ödənildikdən sonra əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh1 qaytarılmalıdır, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər (borcalan - Cavabdeh2, ipoteka qoyan, zamin - Cavabdeh1) ümumi qaydada tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İddia tələbi qismən də olsa iddiaçının xeyrinə qəbul olunduğu üçün iş üzrə 50 (əlli) manat təşkil edən ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmaqla Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabına ödənilməldir. İş üzrə 300 (üç yüz) manat təşkil edən “Əmlak Ekspert Mərkəzinə” ödənilməli ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmaqla Əmlak Ekspert Mərkəzi MMC-nin-VÖEN **********, Hesab-AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN:**********, Müxbir hesab-AZ03NABZ013501**********2944, KOD: 805711: SWİFT: İBAZAZ2X) hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BK № 4138/F-22 saylı kredit müqaviləsi üzrə banka olan 8 462.39 (səkkiz min dörd yüz altmış iki manat otuz doqquz qəpik) manat əsas, 628.96 (altı yüz iyirmi səkkiz manat doxsan altı qəpik) manat faiz, 100 (yüz) manat cərimə borcu olmaqla, cəmi borcu 9191.35 (doqquz min yüz doxsan bir manat otuz beş qəpik) manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 (əlli bir) manat məbləğində rüsumun,122.97 (bir yüz iyirmi iki manat doxsan yeddi qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borcalan - Cavabdeh2, ipoteka qoyan, zamin - Cavabdeh1) tutularaq TuranBank ASC-yə ödənilsin. Tələb ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 151.8 kv.m, yaşayış sahəsi 100.4 kv.m, köməkçi sahəsi 51.4 kv.m, otaqlarının sayı 5 olan fərdi yaşayış evi 0.03 ha torpaq sahəsi ilə birlikdə yönəldilsin. İpoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 151.8 kv.m, yaşayış sahəsi 100.4 kv.m, köməkçi sahəsi 51.4 kv.m, otaqlarının sayı 5 olan fərdi yaşayış evi 0.03 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 52.000 (əlli iki min) manat müəyyən edilsin, açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borc məbləği ödənildikdən sonra əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh1 qaytarılsın, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulsun. İş üzrə 50 (əlli) manat təşkil edən ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmaqla Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK- CTREAZ22) hesabına ödənilsin. İş üzrə 300 (üç yüz) manat təşkil edən “Əmlak Ekspert Mərkəzinə” ödənilməli ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmaqla Əmlak Ekspert Mərkəzi MMC-nin-VÖEN **********, Hesab-AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN:**********, Müxbir hesab-AZ03NABZ013501**********2944, KOD: 805711: SWİFT: İBAZAZ2X) hesabına ödənilməlsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV