Məhkəmə qərarları › İş №e-2(029)-454/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-454/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-454/2023 15.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cəmi borcu 2847.39 (iki min səkkiz yüz qırx yeddi ABŞ dolları otuz doqquz sent) ABŞ dolları - bundan 652.99 (altı yüz əlli iki ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları əsas, 313.82 (üç yüz on üç ABŞ dolları səksən iki sent) ABŞ dolları faiz, 1787.61 (bir min yeddi yüz səksən yeddi ABŞ dolları altmış bir sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 92.97 (doxsan iki ABŞ dolları doxsan yeddi sent) ABŞ dolları faizborcu və iş üzrə ödənilmiş 68.41 (altmış səkkiz Manat 41 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədəqətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki,İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qusar filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə 18 ay müddətinə illik 32 faiz dərəcəsi ilə 5100 (beş min bir yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə Bank arasında 240008123/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən Kreditorun Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 3656.39 USD təşkil etmişdir. Kreditin müddəti 20 ay təyin edilmişdir. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 02 nömrəli 26 aprel 2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4808.22 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 % ödəməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır.Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********585 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh sonuncu dəfə xx.xx.2018-ci il tarixdə 85 (səksən beş) AZN məbləğində ödəniş etmişdir.Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər.Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 2847.39 (iki min səkkiz yüz qırx yeddi ABŞ dolları 39 sent) ABŞ dolları təşkil edir. Bundan 652.99 (altı yüz əlli iki ABŞ dolları 99 sent) ABŞ dolları əsas, 313.82 (üç yüz on üç ABŞ dolları 82 sent) ABŞ dolları faiz, 1787.61 (bir min yeddi yüz səksən yeddi ABŞ dolları 61 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 92.97 (doxsan iki ABŞ dolları 97 sent) ABŞ dolları faizborcu təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin fondun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Nümayəndə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddia tələbini tam müdafiə edir. İş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə iclasında iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2Pakiddin oğluna, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə cavabdeh X2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ciil tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Əvəz Appayevə 18 ay müddətinə, illik 32% dərəcəsi ilə 5100 (beş min bir yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan 240008123/ZM nömrəli xx.xx.2015-ciil tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3və Cavabdeh1 ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşdur. İşdə olan 03 sentyabr 2015-ci il tarixli ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə və zaminlik müqavilələrinə əlavə sazişlərin surətindən görünür ki, 03 sentyabr 2015-ci il tarixli Əlavə Sazişlərə əsasən borcalanın və zaminlərin kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3656.39 (üç altı yüz əlli altı ABŞ dolları otuz doqquz sent)) ABŞ dolları hesablanmışdır, kreditin müddəti 20 ay təyin olunmuşdur. İşdə olan 26 aprel 2017-ci il tarixli ********* saylı xx.xx.2015-ciil tarixli kredit müqaviləsinə və zaminlik müqaviləsinə əlavə sazişlərin surətlərindən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyi restrukturizasiya olunmuş və (1 USD= 1.40 AZN) əsas borc 4808.22 (dörd min səkkiz yüz səkkiz ABŞ dolları iyirmi iki sent) ABŞ dolları təşkil etmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 3195.33 (üç min yüz doxsan beş ABŞ dolları otuz üç sen) ABŞ dolları əsas borc, 1156.74 (min yüz əlli altı ABŞ dolları yetmiş dörd sent) ABŞ dolları faiz borcu və 456.15 (dörd yüz əlli altı ABŞ dolları on beş sent) ABŞ dolları cərimə qalığı təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İşdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 06 mart 2023cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 23 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə23 fevral 2023-cü il tarixə borcalanın banka 652.99 (altı yüz əlli iki ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları əsas, 313.82 (üç yüz on üç ABŞ dolları səksən iki sent) ABŞ dolları faiz, 1787.61 (bir min yeddi yüz səksən yeddi ABŞ dolları 61 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 92.97 (doxsan iki ABŞ dolları doxsan yeddi sent) ABŞ dolları faizborcu, cəmi borcu 2847.39 (iki min səkkiz yüz qırx yeddi ABŞ dolları otuz doqquz sent) ABŞ dolları mövcuddur. İşdə olan xəbərdarlıq məktubundan görünür ki,iddiaçı tərəfindən borcalan Cavabdeh2 və zaminlər Cavabdeh3 və Cavabdeh1 borcun qaytarılması barədə xəbərdarlıq məktubugöndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 21 sentyabr 2022-ci il tarixli 9/6556 saylı ekspert rəyindən görünür ki,rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları, 23 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və həmin müqavilə üzrə sonuncu 26 aprel 2017-ci il tarixli №2 saylı “Əlavə Saziş”-də qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh2 23 fevral 2023-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixə) İddiaçı ASC-nə olan əsas və faiz borcu ümumilikdə 1.059,78 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən:əsas borc üzrə 652,99 ABŞ dolları, faiz borcu üzrə 406,79 ABŞ dolları.Qeyd edilir ki,bank tərəfindən 23 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit razılaşması üzrə cərimə borcu hesablanmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 sentyabr 2022-ci il tarixli 9/6556saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məjburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən, iddiaçının kredit müqavilələrinə görə yaranmış kredit borcu, ona hesablanmış faizlər və cəriməni vaxtından əvvəl tələb edilməsi hüququ yaranmışdır. Bununla belə işin məhkəmədə araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehdən bağlanmış kredit müqaviləsi üzrəcəmi borcu 2847.39 (iki min səkkiz yüz qırx yeddi ABŞ dolları otuz doqquz sent) ABŞ dolları - bundan 652.99 (altı yüz əlli iki ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları əsas, 313.82 (üç yüz on üç ABŞ dolları səksən iki sent) ABŞ dollarıfaiz, 1787.61 (bir min yeddi yüz səksən yeddi ABŞ dolları altmış bir sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 92.97 (doxsan iki ABŞ dolları doxsan yeddi sent) ABŞ dolları faiz borcuvə iş üzrə ödənilmiş 68.41 (altmış səkkiz Manat 41 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədəqətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ekspertiza rəyi ilə razılaşaraq 21 sentyabr 2022-ci il tarixli 9/6556 saylı ekspert rəyini sübut kimi qəbul edir. Məhkəmə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2Pakiddin oğlunun, Cavabdeh3 və Cavabdeh1 əsas və faiz borclarına dair göstərdiyi məbləğlərlə razılaşsa da, hesab edir ki, iddia ərizəsində göstərilən cərimə borcunun məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehlərdən həmin məbləğdə cərimənin tutulması onların üzərinə əlavə haqsız öhdəlik qoyulmasına və onların əlavə maliyyə sanksiyasına məruz qalmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə həmin məbləğin azaldılaraq 20 (iyirmi) ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 652.99 (altı yüz əlli iki ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları əsas, 313.82 (üç yüz on üç ABŞ dolları səksən iki sent) ABŞ dollarıfaiz, 20 (iyirmi) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 92.97 (doxsan iki ABŞ dolları doxsan yeddi sent) ABŞ dolları faizborcu, cəmi 1079.78 (min yetmiş doqquz ABŞ dolları yetmiş səkkiz sent) ABŞ dolları məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 68.41 (altmış səkkiz manat qırx bir qəpik)manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası məhkəmənin öz təşəbbüsü ilə təyin edildiyindən və iddia qismən təmin olunduğundaniş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 652.99 (altı yüz əlli iki ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları əsas, 313.82 (üç yüz on üç ABŞ dolları səksən iki sent) ABŞ dolları faiz, 20 (iyirmi) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 92.97 (doxsan iki ABŞ dolları doxsan yeddi sent) ABŞ dolları faiz borcu, cəmi 1079.78 (min yetmiş doqquz ABŞ dolları yetmiş səkkiz sent) ABŞ dolları tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 68.41 (altmış səkkiz manat qırx bir qəpik) manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar