Məhkəmə qərarları › İş №e-2(029)-436/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-436/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-436/2022 25.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 Fizulu oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 və Cavabdeh2 Fizulu oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada onun xeyrinə 391.40 (üç yüz doxsan bir ABŞ dolları qırx sent) ABŞ dolları əsas, 244.12 (iki yüz qırx dörd ABŞ dolları on iki sent) ABŞ dolları faiz, 1478.92 (min dörd yüz yetmiş səkkiz ABŞ dolları doxsan iki sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52.40 (əlli iki ABŞ dolları qırx sent) ABŞ dolları faiz borcu, cəmi 2166.84 (iki min yüz altmış altı ABŞ dolları səksən dörd sent) ABŞ dolları və 56.84 (əlli altı manat səksən dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində iddiaçı, həmçinin iddia tələbini tam müdafiə etdiklərini bildirərək iddia tələbi üzrə Bankın səlahiyyətli nümayəndəsi iştirak etmədikdə işə baxılmasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı 18 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 31 (otuz bir) faiz dərəcəsi ilə 3825 (üç min səkkiz yüz iyirmi beş) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 Fizulu oğlu ilə Bank arasında 240008660/ZM nömrəli, 18 fevral 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış 319 nömrəli 25.05.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən Kreditorun Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 3650.93 USD təşkil etmişdir. Kredit müddəti 34 (otuz dörd) ay, kreditin illik faiz dərəcəsi 31 % (otuz bir faiz) təyin edilmişdir. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli 30.03.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısında kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4211.18 (dörd min iki yüz on bir ABŞ dolları on səkkiz sent) USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti 30.03.2019-cu il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 % (on faiz) ödənilir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********769 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 10.02.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə 391.40 (üç yüz doxsan bir ABŞ dolları qırx sent) ABŞ dolları əsas, 244.12 (iki yüz qırx dörd ABŞ dolları on iki sent) ABŞ dolları faiz, 1478.92 (min dörd yüz yetmiş səkkiz ABŞ dolları doxsan iki sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52.40 (əlli iki ABŞ dolları qırx sent) ABŞ dolları faiz borcu, cəmi 2166.84 (iki min yüz altmış altı ABŞ dolları səksən dörd sent) ABŞ dolları təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək bildirmişdir ki, məhkəmə proseslərinin çoxluğu və yolun uzaqlığına görə məhkəmə iclasında iştirakları mümkün olmayacaqdır. Bunları nəzərə alaraq məhkəmə iclasını iştirakları olmadan keçirib müvafiq qərar qəbul etməyini məhkəmədən xahiş etmşdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Fizulu oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, onlar iddianı qismən qəbul edirlər. Belə ki, onlar 391.40 ABŞ dolları əsas və 244.12 ABŞ dolları faiz borcunun qaytarılmasına razıdırlar. Lakin, 1478.92 ABŞ dolları cərimə borcunun qaytarılmasına razı deyillər, bu onların üzərlərinə əlavə öhdəlik qoyur. 391.40 ABŞ dolları əsas və 244.12 ABŞ dolları pul vəsaitini imkanları olan kimi ödəməklə borcu qaytaracaqlar. 52.40 və 56.84 manat pul vəsaitlərinin qaytarılmasına etiraz etmirlər. Ona görə də, iddianın qismən təmin edilməsini, 391.40 ABŞ dolları əsas və 244.12 ABŞ dolları faiz borcunun onlardan tutulmasını, 1478.92 ABŞ dolları cərimə borcunun silinməsini, borcun ödənilməsi üçün onlara vaxt verilməsini məhkəmədən xahiş etmişlər. Bundan başqa, onlar şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmirlər, ona görə də, işə onların iştirakları olmadan baxılaraq iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 fevral 2015-ci tarixli ********* saylı kredit müqaviləsinin və kredit (fiziki şəxslər üçün) müqaviləsinə Əlavə №1-in surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə illik 31 (otuz bir) faiz olmaqla 3825 (üç min səkkiz yüz iyirmi beş) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 may 2015-ci il tarixli 319 saylı Kredit Müqaviləsinə Əlavə Sazişin surətindən görünür ki, müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 3650.93 (üç min altı yüz əlli ABŞ dolları doxsan üç sent) təşkil edir. Müqavilənin 2.3 bəndinə əsasən,kreditin müddəti 34 (otuz dörd ay təyin edilir. Müqavilənin 2.4 bəndinə əsasən, kreditin illik faiz dərəcəsi 31% (otuz bir faiz) təyin edilir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 18.17 % təşkil edir. Müqavilənin 2.5 bəndinə əsasən, gecikdirilən borc məbləğinə cərimə kimi hesablanan illik faiz dərəcəsi 62% (altmış iki faiz) aylıq isə, 5.17 % təyin edilir. İşdə olan 30 mart 2017-ci il tarixli, ********* saylı 18 fevral 2015-ci tarixli Kredit Müqaviləsi üzrə 02 saylı Əlavə Sazişin surətindən görünür ki, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2904.74 (iki min doqquz yüz dörd ABŞ dolları yetmiş dörd sent) USD əsas borc, 1144.56 (min yüz qırx dörd ABŞ dolları əlli altı sent) USD faiz borcu və 161.88 (yüz altmış bir ABŞ dolları səksən səkkiz sent) USD cərimə borcu təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti 30.03.2019-cu il tarixədək təşkil edir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh2 Fizulu oğlu arasında bağlanmış 18 fevral 2015-ci il tarixli 240008660/ZM saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 18 fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşdur. İşdə olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 Fizulu oğlu arasında bağlanmış 25 may 2015-ci il tarixli 319 saylı X1 Sazişin surətindən görünür ki, müqavilənin 2.1 bəndində qeyd edilən və Kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 3650.93 (üç min altı yüz əlli ABŞ dolları doxsan üç sent) təşkil edir. Müqavilənin 2.3 bəndinə əsasən, kreditin müddəti 34 (otuz dörd) ay təyin edilir. Müqavilənin 2.4 bəndinə əsasən, kreditin illik faiz dərəcəsi 31 % (otuz bir faiz) təyin edilir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 18.17 % təşkil edir. Müqavilənin 2.5 bəndinə əsasən, gecikdirilən borc məbləğinə cərimə kimi hesablanan illik faiz dərəcəsi 62% (altmış iki faiz) aylıq təyin edilir. İşdə olan 30 mart 2017-ci il tarixli, “240008660 saylı 18 fevral 2015-ci tarixli Kredit Müqaviləsi üzrə” 02 saylı Əlavə Sazişin surətindən görünür ki, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2904.74 (iki min doqquz yüz dörd ABŞ dolları yetmiş dörd sent) USD əsas borc, 1144.56 (min yüz qırx dörd ABŞ dolları əlli altı sent) USD faiz borcu və 161.88 (yüz altmış bir ABŞ dolları səksən səkkiz sent) USD cərimə borcu təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti 30.03.2019-cu il tarixədəkdir. İşdə olan Ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 16 fevral 2022-ci il tarixli **********292 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 18 fevral 2015-ci tarixli ********* saylı kredit müqaviləsi üzrə 10 fevral 2022-ci il tarixinə banka 391.40 (üç yüz doxsan bir ABŞ dolları qırx sent) ABŞ dolları əsas, 244.12 (iki yüz qırx dörd ABŞ dolları on iki sent) ABŞ dolları faiz, 1478.92 (min dörd yüz yetmiş səkkiz ABŞ dolları doxsan iki sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 52.40 (əlli iki ABŞ dolları qırx sent) ABŞ dolları faiz borcu, müqavilənin tələbləri əsasında yaranmış ümumi borcunun 2166.84 (iki min yüz altmış altı ABŞ dolları səksən dörd sent)ABŞ dolları məbləğində kredit borcunun olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas və faiz borclarına dair göstərdiyi məbləğlərlə razılaşsa da, hesab edir ki, iddia ərizəsində göstərilən cərimə borcunun məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və əsas borca münasibətdə xeyli miqdarda şişirdilmişdir. Cavabdehlərdən həmin məbləğdə cərimənin tutulması onların üzərinə əlavə haqsız öhdəlik qoyulmasına və onlara əlavə maliyyə sanksiyasına məruz qalmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə həmin məbləğin azaldılaraq 178 (yüz yetmiş səkkiz) ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Fizulu oğlundan 391.40 (üç yüz doxsan bir ABŞ dolları qırx sent) ABŞ dolları əsas, 244.12 (iki yüz qırx dörd ABŞ dolları on iki sent) ABŞ dolları faiz, 178 (yüz yetmiş səkkiz) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52.40 (əlli iki ABŞ dolları qırx sent) ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 865.92 (səkkiz yüz altmış beş ABŞ dolları doxsan iki sent) ABŞ dolları məbləğində kredit borcu qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 56.84 (əlli altı manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Fizulu oğlundan müştərək qaydada tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Fizulu oğlundan 391.40 (üç yüz doxsan bir ABŞ dolları qırx sent) ABŞ dolları əsas, 244.12 (iki yüz qırx dörd ABŞ dolları on iki sent) ABŞ dolları faiz, 178 (yüz yetmiş səkkiz) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52.40 (əlli iki ABŞ dolları qırx sent) ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 865.92 (səkkiz yüz altmış beş ABŞ dolları doxsan iki sent) ABŞ dolları məbləğində kredit borcu qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Fizulu oğlundan məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 56.84 (əlli altı manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar