Məhkəmə qərarları › İş №e-2(029)-40/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-40/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-40/2024 19.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-ninLəğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehqarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması FonduCavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi iləməhkəməyə müraciət edərək, cəmi borcu 4693.88 (dörd min altı yüz doxsan üç ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları - bundan 1661.13 (bir min altı yüz altmış bir ABŞ dolları on üç sent) ABŞ dolları əsas, 469.73 (dörd yüz altmış doqquz ABŞ dolları yetmiş üç sent) ABŞ dollarıfaiz, 2323.36 (iki min üç yüz iyirmi üç ABŞ dolları otuz altı sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 239.66 (iki yüz otuz doqquz ABŞ dolları altmış altı sent) ABŞ dollarıfaizborcu və iş üzrə ödənilmiş 99.80 (doxsan doqquz manat səksən qəpik) manat dövlət rüsumunun Cavabdehtutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədəqətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki,"xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qusar filialı ilə Cavabdeharasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə “şəxsi istehlak” məqsədi ilə 24 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 5100 (beş min bir yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə bağlanmış 2288 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 4600.33 USD təşkil etmişdir. Kreditin müddəti 38 ay təyin edilmişdir. Kreditin illik faiz dərəcəsi 29 % təyin edilmişdir. Kredit Müqaviləsi üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 5877.11 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********690 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 4693.88 (dörd min altı yüz doxsan üç ABŞ dollan 88 sent) ABŞ dolları - bundan 1661.13 (bir min altı yüz altmış bir ABŞ dolları 13 sent) ABŞ dolları əsas, 469.73 (dörd yüz altmış doqquz ABŞ dolları 73 sent) ABŞ dolları faiz, 2323.36 (iki min üç yüz iyirmi üç ABŞ dolları 36 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 239.66 (iki yüz otuz doqquz ABŞ dolları 66 sent) ABŞ dolları faiz borcu təşkil edir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddia ərizəsini əsassız hesab edir.İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 5100 ABŞ dolları məbləğində kreditverilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış 2288 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən Borcalana verdiyi kreditin qalıq məbləği 4600 ABŞ dolları təşkil etmişdir.Kreditin müddəti 38 ay təyin edilmişdir.Kredit müqaviləsi üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı(bundan sonra”restrukturizasiya edilmiş kredit) 5877.1 1 ABŞ dolları təşkil etmişdir.Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil etmişdir.Sözügedən müddət bitdikdən sonra bankla onun arasında hər hansı bir ünsiyyət olmamışdır.Hazırkı iddia ərizəsinə əlavə edilən sənədlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunan, o cümlədən hazırkı mübahisə üzrə xüsusi önəm kəsb edən sənədlər - bankla onun arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi,kredit müqaviləsi üzrə bağlanmış 2288 nömrəli xx.xx.2015-ci il tarixli əlavə Saziş,xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 22 may 2017-ci il tarixli Əlavə Sazişlərin,kassa orderin nə əsli, nədə ki, əslinə bərabər surəti mövcud deyildir. Belə ki, iddia ərizəsinə sözgedən sənədlərin kserosurəti əlavə edilmişdir.Həmin sənədlərdə olan imzaların ona məxsus olmasına şübhə yaradır. Sözügedən sənədlərinin əslinin, yaxud əslinə bərabər surətlərinin olmaması əslində Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinin tələblərinin pozulmasıdır. Sözügedən maddəyə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Lakin iddiaçı bank tərəfindən yuxarıda qeyd olunan yazılı sübutların əslinin təqdim edilməməsi, həmin sənədlərin mövcud olmasını şübhə altına qoyur. Ona görə də mütləq şəkildə sənəsdlərin əsilləri məhkəməyə təqdim olunmalıdır.Əslində məhkəmə Miilki Prosessual Məcəllənin 151.1 -ci maddəsini əsas götürərək iddia ərizəsinin Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyini nəzərə almalı və onun məhkəmə icraatını mümkünsüz hesab etməli idi. Hazırkı vəziyyətdə məhkəmə mübahisə ilə bağlı mübahisə üzrə əsas olan yazılı sübutların əslinin olmamasına baxmayaraq hazırkı iddia ərizəsi üzrə araşdırma aparması Mülki Prosessual Məcəllənin normalarına ziddir.İddiaçı tərəfindən Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında göstərilən şərtləri kobud şəkildə pozmuşdur.Fərmanda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinin rəhbər tutaraq,dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditlər üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq,o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi ilə qərara almışdır.Bank tərəfindən əsassız və qanunsuz olaraq tələb etdiyi kreditlə bağlı qeyd edir ki,hətta Bank tərəfindən əsas borc,fazilər və cərimə düzgün hesablanmamışdır.İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-ninLəğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəməyə mülahizə təqdim edərək bildirmişdir ki, həqiqətən mübahisələndirilən kredit öhdəliyi Prezidentin müvafiq Fərmanının təsiri altına düşmüşdür. Bunu təsdiq edən problemli kreditlərin kompensasiyasına dair çıxarış məlumatlarıdır ki, hazırki mülahizəyə qoşma kimi əlavə edilir. Həmin çıxarışa nəzər yetirdikdə görünür ki, müvafiq kredit müqaviləsi üzrə Cavabdeh 1-ci devalvasiya nəticəsində, yəni xx.xx.2015-ci il tarixə olan əsas kredit borcu 4.600.33 ABŞ Dolları olmuş və həmin əsas kredit borcu üzrə hesablanmış kompensasiya məbləği 1150.08 Manat, 2-ci devalvasiya nəticəsində, yəni xx.xx.2015-ci il tarixə olan əsas kredit borcu 4042.06 ABŞ Dolları olmuş və həmin əsas kredit borcu üzrə hesablanmış kompensasiya məbləği 2425.24 manat hesablanmışdır. İddiaçı ASC-də olan kredit borclarına görə hesablanmş kompensasiya məbləğləri, yəni 3474.10 Manat "xxxx" MMC vasitəsi ilə cavabdeh X1 verilmişdir. Belə ki, Müvafiq Fərmanın 2-ci bəndində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin”. Fərman əsasında qəbul edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.5-ci bəndində isə qeyd edilir ki, ödəniş müddəti keçmiş əsas kreditborcu - fiziki şəxslərlə bağlanmış kredit müqavilələri üzrə 2019-cu ilin martın 1-nə əsas kredit borcunun ödənilməsi 10 gündən çox gecikdirilmiş borclardır. Mülahizəyə əlavə edilmiş MKR-dən çıxarışa nəzər yetirilərsəgörünür ki, əsas borc üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına 0 gün təşkil edir. Fərman əsasında qəbul edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 4.3-cü bəndində kompensasiyanın ödənilmə ardıcıllığı göstərilir. Həmin Qaydanın 4.3.1-ci bəndində deyilir ki, kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir. Həmin Qaydanın 4.3.2 bəndində deyilir ki, bu Qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan kredit borcları ödənildikdən sonra, qalan məbləğ fiziki şəxsin sərəncamına verilir. Bu səbəbdəndir ki, hesablanmış komensasiya məbləği Cavabdeh müvafiq kredit borcu üzrə gecikmə günlərinin sayı 2019cu ilin mart ayına 10 gündən az, yəni 0 gün təşkil etdiyindən birbaşa onun sərəncamına verilmişdir. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinin yalnız bağlanma tarixi və məbləği Fərmanın yuxarıda qeyd olunan şərtlərinə uyğun gəlir. Lakin kredit borcu aşağıda qeyd olunan şərtlərdən digərinə, yəni 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan şərtinə cavab vermədiyindən cavabdehin adı müvafiq siyahıda olmamışdır. Təkrarən bildirilir ki, əsas borc üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına 0güntəşkil etdiyi MKR-dən çıxarışda öz əksini tapır. Odur ki, mübahisələndirilən kredit öhdəliyi restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşməmişdir. Aşağıdakı şərtlərin hamısınacavab verən kreditlərin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunur. 2012-ci il 1 yanvar tarixindən sonra verilmiş; 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan; xarici valyutada əsas kredit məbləği 10 000 (on min) ABŞ dollarından, milli valyutada isə 17 000 (on yeddi min) manatdan çox olmayan kreditlər. Odur ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin iddiaçıya müvafiq kredit müqaviləsi üzrə cəmi borcu4693.88 (dörd min altı yüz doxsan üç ABŞ dolları 88 sent) ABŞ Dolları(əsas, faiz, cərimə və illik 5% hesablanmaqla)məbləği təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-ninLəğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin fondun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndə X4 məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddia tələbini tam müdafiə edir. İş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə iclasında iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cüil tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 24ay müddətinə, illik 29% dərəcəsi ilə 5100 (beş min yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan 09 aprel 2015-ci il tarixli ********* nömrəli xx.xx.2014-cüil tarixli kredit müqaviləsinə 2288 saylı əlavə sazişin surətindən görünür ki, əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4600.33 (dördmin altı yüz dollar otuz üç sent) ABŞ dolları hesablanmışdır, kreditin müddəti 38 ay təyin olunmuşdur. İşdə olan 22 may 2017-ci il tarixli ********* nömrəli xx.xx.2014-cüil tarixli kredit müqaviləsinə 02 saylı əlavə sazişin surətindən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit") 5877.11 (beş min səkkiz yüz yetmiş yeddi ABŞ dollarıon bir sent) USD təşkil edir.Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 3920.48 USD əsas borc, 1665.25 USD faiz borcu və 291.38 USDcərimə borcu təşkil edir. Kreditin müddəti xx.xx.2020-ci il tarixdək uzadılmışdır. İşdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 20 aprel 2023cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ********* nömrəli xx.xx.2014-cüil tarixli kredit müqaviləsi üzrə30 mart2023-cü il tarixə borcalanın banka 1661.13 (bir min altı yüz altmış bir ABŞ dolları on üç sent) ABŞ dolları əsas, 469.73 (dörd yüz altmış doqquz ABŞ dolları yetmiş üç sent) ABŞ dolları faiz, 2323.36 (iki min üç yüz iyirmi üç ABŞ dolları otuz altı sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 239.66 (iki yüz otuz doqquz ABŞ dolları altmış altı sent) ABŞ dolları faizborcu, cəmi borcu 4693.88 (dörd min altı yüz doxsan üç ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları borcu mövcuddur. İşdə olan xəbərdarlıq məktubundan görünür ki,iddiaçı tərəfindən borcalan Cavabdehborcun qaytarılması barədə xəbərdarlıq məktubugöndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 06 fevral 2024-cü il tarixli 9/16 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları; 21 oktyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi; 09 aprel 2015-ci il tarixli, “Əlavə Saziş” № 2288; 22 may 2017-ci il tarixli, 02 №-li “Əlavə Saziş”də qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix)İddiaçı ASC-nə olan borcu 2.456,77 USD məbləğində müəyyən edilir, o cümlədən:əsas borc üzrə 1930.24 USD, faiz borcu üzrə 255.22 USD, faiz borcu (illik 5%-lə hesablanmaqla) 271.31 USD İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 fevral 2024-cü il tarixli 9/16 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 01 avqust 2024-cü il tarixli 9/3823 saylı ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları; 21 oktyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi; 09 aprel 2015-ci il tarixli, “Əlavə Saziş” № 2288; 22 may 2017-ci il tarixli, 02 №-li “Əlavə Saziş”də qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-nə olan borcu 2.456,77 USD məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 1.930,24 USD, faiz borcu üzrə 255,22 USD, faiz borcu (illik 5%-lə hesablanmaqla) 271,31 USD. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 avqust 2024-cü il tarixli 9/3823 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məjburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən, iddiaçının kredit müqavilələrinə görə yaranmış kredit borcu və ona hesablanmış faizləri vaxtından əvvəl tələb edilməsi hüququ yaranmışdır. Bununla belə işin məhkəmədə araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh cəmi borcu 4693.88 (dörd min altı yüz doxsan üç ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları - bundan 1661.13 (bir min altı yüz altmış bir ABŞ dolları on üç sent) ABŞ dolları əsas, 469.73 (dörd yüz altmış doqquz ABŞ dolları yetmiş üç sent) ABŞ dolları faiz, 2323.36 (iki min üç yüz iyirmi üç ABŞ dolları otuz altı sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 239.66 (iki yüz otuz doqquz ABŞ dolları altmış altı sent) ABŞ dolları faizborcu və iş üzrə ödənilmiş 99.80 (doxsan doqquz manat səksən qəpik) Manat dövlət rüsumunun Cavabdehtutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş ekspertiza zamanı verilmiş 06 fevral 2024-cü il tarixli 9/16 saylı və 01 avqust 2024-cü il tarixli 9/3823 saylı rəylərdə isə 21 oktyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi; 09 aprel 2015-ci il tarixli, “Əlavə Saziş” № 2288; 22 may 2017-ci il tarixli, 02 №-li “Əlavə Saziş”də qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-nə olan borcu 2.456,77 USD məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 1.930,24 USD, faiz borcu üzrə 255,22 USD, faiz borcu (illik 5%-lə hesablanmaqla) 271,31 USD. Qeyd edilir ki, iş materiallarında olan problemli kreditlərin kompensasiyasına dair məlumat vərəqəsindən göründüyü kimi, İddiaçı ASC-də olan kredit görə hesablanmış kompensasiya məbləği "xxxx" vasitəsilə birbaşa müştəriyə nağd şəkildə ödənilir və ekspertiza tədqiqatına təqdim edilmiş hesabdan çıxarışda həmin məbləğ əks olunmamışdır. Bu səbədən kompensasiya məbləğinin borcun hesablanması zamanı nəzərə alınması mümkün olmamışdır. Məhkəmə ekspertiza rəyi ilə qismən razılaşır. Belə ki, həmin rəydə cavabdehin faiz öhdəliyi hissəsində göstərilən məbləğ məhkəmə tərəfindən sübut kimi qəbul edilir. Lakin məhkəmə tərəflərin irəli sürdükləri tələblər üzrə qətnamə çıxarılmalı olmasına dair prosessual qanunvericiliyinin müddəlarını rəhbər tutaraq bu nəticəyə gəlir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh kredit müqaviləsi üzrə borcun əsas məbləği və illik 5 %-lik faiz borcu daha yüksək göstərildiyindən kredit müqaviləsi üzrə əsas borc və faiz iddiaçının irəli sürülmüş tələb çərçivəsində götürülməlidir. Həmçinin məhkəmə həmin ekspertiza rəyini faizə dair hissədə sübut kimi qəbul etmişdir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən, iddiaçının kredit müqavilələrinə görə yaranmış kredit borcu, ona hesablanmış faizlər və cəriməni vaxtından əvvəl tələb edilməsi hüququ yaranmışdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın 2323.36 (iki min üç yüz iyirmi üç dollar otuz altı sent) ABŞ dollarıməbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq,Cavabdeh cəmi 200 (iki yüz)dollarməbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, cavabdehin etiraz ərizəsində göstərilənləri əsassız hesab edir. Belə ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə tədim etdiyi mülahizədə də göründüyü kimi, müvafiq kredit müqaviləsi üzrə cavabdeh X2 1-ci devalvasiya nəticəsində, yəni xx.xx.2015-ci il tarixə olan əsas kredit borcu 4.600.33 ABŞ Dolları olmuş və həmin əsas kredit borcu üzrə hesablanmış kompensasiya məbləği 1150.08 Manat, 2-ci devalvasiya nəticəsində, yəni xx.xx.2015-ci il tarixə olan əsas kredit borcu 4042.06 ABŞ Dolları olmuş və həmin əsas kredit borcu üzrə hesablanmış kompensasiya məbləği 2425.24 manat hesablanmışdır. İddiaçı ASC-də olan kredit borclarına görə hesablanmş kompensasiya məbləğləri, yəni 3474.10 Manat "xxxx" MMC vasitəsi ilə cavabdeh X1 verilmişdir. Belə ki, Müvafiq Fərmanın 2-ci bəndində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin”. Fərman əsasında qəbul edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.5-ci bəndində isə qeyd edilir ki, ödəniş müddəti keçmiş əsas kreditborcu fiziki şəxslərlə bağlanmış kredit müqavilələri üzrə 2019-cu ilin martın 1-nə əsas kredit borcunun ödənilməsi 10 gündən çox gecikdirilmiş borclardır. Fərman əsasında qəbul edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019cu il tarixli "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 4.3-cü bəndində kompensasiyanın ödənilmə ardıcıllığı göstərilir. Həmin Qaydanın 4.3.1-ci bəndində deyilir ki, kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir. Həmin Qaydanın 4.3.2 bəndində deyilir ki, bu Qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan kredit borcları ödənildikdən sonra, qalan məbləğ fiziki şəxsin sərəncamına verilir. Bu səbəbdəndir ki, hesablanmış komensasiya məbləği Cavabdeh müvafiq kredit borcu üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına 10 gündən az, yəni 0 gün təşkil etdiyindən birbaşa onun sərəncamına verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, Cavabdeh1661.13 (min altı yüz altmış bir ABŞ dolları on üç sent) ABŞ dolları əsas, 255.22 (iki yüz əlli beş ABŞ dolları iyirmi iki sent) ABŞ dolları faiz, 200 (iki yüz) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 239.66 (iki yüz otuz doqquz ABŞ dolları altmış altı sent) ABŞ dolları faizborcu, cəmi 2356.01 (iki min üç yüz əlli altı ABŞ dolları bir sent) ABŞ dolları qətnamə icra olunan günə (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-ninhesabına keçirilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia iddiaçının xeyrinə qismən təmin olunduğundan, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 99.80(doxsan doqquz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-ninhesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası iddia qismən təmin olunduğundaniş üzrə 150 (yüz əlli) manat məbləğində məhkəmə xərcləriCavabdehtutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1661.13 (min altı yüz altmış bir ABŞ dolları on üç sent) ABŞ dolları əsas, 255.22 (iki yüz əlli beş ABŞ dolları iyirmi iki sent) ABŞ dolları faiz, 200 (iki yüz) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 239.66 (iki yüz otuz doqquz ABŞ dolları altmış altı sent) ABŞ dolları faizborcu, cəmi 2356.01 (iki min üç yüz əlli altı ABŞ dolları bir sent) ABŞ dolları qətnamə icra olunan günə(ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla)tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin hesabına keçirilsin. Cavabdeh məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 99.80 (doxsan doqquz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin. İş üzrə 150 (yüz əlli) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar