Məhkəmə qərarları › İş №e-2(029)-317/2024

Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-317/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-317/2024 21.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı “xx.xx.2023-cü il tarixli DKM/016N05A02027223 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin borc alandan tutulması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC “Xalq” Bankı Cavabdeh qarşı “xx.xx.2023-cü il tarixli DKM/016N05A02027223 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin borc alandan tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli DKM/016N05A02027223№-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 2 694,87 (iki min altı yüz doxsan dörd manat 87 qəpik) manat məbləğində əsas borc, xx.xx.2024-cü il tarixə qədər 242,81 (iki yüz qırx iki manat 81 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc və vaxtı keçmiş əsas borc məbləğinə ilik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 19,84 (on doqquz manat 84 qəpik) manat məbləğində penya, cəmi 2 957,52 (iki min doqquz yüz əlli yeddi manat 52 qəpik) məbləğində pul vəsaiti və xx.xx.2024-cü il tarixindən (iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən) qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 49,58 (qırx doqquz manat 58 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc Cavabdehdən İddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iş üzrə tərəflər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlmədiklərindən – iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarının 9.1-ci bəndində qeyd olunur ki,Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Həmin qərarın 9.2-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizəilə məhkəməyə müraciət etməlidir. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından görünür ki, iddiaçı tərəfimndən 49,58 manat və 1,86 manat iddia ərizəsinin verilməsi dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi baxışlmamış saxlanıldığından hal-hazırda iddiaçı ASC “Xalq” Bankı Cavabdeh qarşı “xx.xx.2023-cü il tarixli DKM/016N05A02027223 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin borc alandan tutulması” tələbinə dair məhkəmədə işə baxılması üçün ödənilmiş 51,44 (əlli bir manat, qırx dörd qəpik) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra ASC “Xalq” Bankına geri qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Həmçinin, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrininüzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə, ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüquqları tərəflərə izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı ASC “Xalq” Bankı Cavabdeh qarşı “xx.xx.2023-cü il tarixli DKM/016N05A02027223 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin borc alandan tutulması” tələbinə dair iddiası üzrə mülki iş baxılmamış saxlanılsın. İddiaçı ASC “Xalq” Bankı Cavabdeh qarşı “xx.xx.2023-cü il tarixli DKM/016N05A02027223 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin borc alandan tutulması” tələbinə dair məhkəmədə işə baxılması üçün ödənilmiş 51,44 (əlli bir manat, qırx dörd qəpik) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra ASC “Xalq” Bankına geri qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrininüzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə iddiaçı təkrarən ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüquqları tərəflərə izah edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar