Məhkəmə qərarları › İş №e-2(029)-311/2023

Qusar Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(029)-311/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-311/2023 23.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı pul tələbinə dair iddiaərizəsiiləməhkəməyəmüraciətedərək, Cavabdeh 2286,75 manat əsas borc, 568,76 manat faiz borcu olmaqla, cəmi 2855,51 (iki min səkkiz yüz əlli beş manat, əlli bir qəpik) manat borcun və ödənilmiş 48,55 manat dövlət rüsumunun tutularaq İddiaçı QSCyə ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra - İddiaçı QSC) keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı Cavabdeh Alim oğlunun "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli nələn problemli borcu üzrə tələb hüququ da 21 sentyabr 2017-ci il tarixli, S-FK- YEV-37 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC-yə təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə “Azərbaycan Beynəlxalq Bankı ASC-yə cəmi 2855,51 manat (əsas borc 2286,75 manat; faiz borcu 568,76 manat) məbləğində borcu olmuşdur. Belə ki, "xxxx" ASC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış 14 iyul 2014-cü il tarixli 420-xx.xx.2014-Yev58 saylı təminatlı kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 24 ay müddətinə illik 22 %-lə 6000(altı min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə Borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə Cavabdeh 1 alım oğlu tərəfindən əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsi gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh İddiaçıQSC-yə 2286,75 manat əsas borc, 568,76 manat faiz borcu olmaqla, cəmi 2855,51 (iki min səkkiz yüz əlli beş manat, əlli bir qəpik)təşkil edir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh İalim oğluna dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Kredit müqaviləsinin 12.1-ci bəndinə əsasən borcalan bu müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 12.2-ci bəndinə görə isə borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış taizləri ödəməlidir. Borcalan Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün 2855,51 manat borc cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101 s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra - İddiaçı QSC) keçmişdir.Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı Cavabdeh 1 alim oğlunun "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli nələn problemli borcu üzrə tələb hüququ da 21 sentyabr 2017-ci il taıixli, SFK-YEV-37 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC-yə təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə “Azərbaycan Beynəlxalq Bankı ASC-yə cəmi 2855,51 manat(əsas borc 2286,75manat; faiz borcu 568,76 manat)məbləğində borcu olmuşdur.Belə ki, "xxxx" ASC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış 14 iyul 2014-cü il tarixli 420xx.xx.2017 Yev58 saylı təminatlı kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 24 ay müddətinə illik 22 %-lə 6000(altı min) manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə Borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır.Lakin kredit müqaviləsinin şərtlərinə Cavabdeh 1 alım oğlu tərəfindən əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsi gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətlidərəcədə pozmuşdur.Cavabdeh iddiaçı ‘ AqrarkredıtQSC-yə2286,75manat əsas borc, 568,76 manat faiz borcu olmaqla, cəmi 2855,51 (iki minsəkkiz yüz əlli beş manat, əlli bir qəpik)təşkil edir.Borcun ödənilməsi tələbi ilə Cavabdeh İalim oğluna dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinəbaxmayaıaq lazımi nəticə əldə olunmamışdır. Cavabdehə göndərilmiş xəbərdarlıq məktubları nəticəsizqalmışdır. Odur ki, cavabdehin iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa iddiaçının nümayəndəsi iş üzrə iddia ərizəsinə cavabdehin iştirakı olmadan baxılmasına və qiyabi qətnamənin çıxartılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının etibarnamə üzrə nümayəndəsi X2işə qiyabi icraat qaydasında baxılmasına məhkəmədən xahiş etmiş və bu barədə məhkəməyəərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçının nümayəndəsinin ərizəsi nəzərə alınmaqla - işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatın ilə Cavabdeh arasında bağlanmış 14 iyul 2014-cü il tarixli 420-xx.xx.2014-Yev58 saylıkredit müqaviləsinə əsasən"xxxx" ASCtərəfindənCavabdeh24 ay müddətinə illik 22 %-lə 6000(altı min) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatıtərəfindən tərtib edilmiş 31 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehxx.xx.2014cü il tarixli müqavilə üzrə 2286,75 manat əsas borc, 568,76 manat faiz borcu olmaqla, cəmi 2855,51 (iki min səkkiz yüz əlli beş manat, əlli bir qəpik) manat borcu qalmışdır. İşdə olan 15 iyul 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 2286,75 manat əsas borc, 568,76 manat faiz borcu olmaqla, cəmi 2855,51 (iki min səkkiz yüz əlli beş manat, əlli bir qəpik) manatborcu vardır. Həmin borcu 10 gün ərzində ödəməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra - İddiaçı QSC) keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı Cavabdeh Alim oğlunun "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli nələn problemli borcu üzrə tələb hüququ da 21 sentyabr 2017ci il taıixli, S-FK- YEV-37 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC-yə təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə “Azərbaycan Beynəlxalq Bankı ASC-yə cəmi 2855,51 manat (əsas borc 2286,75 manat; faiz borcu 568,76 manat) məbləğində borcu olmuşdur. Belə ki, "xxxx" ASC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış 14 iyul 2014-cü il tarixli 420-xx.xx.2014-Yev58 saylı təminatlı kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 24 ay müddətinə illik 22 %-lə 6000(altı min) manat məbləğində kredit verilmişdir. Cavabdeh İddiaçı QSC-yə 2286,75 manat əsas borc, 568,76 manat faiz borcu olmaqla, cəmi 2855,51 (iki min səkkiz yüz əlli beş manat, əlli bir qəpik) təşkil edir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatınıniddiası təmin edilməli, Cavabdeh 2286,75 manat əsas borc, 568,76 manat faiz borcu olmaqla, cəmi 2855,51 (iki min səkkiz yüz əlli beş manat, əlli bir qəpik) manatməbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatınınhesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 48.55 (qırx səkkiz manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2286,75 manat əsas borc, 568,76 manat faiz borcu olmaqla, cəmi 2855,51 (iki min səkkiz yüz əlli beş manat, əlli bir qəpik) manatməbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının hesabına keçirilsin. Cavabdeh məhkəməyə iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 48.55 (qırx səkkiz manat əlli beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatınınhesabına keçirilsin. Qiyabi qətnamədən cavabdehlər qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar