Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-305/2024 11.03.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28 mart 2022-ci il tarixli 342594-1-33464 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 5.859,63 (beş min səkkiz yüz əlli doqquz manat altmış üç) manat məbləğində əsas borc, 618,00 (altı yüz on səkkiz) manat məbləğində faiz borcu, 274,60 (iki yüz yetmiş dörd manat altmış qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 6.752,23 (altı min yeddi yüz əlli iki manat iyirmi üç) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 87,52 (səksən yeddi manat əlli iki qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC tərəfindən məhkəməyə ünvanlanmış və işə əlavə edilmiş vəsatətdən görünür ki, cavabdehlə yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll olunması ilə əlaqədar olaraq sözügedən mülki iş üzrə iddia ərizəsinin ona əlavə edilmiş sənədlər ilə birlikdə qaytarılmasına zərurət yaranmışdır. İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair e-2(029)- 305/2024 saylı mülki iş üzrə iddia ərizəsinin iddiaçıya qaytarılması, məhkəməyə müraciət etmək üçün ödənilmiş 87,52 (səksən yeddi, 52) manat məbləğində dövlət rüsumunun iddiaçı Bank VTB (Azərbaycan) ASC-nə qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət qaytarılır. İddiaçı ASC-nin məhkəmədə işə baxılması üçün ödənilmiş 87,52 (səksən yeddi manat əlli iki qəpik) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı ASC-yə qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı ASC-yə geri qaytarılsın. İddiaçı ASC-nin məhkəmədə işə baxılması üçün üçün ödənilmiş 87,52 (səksən yeddi manat əlli iki qəpik) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı ASC-yə qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əli Cəlilov
Məhkəmə qərarları › İş №e-2(029)-305/2024
Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-305/2024
11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver