Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-29/2025 29.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulmasına, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılmasına, ipoteka predmetinin boşaldılmasına və digər tələbə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulmasına, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılmasına, ipoteka predmetinin boşaldılmaslna və digər tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli QFS-8578 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 9189,5 AZN, kreditdən istifadəyə görə faiz borcu 635,29 AZN, cərimə borcu 40,52 AZN, cəmi borc 9865,31 manat Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 118.65 manat məbləğində, cəmi 169,65 manat pulun tutulması, tələb Cavabdeh1 məxsus Qusar rayonu, İmamqulukənd kəndində 0,15 ha torpaq sahəsinə və onun üzərində yerləşən 77,8 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli QFS-8578saylı kredit müqaviləsi üzrə cəmi məbləği 9865,31 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 169,65 manat məbləğində pul İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Qusar rayonu, İmamqulukənd kəndində 0,15 ha torpaq sahəsinə və onun üzərində yerləşən 77,8 kv.m olan fərdi yaşayış evinə yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 məxsus Qusar rayonu, İmamqulukənd kəndində 0,15 ha torpaq sahəsindən və onun üzərində yerləşən 77,8 kv.m olan fərdi yaşayış evindən çıxarılmaları və mənzilin boşaldılması, ipoteka predmeti olan Cavabdeh1 məxsus Qusar rayonu, İmamqulukənd kəndində 0,15 ha torpaq sahəsinin və onun üzərində yerləşən 77,8 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti müəyyənləşdirilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli QFS-8578 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə 9189,5 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 2639,93 manat məbləğində faiz borcu, cərimə borcuna görə 2229,33 manat olmaqla, cəmi 14058,76 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 118.65 manat məbləğində pulun tutulması, tələb Cavabdeh1 məxsus Qusar rayonu, İmamqulukənd kəndində 0,15 ha torpaq sahəsinə və onun üzərində yerləşən 77,8 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli QFS-8578 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 14058,76 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 118.65 manat məbləğində pul İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Qusar rayonu, İmamqulukənd kəndində 0,15 ha torpaq sahəsinə və onun üzərində yerləşən 77,8 kv.m olan fərdi yaşayış evinə yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 məxsus Qusar rayonu, İmamqulukənd kəndində 0,15 ha torpaq sahəsindən və onun üzərində yerləşən 77,8 kv.m olan fərdi yaşayış evindən çıxarılmaları və ev boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022ci il tarixli QFS-8578 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Qusar” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli QFS-8578saylı kredit müqaviləsinə əsasən illik 21 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 15000 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2022-ci il tarixli QFS-8578saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixli QFS-8578saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 9189,5 AZN, kreditdən istifadəyə görə faiz borcu 635,29 AZN, cərimə borcu 40,52 AZN, cəmi borc 9865,31 manat təşkil edir. Bundan başqa tələbkar İddiaçı ASC-nin “Qusar” filialı arasında bağlanmış xx.xx.2022-ci il tarixli QFS-8578 saylı kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə digər borclu - Cavabdeh2 ilə İddiaçı ASC-nin “Qusar” filialı arasında xx.xx.2023-cü ildə Zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə görə zamin və borclu xx.xx.2022-ci il tarixli QFS-8578 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. xx.xx.2022-ci il tarixli QFS-8578 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh1 məxsus Qusar rayonu, İmamqulukənd kəndində 0,15 ha torpaq sahəsi və onun üzərində yerləşən 77,8 kv.m olan fərdi yaşayış evi İddiaçı ASC qarşısında xx.xx.2022-ci il tarixli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alnımışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli QFS-8578saylı kredit müqaviləsinin 4.6cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Qeyd olunanlara əsasən cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-Cİ il tarixli QFS-8578 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 9189,5 AZN, kreditdən istifadəyə görə faiz borcu 635,29 AZN, cərimə borcu 40,52 AZN, cəmi borc 9865,31.manat məbləğində pul tutulmalıdır, tələblər ipoteka predmetinə yönəldilməlidir, ipoteka predmeti satıldıqdan sonra cavadehlər ipoteka predmetindən çıxarılmalıdır, cavabdehlərin ipoteka predmetində qeydiyyatı ləğv edilməlidir. İddiaçı ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək iş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməy heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli QFS-8578 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 illik 21 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 15000 manat məbləğində cavabdehə kredit verilmişdir. İşdə olan 28 fevral 2023-cü il tarixli QFS-8578 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli QFS-8578 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq bank qarşısında zamin durmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli QFS-8578 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 məxsus olan (DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 kəndi ünvanında xüsusi mülkiyyətdə olan 0.15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77.8 kv.m. olan fərdi yaşayış evi 0.15 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. İşdə olan verilmiş xx.xx.2022-ci il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 kəndi ünvanında xüsusi mülkiyyətdə olan 0.15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77.8 kv.m. olan fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İşdə olan 01 mart 2024-cü il tarixli RB-02/PK-751 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli QFS-8578 saylı müqaviləsi üzrə 28 fevral 2024-cü il tarixinə olan borcu aşağıdakı kimidir. əsas borc 9189.5 manat, faz borcu 635.29 manat, cərimə borcu 40.52 manat, cəmi 9865.31 manat borc. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 avqust 2024-cü il tarixli 9/4518 nömrəli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı məlumatları və xx.xx.2022-ci il tarixli QFS-8578 saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh1 xx.xx.2024-cü il tarixədək (sualda göstərilən tarixə) banka olan borcu xx.xx.2024-cü il tarixə: əsas borc üzrə 9189.50 AZN, faiz borcu üzrə 637.06 AZN. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2024-cü il tarixli 9/4518 saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. İşdə olan 21 fevral 2025-ci il tarixli ƏEM/F 41-071/25 saylı Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, fərdi yaşayış evinin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən Cavabdeh1 mülkiyyətində olan ipoteka predmeti ünvan 1 kəndi ünvanında 0.15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77.8 kv.m. olan fərdi yaşayış evinin 21 fevral 2025-ci il tarixə bazar dəyəri 40000 (qırx min), likvid dəyəri 32000 (otuz iki min) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC-nin “Qusar” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli QFS-8578saylı kredit müqaviləsinə əsasən illik 21 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 15000 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.12.3. və 2.4. maddələri). xx.xx.2022-ci il tarixli QFS-8578saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tələbkar İddiaçı ASC-nin “Qusar” filialı arasında bağlanmış xx.xx.2022-ci il tarixli QFS-8578 saylı kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə digər borclu - Cavabdeh2 ilə İddiaçı ASC-nin “Qusar” filialı arasında xx.xx.2023-cü ildə Zaminlik müqaviləsi bağlanmışdır. Həmin Zaminlik müqaviləsinə görə zamin və borclu xx.xx.2022-ci il tarixli QFS-8578 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. xx.xx.2022-ci il tarixli QFS-8578 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh1 məxsus Qusar rayonu, İmamqulukənd kəndində 0,15 ha torpaq sahəsi və onun üzərində yerləşən 77,8 kv.m olan fərdi yaşayış evi İddiaçı ASC qarşısında xx.xx.2022-ci il tarixli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. Bununla da, İddiaçı ASC-nin yuxarıda göstərilən kredit müqaviləsi üzrə yaranmış borcu tələb etmək, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə bağlanılmış, həm iddiaçının, həm də cavabdehin qarşılıqlı öhdəlikləri yaranmışdır. İddiaçı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, cavabdeh isə müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Belə olan məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində öz öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, araşdırılması zamanı müəyyən olundu ki, bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, kredit borcu qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas yaranmışdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1.Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1.Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsinigecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdi. 448.1. Əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1.Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.Borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır.
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsinişərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1, 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 avqust 2024-cü il tarixli 9/4518 nömrəli ekspert rəyini sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi PlenumununAzərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarında qeyd olunur ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildiriş məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdeh göndərilmiş məktubda faiz məbləği 635.29 manat göstərilmişdir. Məhkəmə, iddiaçının tələb etdiyi faiz məbləğinə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarını əsas tutaraq hesab edir ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş bildirişdə göstərildiyi kimi 635.29 manat tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən cərimə borcunun məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehlərdən həmin məbləğdə cərimənin tutulması onların üzərinə əlavə haqsız öhdəlik qoyulmasına və onların əlavə maliyyə sanksiyalarına məruz qalmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə həmin məbləğin azaldılaraq 5 (beş) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli QFS-8578 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 9189,5 (doqquz min yüz səksən doqquz manat əlli qəpik) manat, kreditdən istifadəyə görə faiz borcu 635,29 (altı yüz otuz beş manat iyirmi doqquz qəpik) manat, cərimə borcu 5 (beş) manat, cəmi borc 9829.79 (doqquz min səkkiz yüz iyirmi doqquz manat yetmiş doqquz qəpik) manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsum və dövlət rüsumu kimi ödənilmiş 118.65 (yüz on səkkiz manat altmış beş qəpik) manat, cəmi 169,65 (yüz altmış doqquz manat altmış beş qəpik) manat pul tutulmalıdır. Tələb Cavabdeh1 məxsus Qusar rayonu, İmamqulukənd kəndində 0,15 ha torpaq sahəsinə və onun üzərində yerləşən 77,8 kv.m olan fərdi yaşayış evinə yönəldilməli, bu əmlak hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli QFS-8578 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 9829.79 (doqquz min səkkiz yüz iyirmi doqquz manat yetmiş doqquz qəpik) manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 118.65 manat məbləğində pul İddiaçı ASC-nə ödənilməlidir. Cavabdeh1 məxsus Qusar rayonu, İmamqulukənd kəndində 0,15 ha torpaq sahəsinin və onun üzərində yerləşən 77,8 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 32.000 (otuz iki min) manat müəyyən edilməlidir. İpoteka predmeti olan Cavabdeh1 məxsus Qusar rayonu, İmamqulukənd kəndində 0,15 ha torpaq sahəsinə və onun üzərində yerləşən 77,8 kv.m olan fərdi yaşayış evinə yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 məxsus Qusar rayonu, İmamqulukənd kəndində 0,15 ha torpaq sahəsindən və onun üzərində yerləşən 77,8 kv.m olan fərdi yaşayış evindən çıxarılmalı və ev boşaldılmalıdır. İpoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli QFS-8578 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İddia tələbi qismən də olsa iddiaçının xeyrinə qəbul olunduğu üçün iş üzrə 100 (yüz) manat təşkil edən ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmaqla Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabınaödənilməldir. İş üzrə 500 (beş yüz) manat təşkil edən “Əmlak Ekspert Mərkəzinə” ödənilməli ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmaqla Əmlak Ekspert Mərkəzi MMC-nin-VÖEN **********, Hesab-AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN:**********, Müxbir hesab-AZ03NABZ013501**********2944, KOD: 805711: SWİFT:İBAZAZ2X) hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli QFS-8578 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 9189,5 (doqquz min yüz səksən doqquz manat əlli qəpik) manat, kreditdən istifadəyə görə faiz borcu 635,29 (altı yüz otuz beş manat iyirmi doqquz qəpik) manat, cərimə borcu 5 (beş) manat, cəmi borc 9829.79 (doqquz min səkkiz yüz iyirmi doqquz manat yetmiş doqquz qəpik) manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsum və dövlət rüsumu kimi ödənilmiş 118.65 (yüz on səkkiz manat altmış beş qəpik) manat, cəmi 169,65 (yüz altmış doqquz manat altmış beş qəpik) manat pul tutulsun. Tələb Cavabdeh1 məxsus Qusar rayonu, İmamqulukənd kəndində 0,15 ha torpaq sahəsinə və onun üzərində yerləşən 77,8 kv.m olan fərdi yaşayış evinə yönəldilsin, bu əmlak hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli QFS-8578 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 9829.79 (doqquz min səkkiz yüz iyirmi doqquz manat yetmiş doqquz qəpik) manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 118.65 manat məbləğində pul İddiaçı ASC-nə ödənilsin. Cavabdeh1 məxsus Qusar rayonu, İmamqulukənd kəndində 0,15 ha torpaq sahəsinin və onun üzərində yerləşən 77,8 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 32.000 (otuz iki min) manat müəyyən edilsin. İpoteka predmeti olan Cavabdeh1 məxsus Qusar rayonu, İmamqulukənd kəndində 0,15 ha torpaq sahəsinə və onun üzərində yerləşən 77,8 kv.m olan fərdi yaşayış evinə yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 məxsus Qusar rayonu, İmamqulukənd kəndində 0,15 ha torpaq sahəsindən və onun üzərində yerləşən 77,8 kv.m olan fərdi yaşayış evindən çıxarılsın və ev boşaldılsın. İpoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli QFS-8578 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ Cavabdeh1 və Cavabdeh2 tutulsun. İş üzrə 100 (yüz) manat təşkil edən ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmaqla Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabına ödənilsin. İş üzrə 500 (beş yüz) manat təşkil edən “Əmlak Ekspert Mərkəzinə” ödənilməli ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmaqla Əmlak Ekspert Mərkəzi MMC-nin-VÖEN **********, Hesab-AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN:**********, Müxbir hesab-AZ03NABZ013501**********2944, KOD: 805711: SWİFT: İBAZAZ2X) hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN ƏLİ CƏLİLOV