Məhkəmə qərarları › İş №e-2(029)-480/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-480/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-480/2023 13.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçıASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulmasıtələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi iləməhkəməyə müraciət edərək, qeyd edilən kredit müqaviləsi üzrə ödənilməmiş 1805,96 ( bir min səkkiz yüz beş ABŞ dolları, doxsan altı sent) ABŞ dolları əsas və 150 (yüz əlli) ABŞ dolları müqavilə müddəti üçün hesablanmış və tələb olunanfaiz borcu olmaqla cəmi 1955,96 (min doqquz yüz əlli beş ABŞ dolları, doxsan altı sent) ABŞ dolları kredit borcunun və iş üzrə ödənilmiş 53 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədəqətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeharasında bağlanmış xx.xx.2010-cu il tarixli, 624 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 18 (on səkkiz) ay müddətinə illik 30 (otuz) faiz dərəcəsi ilə 3735 (üç min yeddi yüz otuz beş) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından və hesabdan çıxarış məlumatlarından da göründüyü kimi, cavabdeh borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Belə ki, Cavabdehxx.xx.2023-cü il tarixə kredit müqaviləsi üzrə ödənilməmiş 1805,96 (bir min səkkiz yüz beş ABŞ dolları, 96 sent) ABŞ dolları əsas və 150 (yüz əlli) ABŞ dolları müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu olmaqla cəmi borcu 1955,96 (bir min doqquz yüz əlli beş ABŞ dolları, 96 sent) ABŞ dolları təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeharasında bağlanmış xx.xx.2010-cu il tarixli, 624 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 18 (on səkkiz) ay müddətinə illik 30 (otuz) faiz dərəcəsi ilə 3735 (üç min yeddi yüz otuz beş) ABŞ dolları məbləğində kredit verilmişdir.Cavabdeh xx.xx.2023-cü il tarixə kredit müqaviləsi üzrə ödənilməmiş 1805,96 (bir min səkkiz yüz beş ABŞ dolları, 96 sent) ABŞ dolları əsas və 150 ( bir yüz əlli) ABŞ dolları müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu olmaqla cəmi borcu 1955,96 (bir min doqquz yüz əlli beş ABŞ dolları, 96 sent) ABŞ dolları təşkil edir. O ekspertiza rəyi ilə razıdır. Ekspertizada məbləğ iddia ərizəsində tələb olunandan çox göstərilmiş. Odur ki, iddia ərizəsində göstərilmiş məbləğin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli İstehlak kredit haqqında Müqaviləsinin surətindən görünür ki, bank tərəfindən X2 18 (on səkkiz) ay müddətinə, illik 30 % dərəcəsi ilə 3735 (üç min yeddi yüz otuz beş) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 20 fevral 2023cü il tarixli **********084 saylı maliyyə arayışından görünür ki, Royalbank ASC ilə Cavabdeharasında bağlanmış 08 iyun2010-cu il tarixli, (00)**********00618 saylı kredit müqaviləsi üzrə 2 fevral 2023-cü il tarixinə 1805,96 ( bir min səkkiz yüz beş ABŞ dolları, doxsan altı sent) ABŞ dolları əsas və 150 (yüz əlli) ABŞ dolları müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 1018.50 (min on səkkzi ABŞ dolları əlli sent) ABŞ dollar və 1064.03 (min altmış dörd ABŞ dolları üç sent) ABŞ dolları olmaqla cəmi 4038.49 (dörd min otuz səkkiz ABŞ dolları, qırx doqquz sent) ABŞ dolları borcu mövcuddur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 25 oktyabr 2023-ci il tarixli 9/7635 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 08 iyun 2010-cu il tarixli 618 saylı İstehlak Krediti Haqqında kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2011-ci il tarixə (müqavilənin bitmə tarixi) banka olan borcu 2061,74 ABŞ dollarıməbləğində müəyyən olunur, o cümlədən:xx.xx.2011-ci il tarixə, əsas borc üzrə1890,06 USD,faiz borcu üzrə171,68 USD. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi,Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 08 iyun 2010-cu il tarixli 618 saylı İstehlak Krediti Haqqında kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2023-cü il tarixə (maliyyə arayışı verilən tarixədək) tarixədək olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan borcu 3115,45 ABŞ dollarıməbləğində müəyyən olunur, o cümlədən:xx.xx.2023-cü il tarixə:əsas borc üzrə1890,06 USD,faiz borcu üzrə 171,68 USD, faiz borcu üzrə (5%lə) 1053,71 USD. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 oktyabr 2023-ci il tarixli 9/7635 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Azərbaycan Respublikasının qanunun Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunun 3-cü maddəsində qeyd olunur ki, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Həmin qanunun 5-ci maddəsində qeyd olunur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Həmin qanunun 10-cu maddəsində qeyd olunur ki, vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. İş materiallarından görünür ki, Cavabdeh Qusar rayonu, Bədirqala kəndində qeydiyyatdadır. Məhkəmə, Cavabdeh Qusar rayonu, Bədirqala kəndində qeydiyyatda olmasını, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunun tələblərini nəzərə alıb müvafiq icra hakimiyyəti orqanına məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərmişdir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən, iddiaçının kredit müqavilələrinə görə yaranmış kredit borcu, ona hesablanmış faizlər və cəriməni vaxtından əvvəl tələb edilməsi hüququ yaranmışdır. Bununla belə işin məhkəmədə araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehdən bağlanmış kredit müqaviləsi üzrə 1805,96 ( bir min səkkiz yüz beş ABŞ dolları, doxsan altı sent) ABŞ dolları əsas və 150 (yüz əlli) ABŞ dolları müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu olmaqla cəmi 1955,96 (min doqquz yüz əlli beş ABŞ dolları, doxsan altı sent) ABŞ dolları borcu və iş üzrə ödənilmiş 53 (əlli üç) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş ekspertiza zamanı verilmiş rəydə isəmüqavilə müddətinin bitmə tarixinə yəni xx.xx.2011-cü il tarixə əsas borc üzrə 1890.06 ABŞ dollar, faiz borcu üzrə 171.68ABŞ dolları, maliyyə arayışında edildiyi tarixə yəni xx.xx.2023-ci il tarixə illik 5% hesablanmaqlaəsas borc üzrə1890.06 ABŞ dolları,faiz borcu üzrə171.68 ABŞ dollar, faiz borcu 5 faiz ilə1053.71 ABŞ dollarımüəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məjburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 25 oktyabr 2023-ci il tarixli 9/7635 saylı ekspert rəyini sübut kimi qəbul etmir. Belə olan halda, məhkəmə tərəflərin irəli sürdükləri tələblər üzrə qətnamə çıxarılmalı olmasına dair prosessual qanunvericiliyinin müddəlarını rəhbər tutaraq bu nəticəyə gəlir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh kredit müqaviləsi üzrə borcun əsas və faiz məbləğləri daha yüksək göstərildiyindən kredit müqaviləsi üzrə əsas borc iddiaçının irəli sürülmüş tələb çərçivəsində götürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Cavabdeh 1805,96 ( bir min səkkiz yüz beş ABŞ dolları, doxsan altı sent) ABŞ dolları əsas və 150 (yüz əlli) ABŞ dolları müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu olmaqla cəmi 1955,96 (min doqquz yüz əlli beş ABŞ dolları, doxsan altı sent) ABŞ dolları məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-ninhesabına keçirilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 53 (əlli üç)manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-ninhesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası məhkəmənin öz təşəbbüsü ilə təyin edildiyindən və iddia təmin olunduğundaniş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1805,96 ( bir min səkkiz yüz beş ABŞ dolları, doxsan altı sent) ABŞ dolları əsas və 150 (yüz əlli) ABŞ dolları müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu olmaqla cəmi 1955,96 (min doqquz yüz əlli beş ABŞ dolları, doxsan altı sent) ABŞ dolları məbləğində kredit borcu qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin. Cavabdeh məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 53 (əlli üç)manat məbləğində dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar