Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-306/2023 13.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı "xxxx" BOKT ASC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 0047/22 saylı kredit müqaviləsi üzrə 1841.46 manat əsas borc, 32.15 manat hesablanmış faiz borcu, 250.40 manat dəbbə pulu olmaqla, cəmi 2124.01 manat, xx.xx.2019-cu il tarixli, 0048/22, saylı kredit müqaviləsi üzrə 1111.98 manat əsas borc, 19.70 manat hesablanmış faiz borcu, 125.60 manat dəbbə pulu olmaqla, cəmi 1257.28 manat olmaqla, ümumilikdə 3381.29 manat, və ödənilmiş 54 manat dövlət rüsumunun, Cavabdeh2 isə xx.xx.2019-cu il tarixli, 0082/22, saylı kredit müqaviləsi üzrə isə 1535.90 manat əsas borc, 25.04 manat hesablanmış faiz borcu, 287.40 manat dəbbə pulu olmaqla, cəmi 1848.34 manat kredit borcunun və ödənilmiş 38.50 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa iddiaçı "xxxx" BOKT ASC-nin nümayəndəsi X2 məhkəmə ərizə ilə müraciət edərək bildirmişdir ki, mülki işdə Cavabdeh2 isə xx.xx.2019-cu il tarixli, 0082/22, saylı kredit müqaviləsi üzrə isə 1535.90 manat əsas borc, 25.04 manat hesablanmış faiz borcu, 287.40 manat dəbbə pulu olmaqla, cəmi 1848.34 manat kredit borcunun və ödənilmiş 38.50 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hazırda Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə dəqiqləşmə verilməlidir. Belə ki, xx.xx.2018/-ci il tarixli 0082/22 saylı kredit müqaviləsinin tarixi 20 avqust 2019-cu il kimi oxunmalıdır. "xxxx" BOKT ASC iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı BOKT ASC arasında xx.xx.2019-cu il tarixli, 0047/22 və xx.xx.2019-cu il tarixli, 0048/22 saylı həmçinin Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli, 0082/22 saylı kredit müqaviləsi imzalanmışdır. Hər iki şəxs qohumdur və bir təsərrüfada yaşayırlar. Müvafiq olaraq: xx.xx.2019-cu il tarixli, 0047/22 saylı kredit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə, 3307.68 manat məbləğində, xx.xx.2019-cu il tarixli, 0048/22, saylı kredit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə, 2114.92 manat məbləğində və xx.xx.2019-cu il tarixli, 0082/22, saylı kredit müqaviləsi üzrə isə 5 il müddətinə, 1 faizlə, 2820.14 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1.3-cü maddəsinə əsasən Kreditor müştərinin əmlak vəziyyəti pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımı qaydada icra edilməzsə borcun qaytarılmasını tələb etmək hüququ vardır. Hazırda xx.xx.2019-cu il tarixli, 0047/22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 BOKTa 1590.48 manat əsas borc, 28.91 manat hesablanmış faiz borcu, 483.60 manat dəbbə pulu olmaqla, cəmi 2102.99 manat, xx.xx.2019-cu il tarixli, 0048/22, saylı kredit müqaviləsi üzrə 1111.98 manat əsas borc, 19.70 manat hesablanmış faiz borcu, 125.60 manat dəbbə pulu olmaqla, cəmi 1257.28 manat, Cavabdeh2 isə xx.xx.2019-cu il tarixli, 0082/22, saylı kredit müqaviləsi üzrə isə 1535.90 manat əsas borc, 25.04 manat hesablanmış faiz borcu, 287.40 manat dəbbə pulu olmaqla, cəmi 1848.34 manat kredit borcu olmaqla ümumilikdə 5230.63 manat borcu vardır. Eyni zamanda Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanına əsasən "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restruktrizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Təəssüf ki, cavabeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina edir. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" BOKT ASC-nin nümayəndəsi X2 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, Cavabdeh1 ilə İddiaçı BOKT ASC arasında xx.xx.2019-cu il tarixli, 0047/22 və xx.xx.2019-cu il tarixli, 0048/22 saylı həmçinin Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli, 0082/22 saylı kredit müqaviləsi imzalanmışdır. Hazırda xx.xx.2019-cu il tarixli, 0047/22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 BOKTa 1590.48 manat əsas borc, 28.91 manat hesablanmış faiz borcu, 483.60 manat dəbbə pulu olmaqla, cəmi 2102.99 manat,cu il tarixli, 0048/22, saylı kredit müqaviləsi üzrə 1111.98 manat əsas borc, 19.70 manat hesablanmış faiz borcu, 125.60 manat dəbbə pulu olmaqla, cəmi 1257.28 manat,Cavabdeh2 nun isə xx.xx.2019-cu il tarixli, 0082/22, saylı kredit müqaviləsi üzrə isə 1535.90 manat əsas borc, 25.04 manat hesablanmış faiz borcu, 287.40 manat dəbbə pulu olmaqla, cəmi 1848.34 manat kredit borcu olmaqla ümumilikdə 5230.63 manat borcu vardır. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, digər Cavabdeh1 onun doğma oğludur. Onlar həqiqətən də İddiaçı BOKT ASC-dən kredit götürmüşlər. Maddi vəziyyəti yaxşı olmadığından krediti ödəyə bilməmişdir. Oğlu işi ilə əlaqədar məhkəmə iclasına gələ bilmir. Onlara hesablanmış cərimə məbləğinin silinməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 0047/22 saylı kredit (restrukturizasiya) müqaviləsindən və ona əlavədən görünür ki, Cavabdeh1 60 ay müddətinə illik 1% dərəcəsi ilə 3307.68 manat kredit verilmişdir. İşdə olan iddiaçı "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli 0048/22 saylı kredit (restrukturizasiya) müqaviləsindən və ona əlavədən görünür ki, Cavabdeh1 60 ay müddətinə illik 1% dərəcəsi ilə 2114.92 manat kredit verilmişdir. İşdə olan iddiaçı "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli 0082/22 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, Cavabdeh2 60 ay müddətinə illik 1% dərəcəsi ilə 2820.14 manat kredit verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Maliyyə arayışının surətindən görünür ki, xx.xx.2019-cu il tarixli 0047/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 60 ay müddətinə illik 1% dərəcəsi ilə 3307.68 manat kredit verilmişdir. Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 0047/22 saylı kredit müqaviləsi üzrə 1841.46 manat əsas borc, 32.15 manat hesablanmış faiz borcu, 250.40 manat dəbbə pulu olmaqla, cəmi 2124.01 manat borcu vardır. İşdə olan xx.xx.2023-cü il tarixli Maliyyə arayışının surətindən görünür ki, xx.xx.2019-cu il tarixli 0048/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 60 ay müddətinə illik 1% dərəcəsi ilə 2114.92 manat kredit verilmişdir. Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 0048/22 saylı kredit müqaviləsi üzrə 1111.98 manat əsas borc, 19.70 manat hesablanmış faiz borcu, 125.60 manat dəbbə pulu olmaqla, cəmi 1257.28 manat borcu vardır. İşdə olan xx.xx.2023-cü il tarixli Maliyyə arayışının surətindən görünür ki, xx.xx.2019-cu il tarixli 0082/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 60 ay müddətinə illik 1% dərəcəsi ilə 2820.14 manat kredit verilmişdir. Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 0082/22 saylı kredit müqaviləsi üzrə 1535.90 manat əsas borc, 25.04 manat hesablanmış faiz borcu, 287.40 manat dəbbə pulu olmaqla, cəmi 1848.34 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740.1 və740.2-ci maddələrinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddiaçı "xxxx" BOKT ASC-nin cavabdehlərin əsas və faiz borclarına dair göstərdiyi məbləğlərlə razılaşsa da, hesab edir ki, iddia ərizəsində göstərilən cərimə borcunun məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehlərdən həmin məbləğdə cərimənin tutulması onların üzərinə əlavə haqsız öhdəlik qoyulmasına və onun əlavə maliyyə sanksiyasına məruz qalmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə həmin məbləğlərin azaldılaraq xx.xx.2019-cu il tarixli 0047/22 saylı kredit müqavəsi üzrə cərimə məbləğinin 20 manat, xx.xx.2019-cu il tarixli 0048/22 saylı kredit müqaviləsi üzrə cərimə məbləğinin 10 manat və xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cərimə məbləğinin 20 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 0047/22 saylı kredit müqaviləsi üzrə 1841.46 manat əsas borc, 32.15 manat hesablanmış faiz borcu, 20 manat dəbbə pulu olmaqla, cəmi 1893.61 (min səkkiz yüz doxsan üç manat altmış bir qəpik) manat, xx.xx.2019-cu il tarixli, 0048/22, saylı kredit müqaviləsi üzrə 1111.98 manat əsas borc, 19.70 manat hesablanmış faiz borcu, 10 manat dəbbə pulu olmaqla, cəmi 1141.68 (min yüz qırx bir manat altmış səkkiz qəpik) manat olmaqla, ümumilikdə 3035.29(üç min otuz beş manat, iyirmi doqquz qəpik) manat və ödənilmiş 54 manat dövlət rüsumu tutulmalıdır. Həmçinin Cavabdeh2 isə xx.xx.2019-cu il tarixli, 0082/22, saylı kredit müqaviləsi üzrə isə 1535.90 manat əsas borc, 25.04 manat hesablanmış faiz borcu, 20 manat dəbbə pulu olmaqla, cəmi 1580.94 (min beş yüz səksən manat doxsan dörd qəpik) manat kredit borcunun və ödənilmiş 38.50 manat dövlət rüsumu "xxxx" BOKT ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş xx.xx.2019-cu il tarixli 0047/22 və 0048/22 saylı kredit müqavilələri üzrə 54 manat məbləğində dövlət rüsumu Cavabdeh1, xx.xx.2019-cu il tarixli 0082/22 saylı kredit müqaviləsi üzrə 38.50 manat mələğində dövlət rüsumu Cavabdeh2 tutularaq tutularaq iddiaçı "xxxx" BOKT ASC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 0047/22 saylı kredit müqaviləsi üzrə 1841.46 manat əsas borc, 32.15 manat hesablanmış faiz borcu, 20 manat dəbbə pulu olmaqla, cəmi 1893.61 (min səkkiz yüz doxsan üç manat altmış bir qəpik) manat, xx.xx.2019-cu il tarixli, 0048/22, saylı kredit müqaviləsi üzrə 1111.98 manat əsas borc, 19.70 manat hesablanmış faiz borcu, 10 manat dəbbə pulu olmaqla, cəmi 1141.68 (min yüz qırx bir manat altmış səkkiz qəpik) manat olmaqla ümumilikdə 3035.29(üç min otuz beş manat, iyirmi doqquz qəpik) manat və ödənilmiş 54 manat dövlət rüsumu tutulsun. Cavabdeh2 İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 0082/22, saylı kredit müqaviləsi üzrə 1535.90 manat əsas borc, 25.04 manat hesablanmış faiz borcu, 20 manat dəbbə pulu olmaqla, cəmi 1580.94 (min beş yüz səksən manat doxsan dörd qəpik) manat kredit borcunun və ödənilmiş 38.50 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmi edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-306/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-306/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver