Məhkəmə qərarları › İş №e-2(029)-400/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-400/2025

05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-400/2025 05.03.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı pulun tutulmasına, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılmasına, ipoteka predmetinin boşaldılmasına və digər tələbə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı pulun tutulmasına, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılmasına, ipoteka predmetinin boşaldılmasına və digər tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2022 il tarixli, QFS-8724 saylı Kredit müqaviləsi 17390,36 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 933,24 manat məbləğində faiz borcu və 57,52 manat məbləğində dəbbə borcu, cəmi 18381,12 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 145.15 manat məbləğində pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2022 il tarixli, QFS-8724 saylı Kredit müqaviləsi üzrə cəmi 18381,12 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 145.15 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsi, İpoteka predmeti olan Cavabdeh3 məxsus ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldikdən və ev satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 0,06 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması və ev boşaldılmması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022 il tarixli, QFS-872 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 kredit müqaviləsi üzrə 7390,36 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 3538,0 manat məbləğində faiz borcu, cərimə borcuna görə 3389,78 manat olmaqla, cəmi 14318,16 manat, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDRX Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 145.15 manat məbləğində pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2022 il tarixli, QFS-8724saylı Kredit müqaviləsi üzrə cəmi 14318,16 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 145.15 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022 il tarixli, QFS-8724 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin“Qusar” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022 il tarixli, QFS-8724 saylı Kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 19% dərəcəsi olmaqla 364 ay müddətinə 40000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, QFS-8724 saylı Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2022 il tarixli, QFS-8724 saylı Kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 17390,36 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 933,24 manat məbləğində faiz borcu və 57,52 manat məbləğində dəbbə borcu, cəmi 18381,12 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, QFS-8724saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2022 il tarixli, QFS-8724 saylı İpoteka müqaviləsinə əsasən İddiaçı ASC qarşısında yüklü edilmişdir. Bundan başqa İddiaçı ASC-nin “Qusar” filialı arasında bağlanmış xx.xx.2022 il tarixli, QFS-8724 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə digər cavabdeh - Cavabdeh3 və Cavabdeh2 ilə İddiaçı ASC-nin “Qusar” filialı arasında xx.xx.2022 ildə zaminlik müqaviləsi və xx.xx.2023 ildə əlavə razılaşma müqaviləsi bağlanmışdır. Həmin Zaminlik müqavilələrinə görə zamin və borclu xx.xx.2022 il tarixli və xx.xx.2023 il tarixli, QFS-8724 saylı Kredi müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022 il tarixli, QFS-8724 saylı Kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. İddiaçı ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək iş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 nəhkəməyə ərizə ilə müraciət edərək Qusar Rayon Məhkəməsinin icraatında iddiaçı "xxxx" ASC-nin mənə, Cavabdeh2 və Cavabdeh3na qarşı "pulun tutulmasına, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılmasına, ipoteka predmetinin boşaldılmasına və digər tələblərə” dair iddia ərizəsi üzrə mülki iş iddia ərizəsini qismən qəbul edir, hesablanmış faiz və cərinə borcları ilə razı deyil. İşi ilə əlaqədar təyin edilmiş məhkəmə iclaslarına gələ bilmir, iş üzrə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməy heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan sənədlər: xx.xx.2022 il tarixli, QFS-8724 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 illik 19 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 40000 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2022 il tarixli, QFS-8724 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.2022 il tarixli, QFS-8724 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq bank qarşısında zamin durmuşdur. xx.xx.2022 il tarixli, QFS-8724 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, X2 xx.xx.2022 il tarixli, QFS-8724 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq bank qarşısında zamin durmuşdur. xx.xx.2023-cü il tarixli baş kredit müqaviləsinin (kredit müqaviləsinin) zaminin dəyişdirilməsi haqqında əlavə razılaşmanın surətindən görünür ki, xx.xx.2022 il tarixli, QFS-8724 saylı kredit müqaviləsinə X2 çıxarılaraq Cavabdeh2 əlavə olunmuşdur. xx.xx.2022 il tarixli, QFS-8724 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 məxsus olan ünvan 2 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi üzərində yerləşən 271.3 kv.m ümumi, 87.5 kv.m yaşayış, 183.8 kv.m yardımçı sahələrdən ibarət olan 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi 0.04 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2022-ci il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 271.3 kv.m. olan fərdi yaşayış evi Cavabdeh3 xüsusi mülkiyyətindədir. 24 fevral 2025-ci il tarixli RB-02/PK-867 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022 il tarixli, QFS-8724 saylı müqaviləsi üzrə 25 noyabr 2025-ci il tarixinə olan borcu aşağıdakı kimidir. Əsas borc 17390.36 manat, faiz borcu 933.24 manat, cərimə borcu 57.52 manat, cəmi 18381.12 manat borc. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 noyabr 2025-ci il tarixli 9/4614 nömrəli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2022 il tarixli, QFS-8724 saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh1 xx.xx.2025-ci il tarixədək (sualda göstərilən tarixə) banka cəmi olan borcu 20418.13 AZN, əsas borc üzrə 19801.53 AZN faiz borcu üzrə 616.60 AZN. Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2025-ci il tarixli 9/4614 saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. 19 iyun 2025-ci il tarixli ƏEM/İ 33-295/25 saylı Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, fərdi yaşayış evinin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən Cavabdeh3 mülkiyyətində olan ipoteka predmeti ünvan 3 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 271.3 kv.m. olan fərdi yaşayış evinin 17 iyun 2025-ci il tarixə bazar dəyəri 120000 (yüz iyirmi min), likvid dəyəri 102000 (yüz iki min) manat təşkil edir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC-nin“Qusar” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022 il tarixli, QFS-8724 saylı Kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 19% dərəcəsi olmaqla 364 ay müddətinə 40000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, QFS-8724 saylı Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2022 il tarixli, QFS-8724 saylı Kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 17390,36 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 933,24 manat məbləğində faiz borcu və 57,52 manat məbləğində dəbbə borcu, cəmi 18381,12 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, QFS-8724saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2022 il tarixli, QFS-8724 saylı İpoteka müqaviləsinə əsasən İddiaçı ASC qarşısında yüklü edilmişdir. Bundan başqa İddiaçı ASC-nin “Qusar” filialı arasında bağlanmış xx.xx.2022 il tarixli, QFS-8724 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə digər cavabdeh - Cavabdeh3 və Cavabdeh2 ilə İddiaçı ASC-nin “Qusar” filialı arasında xx.xx.2022 ildə Zaminlik müqaviləsi və xx.xx.2023 ildə əlavə razılaşma müqaviləsi bağlanmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə bağlanılmış, həm iddiaçının, həm də cavabdehin qarşılıqlı öhdəlikləri yaranmışdır. İddiaçı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, cavabdeh isə müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Belə olan məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində öz öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, araşdırılması zamanı müəyyən olundu ki, bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, kredit borcu qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas yaranmışdır. Tədbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1.Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1.Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdi. 448.1. Əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1.Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.Borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır.

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1, 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 noyabr 2025-ci il tarixli 9/4614 nömrəli ekspert rəyini sübut kimi qəbul etmir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iddia tələbində 7390,36 manat məbləğində əsas kredit borcu tələb edir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 noyabr 2025-ci il tarixli 9/4614 nömrəli ekspert rəyində isə əsas borc üzrə 19801.53 AZN qeyd edilmişdir. Belə olan halda, məhkəmə tərəflərin irəli sürdükləri tələblər üzrə qətnamə çıxarılmalı olmasına dair prosessual qanunvericiliyinin müddəlarını rəhbər tutaraq bu nəticəyə gəlir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borcun məbləği daha yüksək göstərildiyindən kredit müqaviləsi üzrə əsas borc iddiaçının irəli sürülmüş tələb çərçivəsində götürülməlidir. İş materiallarında olan xx.xx.2025-cü il tarixli bildiriş məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdeh göndərilmiş məktubda faiz məbləği 933.24 manat göstərilmişdir. Məhkəmə, iddiaçının tələb etdiyi faiz məbləğinə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarını əsas tutaraq hesab edir ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş bildirişdə göstərildiyi kimi 933.24 manat tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarında qeyd olunur ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən cərimə borcunun məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehlərdən həmin məbləğdə cərimənin tutulması onların üzərinə əlavə haqsız öhdəlik qoyulmasına və onların əlavə maliyyə sanksiyalarına məruz qalmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə həmin məbləğin azaldılaraq 350 (üç yüz əlli) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022 il tarixli, QFS-8724 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 7390,36 (yeddi min üç yüz doxsan manat otuz altı qəpik) manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 933.24 (doqquz yüz otuz üç manat iyirmi dörd qəpik) manat məbləğində faiz borcu, cərimə borcuna görə 350 (üz yüz əlli) manat olmaqla, cəmi 8673.6 (səkkiz min altı yüz yetmiş üç manat altmış qəpik) manat pul tutulmalıdır. Tələb, tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməli, Tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinin açıq hərracdan satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2022 il tarixli, QFS-8724saylı Kredit müqaviləsi üzrə 7390,36 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 933.24 (doqquz yüz otuz üç manat iyirmi dörd qəpik) manat məbləğində faiz borcu, cərimə borcuna görə 350 (üç yüz əlli) manat olmaqla, cəmi 8673.6 (səkkiz min altı yüz yetmiş üç manat altmış qəpik) manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumu və dövlət rüsumu kimi ödənilmiş 145.15 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti 102.000 (yüz iki min) manat müəyyən edilməlidir. İpoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022 il tarixli, QFS-8724 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İddia tələbi qismən də olsa iddiaçının xeyrinə təmin olunduğu üçün iş üzrə 100 (yüz) manat təşkil edən ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulmaqla Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabınaödənilməldir. İş üzrə 500 (beş yüz) manat təşkil edən “Əmlak Ekspert Mərkəzinə” ödənilməli ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulmaqla Əmlak Ekspert Mərkəzi MMC-nin-VÖEN **********, Hesab- AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN:**********, Müxbir hesab- AZ03NABZ013501**********2944, KOD: 805711: SWİFT:İBAZAZ2X) hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022 il tarixli, QFS-8724 saylı kredit müqaviləsi üzrə 7390,36 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 933.24 (doqquz yüz otuz üç manat iyirmi dörd qəpik) manat məbləğində faiz borcu, cərimə borcuna görə 350 (üç yüz əlli) manat olmaqla, cəmi 8673.6 (səkkiz min altı yüz yetmiş üç manat altmış qəpik) manat, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDRX Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumu, dövlət rüsumu kimi ödənilmiş 145.15 manat məbləğində pul tutulsun. Tələb, tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 102.000 (yüz iki min) manat müəyyən edilsin. Tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinin açıq hərracdan satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2022 il tarixli, QFS- 8724saylı Kredit müqaviləsi üzrə 7390,36 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 933.24 (doqquz yüz otuz üç manat iyirmi dörd qəpik) manat məbləğində faiz borcu, cərimə borcuna görə 350 (üç yüz əlli) manat olmaqla, cəmi 8673.6 (səkkiz min altı yüz yetmiş üç manat altmış qəpik) manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumu və dövlət rüsumu kimi ödənilmiş 145.15 manat məbləğində pul İddiaçı ASC-nə ödənilsin İpoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022 il tarixli, QFS-8724 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutulsun. İş üzrə 100 (yüz) manat təşkil edən ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulmaqla Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabına ödənilsin. İş üzrə 500 (beş yüz) manat təşkil edən “Əmlak Ekspert Mərkəzinə” ödənilməli ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulmaqla Əmlak Ekspert Mərkəzi MMC-nin-VÖEN **********, Hesab- AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN:**********, Müxbir hesab- AZ03NABZ013501**********2944, KOD: 805711: SWİFT: İBAZAZ2X) hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar