Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-361/2023 14.03.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 5 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 5 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsinin forması və məzmununa riayət etməyərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı Nümayəndə elektron qaydada kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etsədə, də xahiş etdi hissəsində isə ərizə şəklində göstərmişdir ki, Qusar rayon Məhkəməsində 2(029)-142/2021 saylı iş üzrə mülki işdə "hasarının dibində ara məsafəsi gözləmədən tikilmiş ilkin iddiaçı Qaraxanov Batmana məxsus qanunsuz tikililərin sökülməsi, həyətində olmuş akasiya ağaclarının qanunsuz kəsilmə tələbi ilə vurulmuş ziyana görə cavabdehlər X1, Qusar Avaran kənd Bələdiyyəsi, Qusar avaran kənd ərazi dairəsi tərəfindən vurulmuş 35 000 manat birgə ödənilməsi barədə” iddia tələbi vardır. Həmin iddia üzrə məhkəmə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə əsaslandırlmış rəy təqdim edilənədək 2(029)-142/2021 saylı iş üzrə icraat dayandırılması barədə Qusar rayon Məhkəməsinin 2(029)-142/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərardad çıxarmış və texniki ekspertiza təyin edilmişdir. Nəticədə işin icraatı dayandırlmışdır (hakim cənab Rafiq Kazımov). Hazırki müddətə qədər heç bir rəy təqdim edilməmiş və işin icraatı dayandırılmışdır. Mübahisənin həllinin uzanması və sona çatmaması nəticəsində həyət və evə reyestrdən çıxarış sənədini əldə edə bilmir. Odur ki, həmin mübahisə ilə bağlı məhkəmə icraatının yekunlaşması, o cümlədən zərurət olarsa, təxirə salmadan ekspertiza rəyinin alınması, iddiaçının səhətində olan problemləri nəzərə alaraq, mülki işin baxışının başa çatdırılmasını məhkəmədən xahiş etmişdir. Güründüyü kimi, iddia ərizəsinin forma və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Mülki prosessual qanunvericiliyə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizənin tərkib hissəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 149, 152.1.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər Nümayəndə geri qaytarılsın. Nümayəndə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Hakim: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-361/2023
Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-361/2023
14.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver