Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-477/2023 22.08.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçıASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd edilən kredit müqaviləsi üzrə ödənilməmiş 1109,74 (min yüz doqquz manat ABŞ dolları, yetmiş dörd sent) ABŞ dolları əsas, 85,04 (səksən beş ABŞ dolları, dörd sent)) ABŞ dolları müqavilə müddəti üzrə hesablanmış faiz və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 610,95 ( altı yüz on doxsan ABŞ dolları, doxsan beş sent) ABŞ dolları 5% faiz borcu olmaqla cəmi 1805,73 (min səkkiz yüz beş ABŞ dolları, yeddi üç sent) ABŞ dolları kredit borcunun və iş üzrə ödənilmiş 50,70 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki,İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 622 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 30 (otuz) faiz dərəcəsi ilə 3050 (üç min əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır.Borcun ödənilməsi barədə cavabdehə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından və hesabdan çıxarış məlumatlarından da göründüyü kimi, cavabdeh borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.Belə ki, Cavabdeh xx.xx.2023-cü il tarixə kredit müqaviləsi üzrə ödənilməmiş 1109,74 ( bir min yüz doqquz ABŞ dolları, 74 sent) ABŞ dolları əsas, 85,04 ( səksən beş ABŞ dolları, 04 sent)) ABŞ dolları müqavilə müddəti üzrə hesablanmış faiz və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 610,95 ( altı yüz on doxsan ABŞ dolları, 95 sent) ABŞ dolları 5% faiz borcu olmaqla cəmi borcu 1805,73 ( bir min səkkiz yüz beş ABŞ dolları, 73 sent) ABŞ dolları təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki,İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 622 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 (on səkkiz) ay müddətinə illik 30 (otuz) faiz dərəcəsi ilə 3050 (üç min əlli) ABŞ dolları məbləğində kredit verilmişdir.Borcun ödənilmsi barədə cavabdehə bildiriş məktubunun göndərilməsinə baxmayaraq,cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavənin şərtərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəkləri yerinə yetirməmişdir.09 iyun 2010-cu il tarixli kredit müqaviləsində tərəflərin hüquq və vəzifələri göstərib,müqavilənin 10-cu bəndində kredit müqaviləsinə xitam verilməsi və kreditin qaytarılması,11-ci bəndində mübahisələrin həlli göstərilib.Müqavilənin 12-ci bəndində göstərilmişdir ki,həmin müqavilə tərəflərin imzaları və borc verənin möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə mindiyi və tərəflərin hər birinin öz üzərinə düşən öhdəlikləri tam olaraq icra etdiyi anadək qüvvədədir. Buna görə də iddia tam əsaslıdır. Cavabdeh xx.xx.2023-cü il tarixə kredit müqaviləsi üzrə ödənilməmiş 1109,74 (min yüz doqquz ABŞ dolları, yetmiş dörd sent) ABŞ dolları əsas, 85,04 (səksən beş ABŞ dolları, dörd sent)) ABŞ dolları müqavilə müddəti üzrə hesablanmış faiz və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 610,95 (altı yüz on ABŞ dolları, doxsan beş sent) ABŞ dolları 5% faiz borcu olmaqla cəmi borcu 1805,73 (min səkkiz yüz beş ABŞ dolları, yetmiş üç sent) ABŞ dolları təşkil edir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.Həmçinin bildirmişdir ki,bildiriş cavabdehə dəfələrlə göndərilib. Müqavilə 2010-cu ildə bağlanıb, müqavilənin müddəti 18 aydır. Əvvəllər Qusar Rayon Məhkəməsinə müraciət olunub, iş baxılmamış saxlanılıb, həmin qərarın surəti onlara sonradan təqdim olunub, həmin qərardaddan apellyasiya şikayəti verilib, şikayət təmin olunmayıb. Qanunvericilikdə borclunun öhdəlikləri yerinə yetirilməsi üçün konkret olaraq hansı müddətdən sonra məhkəməyə müraciət etmək məsələsi yoxdur, bu iddiaçının hüququdur, istənilən vaxt iddia verilə bilər, gec də olsa verilə bilər. İşin çoxluğundan, ləğv edicilərin çoxluğundan asıllı olaraq gec şikayət verilib. 2020-ci ildən sonra şikayət verməməyin elə bir əsası yoxdur. Ştatda işçilərin sayı az olduğundan, iş sayı çox olduğundan məhkəməyə gec müraciət olunub. Cavabdeh sonuncu ödənişi 2012ci ilin yanvar ayında etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməmiş, məhkəməyə ərizə təqdim edərək izahatında bildirmişdir ki,o,İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 2010-cu ildə kredit götürüb.Götürdüyü kreditin məbləği yadında qalmayıb, krediti toy etmək üçün götürmüşdür. Müqavilədə göstərilən məbləğdə pul götürmüşdür. O,ödənişləri edib.O, sonradan 2011-ci ildə ödəniş etmək üçün bankın filialına gedib, oradan ona bankın ləğv olduğunu demişlər. Sonuncu ödənişi 2012-ci ildə etmişdir.2012-ci ildən sonra o, ödəniş etməyib, bunun da səbəbinin filialın bağlı olması ilə bağlıdır. Pul aldığı vaxtdan 13 il keçib, o, bununla razı deyil. Həmçinin bildirmişdir ki, o, kredit aldığı vaxtdan artıq uzun müddət keçmişdir, iddiaçı təşkilat iddia müddəti ötürüb, buna görə də, iddia müddəti tətbiq edilərək İddiaçı ASC-nin ona qarşı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təminedilməməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2010-cu il tarixli 622 nömrəli İstehlak kredit haqqında Müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 18 (on səkkiz) ay müddətinə, illik 30 % dərəcəsi ilə 3050 (üç min əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 23 fevral 2023cü il tarixli **********095 saylı maliyyə arayışından görünür ki, Royalbank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 00)**********00622 saylı kredit müqaviləsi üzrə 2 fevral 2023-cü il tarixinə 1109,74 (min yüz doqquz manat ABŞ dolları, yetmiş dörd sent) ABŞ dolları əsas, 85,04 (səksən beş ABŞ dolları, dörd sent)) ABŞ dolları müqavilə müddəti üzrə hesablanmış faiz, 653.75 (altı yüz əlli üç ABŞ dolları yetmiş beş sent) ABŞ dolları cərimə və 610,95 (altı yüz on doxsan ABŞ dolları, doxsan beş sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 2459.48 (iki min dörd yüz əlli doqquz ABŞ dolları qırx səkkiz sent)ABŞ dolları borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740.1, 740.2 və 741-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasənmüqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasənbaşqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuşşəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasənmüqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasənicra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasənməhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin376-ci maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarı. Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmişöhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Həmin qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu eyni zamanda qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında müəyyən etmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə tərəfindən eyni zamanda müəyyən edildi ki, hazırki iş üzrə iddia müddəti keçmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2010-cu il tarixli, 622 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 18 (on səkkiz) ay müddətinə borc verilmişdir. Həmçinin məhkəməyə təqdim olunmuş sənədlərdən və tərəflərin izahatlarından da müəyyən olunmuşdur ki, cavabdeh sonuncu ödənişi 2012-ci ildə etmişdir. İş materiallarından görünür ki, iddiaçının tələbi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş və cavabdeh iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə vermişdir. Göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi müqavilə tələbləri üzrə müəyyən edilmiş üç illik iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 2010-cu il tarixdə yaranmış, iddiaçı isə məhkəməyə 12 may 2023-cü il tarixdə müraciət etmişdir. Həmçinin məhkəməyə təqdim olunmuş sənədlərdən və tərəflərin izahatlarından da müəyyən olunmuşdur ki, cavabdeh sonuncu ödənişi 2012-ci ildə etmişdir. Sonuncu ödəniş tarixindən məhkəməyə iddia ərizəsi daxil olan günə kimi 11 ildən çox müddət keçmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə iddia müddəti keçdiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddia müddəti keçdiyindən, həmçinin cavabdeh iddia müddətinintətbiqi ilə bağlı məhkəməyə vəsatətlə müraciət etdiyindən iddia rədd edilməlidir. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-477/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-477/2023
22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver