Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-45/2024 07.03.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 12048.35 (on iki min qırx səkkiz manat otuz beş qəpik) manat - bundan 4192.82 (dörd min bir yüz doxsan iki manat səksən iki qəpik) manat əsas, 3468.90 (üç min dörd yüz altmış səkkiz manat doxsan qəpik) manat faiz, 3779.37 (üç min yeddi yüz yetmiş doqquz manat otuz yeddi qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 607.26 (altı yüz yeddi manat iyirmi altı qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 126.15 (bir yüz iyirmi altı manat on beş qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehlərə 36 ay müddətinə illik 27 % dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Cavabdehlər Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında 150004418/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 6207.05 AZN təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil etmişdir. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 20 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********586 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 12048.35 (on iki min qırx səkkiz manat otuz beş qəpik) manat təşkil edir. Bundan 4192.82 (dörd min bir yüz doxsan iki manat səksən iki qəpik) manat əsas, 3468.90 (üç min dörd yüz altmış səkkiz manat doxsan qəpik) manat faiz, 3779.37 (üç min yeddi yüz yetmiş doqquz manat otuz yeddi qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 607.26 (altı yüz yeddi manat iyirmi altı qəpik) manat faiz borcu təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin fondun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Nümayəndə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddia tələbini tam müdafiə edir. İş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə iclasında iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iddianı qismən qəbul etmiş, məhkəməyə ərizə ilə müraciət etmiş və izahatında bildirmişdir ki, o, iddianı qismən qəbul etmiş və bildirmişdir ki, əsəs borc iddia ərizəsində göstərilən məbləğdə cavabdehlərdən tutulmasını, faiz borcu isə ekspert rəyində göstərilən məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cərimə məbləğini isə ümumiyyətlə qəbul etmir Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 27 % dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. İşdə olan 150004418/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq bank qarşısında zamin durmuşdur. İşdə olan 22 iyun 2017-ci il tarixli ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə və zaminlik müqaviləsinə 01 saylı əlavə sazişin surətindən görünür ki, əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6207.05 (altı min iki yüz yeddi manart beş qəpik) manat hesablanmışdır, kreditin müddəti 36 ay təyin olunaraq, xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. İşdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 18 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 05 may 2023-cü il tarixə borcalanın banka 4192.82 (dörd min bir yüz doxsan iki manat səksən iki qəpik) manat əsas, 3468.90 (üç min dörd yüz altmış səkkiz manat doxsan qəpik) manat faiz, 3779.37 (üç min yeddi yüz yetmiş doqquz manat otuz yeddi qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 607.26 (altı yüz yeddi manat iyirmi altı qəpik) manat, cəmi 12048.35 (on iki min qırx səkkiz manat otuz beş qəpik) manat borcu mövcuddur İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən borcalan Cavabdeh1 və zamin Cavabdeh2 və Cavabdeh3 borcun qaytarılması barədə xəbərdarlıq məktubu göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 16 oktyabr 2023-cü il tarixli 9/7047 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 14 aprel 2014-cü il tarixli, 194-14USD saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: Müqavilənin müddətinin bitmə tarixə yəni xx.xx.2020-ci il tarixə: əsas borc üzrə 5.472,99 manat; faiz borcu üzrə 2.826,87 manat.Maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2023-cü il tarixə iilk 5% hesablanmaqla: əsas borc üzrə 5.472,99 manat, faiz borcu üzrə 3.612,09 manat, faiz 5 % ilə 785,22 manat. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli 9/7047 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 06 fevral 2024-cü il tarixli 9/18 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli ********* №-li kredit müqaviləsinə bağlanmış xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə saziş üzrə onun xx.xx.2020-ci il tarixədək (müqavilənin bitmə tarixi) 6806,21 manat məbləğində müəyyən olunur, o cümlədən: 22.06.202-ci il tarixədək əsas borc üzrə 4508,86 manat, faiz borcu 2297,35 manat. İllik 5%-lə İş materiallarından göründüyü kimi, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli ********* №-li kredit müqaviləsinə bağlanmış xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə saziş şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2023-cü il (sualda göstərilən tarix) tarixədək olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan borcu 7397,99 manat məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 4508.86 manat, faiz borcu üzrə 2297.35 manat, faiz borcu üzrə (5%-lə) 591.78 manat. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 fevral 2024-cü il tarixli 9/18 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məjburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən, iddiaçının kredit müqavilələrinə görə yaranmış kredit borcu, ona hesablanmış faizlər və cəriməni vaxtından əvvəl tələb edilməsi hüququ yaranmışdır. Bununla belə işin məhkəmədə araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehdən bağlanmış kredit müqaviləsi üzrə cəmi borcu 12048.35 (on iki min qırx səkkiz manat otuz beş qəpik) manat - bundan 4192.82 (dörd min bir yüz doxsan iki manat səksən iki qəpik) manat əsas, 3468.90 (üç min dörd yüz altmış səkkiz manat doxsan qəpik) manat faiz, 3779.37 (üç min yeddi yüz yetmiş doqquz manat otuz yeddi qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 607.26 (altı yüz yeddi manat iyirmi altı qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 126.15 (bir yüz iyirmi altı manat on beş qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə 16 oktyabr 2023-cü il tarixli 9/7047 saylı Ekspet rəyini sübut kimi qəbul etməmiş, lakin, 06 fevral 2024-cü il tarixli 9/18 saylı ekspert rəyini qismən qəbul etmişdir. Belə ki, iş üzrə keçirilmiş ekspertiza zamanı verilmiş 06 fevral 2024-cü il tarixli 9/18 saylı rəydə isə müqavilə müddətinin bitmə tarixinə yəni xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə saziş üzrə onun xx.xx.2020-ci il tarixədək (müqavilənin bitmə tarixi) 6806,21 manat məbləğində müəyyən olunur, o cümlədən: 22.06.202-ci il tarixədək əsas borc üzrə 4508,86 manat, faiz borcu 2297,35 manat. İllik 5%-lə İş materiallarından göründüyü kimi, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli ********* №-li kredit müqaviləsinə bağlanmış xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə saziş şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2023-cü il (sualda göstərilən tarix) tarixədək olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan borcu 7397,99 manat məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 4508.86 manat, faiz borcu üzrə 2297.35 manat, faiz borcu üzrə (5%-lə) 591.78 manat müəyyən edilmişdir. Belə olan halda, məhkəmə tərəflərin irəli sürdükləri tələblər üzrə qətnamə çıxarılmalı olmasına dair prosessual qanunvericiliyinin müddəlarını rəhbər tutaraq bu nəticəyə gəlir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə əsas borcun məbləği daha yüksək göstərildiyindən kredit müqaviləsi üzrə əsas borc iddiaçının irəli sürülmüş tələb çərçivəsində götürülməlidir. Faiz borcuna gəldikdə isə iddiaçının tələb etdiyi 3468.90 (üç min dörd yüz altmış səkkiz manat doxsan qəpik) manat məbləğində faiz və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 607.26 (altı yüz yeddi manat iyirmi altı qəpik) manat faiz borcu qismən, yəni iş üzrə verilmiş ekspert rəyinə uyğun olaraq, 2297.35 manat məbləğində faiz və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 591.78 manat faiz borcu məbləğində müəyyən edilərək cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın 3779.37 (üç min yeddi yüz yetmiş doqquz manat otuz yeddi qəpik) manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 cəmi 100 (yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə məbləğinin iddiaçının tələb etdiyi miqdarda təmin edilməsi üçün iddiaçı tərəfindən sübut da təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cərimə məbləği xeyli miqdarda iddiaçı tərəfindən şişirdilmişdir. Məhkəmə hesab edir ki, cərimə məbləği 100 manat təyin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4192.82 (dörd min bir yüz doxsan iki manat səksən iki qəpik) manat əsas, 2297.35 (iki min iki yüz doxsan yeddi manat otuz beş qəpik) manat faiz, 100 (yüz) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 591.78 (beş yüz doxsan bir manat yetmiş səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 7181.95 (yeddi min yüz səksən bir manat doxsan beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının xeyrinə qismən təmin olunduğu üçün iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 126.15 (yüz iyirmi altı manat on beş qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası məhkəmənin öz təşəbbüsü ilə təyin edildiyindən və iddia tələbi iddiaçının xeyrinə qismən təmin olunduğu üçün iş üzrə 200 (iki yüz) manat məbləğində məhkəmə xərcləri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4192.82 (dörd min bir yüz doxsan iki manat səksən iki qəpik) manat əsas, 2297.35 (iki min iki yüz doxsan yeddi manat otuz beş qəpik) manat faiz, 100 (yüz) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 591.78 (beş yüz doxsan bir manat yetmiş səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 7181.95 (yeddi min yüz səksən bir manat doxsan beş qəpik)manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 126.15 (yüz iyirmi altı manat on beş qəpik) manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin. İş üzrə 200 (iki yüz) manat məbləğində məhkəmə xərcləri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-45/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-45/2024
07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver