Məhkəmə qərarları › İş №e-2(029)-453/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-453/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-453/2023 07.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "Kredit borcunun qaytarılması" tələbinə dair mülkı işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "Kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 10468.76 (on min dörd yüz altmış səkkiz manat, 76 qəpik) AZN-bundan 3089.31 (üç min səksən doqquz manat, 31 qəpik) AZN əsas, 3175 (üç min yüz yetmiş beş) AZN faiz, 3769.29 (üç min yeddi yüz altmış doqquz manat, 29 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 435.16 (dörd yüz otuz beş manat, 16 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 121.41 (yüz iyirmi bir manat, 41 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədilə 24 ay müddətinə illik 25% dərəcəsi ilə 6500 (altı min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 kredit verilərkən X4 ilə ********* nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 01 saylı Əlavə sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalıq məbləği 6269.32 (altı min iki yüz altmış doqquz dollar, 32 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2018-ci il tarixinə kimi uzadılmışdır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş Kredit öhdəliyinin qalığı Saziş qüvvəyə mindiyi tarixə konvertasiya edilməklə (1USD=1.40 AZN) 5491.36 (beş min dörd yüz doxsan bir manat, 36 qəpik) AZN hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixinə kimi uzadılmışdır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 03 saylı Əlavə sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalıq məbləği 7047.50 (yeddi min qırx yeddi manat, 50 qəpik) AZN hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixinə kimi uzadılmışdır. Borcalan tərəfindən Banka bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 % ödənilməli idi. Kredit müqaviləsinin 4.1.5-cı bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********578 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 10468.76 (on min dörd yüz altmış səkkiz manat, 76 qəpik) AZN təşkil edir. Bundan 3089.31 (üç min səksən doqquz manat, 31 qəpik) AZN əsas, 3175 (üç min yüz yetmiş beş) AZN faiz, 3769.29 (üç mi yeddi yüz altmış doqquz manat, 29 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 435.16 (dörd yüz otuz beş manat, 16 qəpik) AZN faiz borcu təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin fondun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Nümayəndə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddia tələbini tam müdafiə edir. İş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə iclasında iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, onun borcu restrukturizasiya olunmuşdur, bu haqda onda sübut var. Onun banka olan faiz və cərimə borcu kredit borcu restrukturizasiya olunan zaman dövlət tərəfindən banka ödənilmişdir. Odur ki, iddia ərizəsində göstərilən əsas borcun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməmiş, cavabdeh X2 dediklərini təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İşə əlavə edilmiş xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 “DəmirBank" ASC tərəfindən 24 ay müddətinə, illik 25 faiz olmaqla 6500 (altı min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan 150005078/ZM nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşdur. İşdə olan xx.xx.2015-ci il tarixli ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə və zaminlik müqavilələrinə 1 saylı əlavə sazişlərin surətindən görünür ki, xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən borcalanın və zaminlərin kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6269.32 (altı min iki yüz altmış doqquz ABŞ dolları otuz iki sent) ABŞ dolları hesablanmışdır, kreditin müddəti 35 ay təyin olunmuşdur. İşdə olan xx.xx.2015-ci il tarixli ********* saylı xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə və zaminlik müqaviləsinə 2 saylı əlavə sazişlərin surətlərindən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyi restrukturizasiya olunmuş və (1 USD= 1.40 AZN) əsas borc 5491.36 (beş min dörd yüz doxsan bir manat otuz altı qəpik) manat təşkil etmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 3922.40 (üç min doqquz yüz iyirmi iki ABŞ dolları qırx sent) ABŞ dolları əsas borc, 1218.40 (min iki yüz on səkkiz ABŞ dolları qırx sent) ABŞ dolları faiz borcu və 58.99 (əlli səkkiz ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları cərimə qalığı təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-ci il tarixədək uzadılmışdır. İşdə olan xx.xx.2015-ci il tarixli ********* saylı 26 aprel 2017-ci il tarixli kredit müqaviləsinə və zaminlik müqavilələrinə 3 saylı əlavə sazişlərin surətindən görünür ki, xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən borcalanın və zaminlərin kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 7047.50 (yeddi min qırx yeddi manat əlli qəpik) manat hesablanmışdır, kreditin müddəti 36 ay təyin olunqla, xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. İşdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 14 fevral 2023cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 3 yanvr 2017-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 02 fevral 2023-cü il tarixə borcalanın banka cəmi 10468.76 (on min dörd yüz altmış səkkiz manat, 76 qəpik) AZN-bundan 3089.31 (üç min səksən doqquz manat, 31 qəpik) AZN əsas, 3175 (üç min yüz yetmiş beş) AZN faiz, 3769.29 (üç min yeddi yüz altmış doqquz manat, 29 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 435.16 (dörd yüz otuz beş manat, 16 qəpik) AZN faiz borcu mövcuddur İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 18 avqust 2023-cü il tarixli 9/5837 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarışa əsasən xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdə 1 saylı, xx.xx.2017-ci il tarixdə 2 saylı və xx.xx.2017-ci il tarixdə 03 saylı Əlavə Sazişlərin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2023-cü il tarixinə LPO "xxxx" ASC-yə borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2023-cü il tarixə əsas borc 3129.48 manat, faiz borcu üzrə 2471.49 manat. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 avqust 2023-cü il tarixli 9/5837 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə bağlı Problemli kreditlərin kompensasiyası ilə bağlı elektron məlumatdan məlum olur ki, Cavabdeh1 borcu restrukturizasiya olduqdan sonra 3089.31 manat qalıq borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740.1, 740.2 və 741-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasənmüqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunan maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, cavabdehlər üçün həmin müqavilə əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır, onlar həmin borc məbləğinin ödənilməsi öhdəliyi üçün məsuliyyət daşıyırlar. Cavabdehlər kredit müqaviləsinin şərtlərini pozmuş, ona görə əsas borc pul cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Lakin nəzərə alınmalıdır ki, hazırkı kredit Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın təsiri altına düşür. Belə ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanında qeyd olunmuşdur: -5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturızasıyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında banklara 682 000 000.0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanət! ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; -6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngulləşdırılməsıni təmin edən digər tədbirlər görsünlər. Bununla bağlı problemli kreditlərin kompensasiyası ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının elektron internet səhifəsindən əldə edilmiş çıxarışdan məlum olur ki, 2685.68 manat güzəşt olunmuş, 1862.45 manat iə borcun azaldılmasına yönəldilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 avqust 2023-cü il tarixli 9/5837 saylı ekspert rəyi ilə razılaşmayaraq həmin rəyi işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul etmir. Göründüyü kimi, bank dövlətin problemli kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərməsi barədə Fərmanda nəzərdə tutulan təklifi qəbul etmiş və ona görə də həmin Fərmandan irəli gələn tövsiyələrin icrası, o cümlədən vaxtı keçmiş kredit borcu üzrə hesablanmış faizlərin və dəbbə pulunun silinməsi də həmin Bank üçün məcburi olmuşdur Cavabdeh tərəflə restruktrizasiya olunan məbləğlərlə bağlı yeni muqavilə bağlanmamışdır. Odur ki, iddia faiz və cərimə borclarına münasibətdə əsassız hesab olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə bağlı Problemli kreditlərin kompensasiyası ilə bağlı elektron çıxarışdan məlum olur ki, Cavabdeh1 borcu restrukturizasiya olduqdan sonra 3089.31 manat qalıq borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "Kredit borcunun qaytarılması" tələbinə dair münasibətdə əsas borc 3089.31 (üç min səksən doqquz manat, otuz bir qəpik) manat məbləğində təmin edilməli, digər tələblər isə rədd edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 121.41 (yüz iyirmi bir manat qırx bir qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası məhkəmənin təşəbbüsü ilə təyin edildiyindən və iddia qismən təmin olunduğundan iş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3089.31 (üç min səksən doqquz manat otuz bir qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 121.41 (yüz iyirmi bir manat qırx bir qəpik) manat tutularaq iddiaçı Ləğv prosesində olan “X6 Cəmiyyətinin xeyrinə ödənilsin. İddianın qalan hissədə təmin edilməsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar