Məhkəmə qərarları › İş №e-2(029)-49/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-49/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-49/2025 02.06.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 Fəramiz oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 Fəramiz oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 2913.22 (iki min doqquz yüz on üç dollar. 22 sent) ABŞ dolları-bundan 1213.05 (bir min iki yüz on üç dollar, 05 sent) ABŞ dolları əsas, 362.23 (üç yüz altmış iki dollar, 23 sent) ABŞ dolları faiz, 1243.93 (bir min iki yüz qırx üç dollar, 93 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 94.01 (doxsan dörd dollar, 01 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 69.53 (altmış doqquz manat, 53 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh1 Fəramiz oğlu, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar rayon Məhkəməsinin e-2(029)-49/2025 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qusar filialı ilə Cavabdeh1 Fəramiz oğlu arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən Şəxsi istehlak məqsədilə cavabdehə illik 22 % dərəcəsi ilə, 24 ay müddətinə 2600 (iki min altı yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 Fəramiz oğluna kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə Bank arasında ZM- 240009973 nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı olan 3214.06 (üç min iki yüz on dörd dollar, 06 sent) ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 USD=1.40 AZN məzənnəsi əsas götürülməklə qəbul edilmişdir.Kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən Borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların Borcalana verilməsi və ya Borcalanın adından göndərilməsi üzrə xərcləri Kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu Müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. xx.xx.2024-cü il tarixə Cavabdeh1 Fəramiz oğlunun cəmi borcu 2913.22 (iki min doqquz yüz on üç dollar, 22 sent) ABŞ dolları təşkil edir. Bundan 1213.05 (bir min iki yüz on üç dollar, 05 sent) ABŞ dolları əsas, 362.23 (üç yüz altmış iki dollar, 23 sent) ABŞ dolları faiz, 1243.93 (bir min iki yüz qırx üç dollar, 93 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 94.01 (doxsan dörd dollar, 01 sent) ABŞ dolları faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********496 nömrəli, xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 Fəramiz oğlu etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçıAçıq Səhmdar Cəmiyyəti-nin Qusar filialı ilə öz iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh: Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən şəxsi istehlak məqsədilə cavabdehə illik 22% dərəcəsi ilə, 24 ay müddətinə 2600(iki min altı yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə Bank arasında ZM-240009973 nömrəli, xx.xx.2015-ci il tarixili Zaminlik müqaviləsi bağlanmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli əlavə S azişlərə əsasən Borcalanın Kredit qarşısındakı kredit öhdəliyinin qalığı olan 3214.06( üç min iki yüz on dörd dollar,06 sent) ABŞ dollar hesablanmışdır. Aşağida göstərəcəyi əsaslara görə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ona qarşı qaldırılan kredit borcunun qaytarılmasına dair iddia tələbi Qanunsuz və əsassızdir. Pretenziya qaydasında ona göndərilən bildirişdə göstərilən qalıq borc, faiz borcu, cərimə borcu və ödənişlər bir birinə uyğunsuzluq təşkil edir və göstərilən məbləğ həqiqətə uyğun deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il, həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir. Bağlanmış kredit müqaviləsi 18.1 1.2015-ci il tarixdə bağlamış və üstündən 9(doqquz) il ötüb. Həmin Məcəllənin 447.0.4-cü maddəsində (Zaminliyə xitam verilməsinin əsasları) qeyd olunur ki. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsi bağlandığı vaxtdan (xx.xx.2015-ci il) 9 il ötüb. AR Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində qeyd olunur ki, Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri verilmiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən Borclunun etirazı prosessual baxımından iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Bununla əlaqədar olaraq iddia tələbi əsassız, qanunsuz mübahisəli olduğundan qanunun tələblərinə uyğun iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin fondun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddia tələbini tam müdafiə edir. İş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə iclasında iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 Fəramiz oğluna, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh1 Fəramiz oğlu arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 22 % dərəcəsi ilə, 24 ay müddətinə 2600 (iki min altı yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan 240009973/ZM nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşdur. İşdə olan 10 avqust 2017-ci il tarixli ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə və zaminlik müqaviləsinə 01 saylı əlavə sazişin surətindən görünür ki, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit") 3214.06 (üç min iki yüz on dörd ABŞ dolları altı sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2131.2 (iki min yüz otuz bir ABŞ dolları iyirmi sent) ABŞ dolları əsas borc, 756.06 (yeddi yüz əlli altı ABŞ dolları altı sent) ABŞ dolları faiz borcu və 326.8 (üç yüz iyirmi altı ABŞ dolları səksən sent) ABŞ dolları cərimə borcu təşkil edir. İşdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 28 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Fəramiz oğlunun ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 14 fevral 2024-cü il tarixə borcalanın banka 1213.05 (bir min iki yüz on üç dollar, 05 sent) ABŞ dolları əsas, 362.23 (üç yüz altmış iki dollar, 23 sent) ABŞ dolları faiz, 1243.93 (bir min iki yüz qırx üç dollar, 93 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 94.01 (doxsan dörd dollar, 01 sent) ABŞ dolları faiz borcu, cəmi borcu 2913.22 (iki min doqquz yüz on üç dollar. 22 sent) ABŞ dolları mövcuddur. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 Fəramiz oğluna, Cavabdeh2 və Cavabdeh3 borcun qaytarılması barədə xəbərdarlıq məktubugöndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 19 mart 2025-ci il tarixli 9/7534 saylı ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 Fəramiz oğlunun banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit kredit müqaviləsinin, xx.xx.2017-ci il tarixli, 01 saylı əlavənin şərtləri nəzərə alınmaqla və müqavilə dövründə illik 10%-lə, müqavilə dövründən sonra illik 5%-lə faiz hesablanmaqla Cavabdeh1 Fəramiz oğlunun xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas, faiz və əldən çıxmış fayda borcu 1.255,76 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2023-cü il tarixlərə: əsas borc üzrə 937,13 ABŞ dolları, faiz borcu üzrə 265,78 ABŞ dolları (illik 10%lə), əldən çıxmış fayda borcu üzrə 52,84 ABŞ dolları (illik 5%-lə). "xxxx" ASC ilə Cavabdeh1 Fəramiz oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli, 01 saylı əlavə üzrə təqdim edilmiş sənədlərə əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə cərimə müəyyən edilmədi. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 mart 2025-ci il tarixli 9/7534 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məjburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən, iddiaçının kredit müqavilələrinə görə yaranmış kredit borcu, ona hesablanmış faizlər və cəriməni vaxtından əvvəl tələb edilməsi hüququ yaranmışdır. Bununla belə işin məhkəmədə araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehdən bağlanmış kredit müqaviləsi üzrə cəmi borcu 2913.22 (iki min doqquz yüz on üç dollar. 22 sent) ABŞ dolları-bundan 1213.05 (bir min iki yüz on üç dollar, 05 sent) ABŞ dolları əsas, 362.23 (üç yüz altmış iki dollar, 23 sent) ABŞ dolları faiz, 1243.93 (bir min iki yüz qırx üç dollar, 93 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 94.01 (doxsan dörd dollar, 01 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 69.53 (altmış doqquz manat, 53 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh1 Fəramiz oğlu, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Məhkəmə 19 mart 2025-ci il tarixli 9/7534 saylı ekspert rəyini sübut kimi qəbul etmişdir. İş üzrə keçirilmiş ekspertiza zamanı verilmiş rəydə xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit kredit müqaviləsinin, xx.xx.2017-ci il tarixli, 01 saylı əlavənin şərtləri nəzərə alınmaqla və müqavilə dövründə illik 10%-lə, müqavilə dövründən sonra illik 5%-lə faiz hesablanmaqla Cavabdeh1 Fəramiz oğlunun xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas, faiz və əldən çıxmış fayda borcu 1.255,76 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2023-cü il tarixlərə: əsas borc üzrə 937,13 ABŞ dolları, faiz borcu üzrə 265,78 ABŞ dolları (illik 10%-lə), əldən çıxmış fayda borcu üzrə 52,84 ABŞ dolları (illik 5%-lə) borc müəyyən edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın 1243.93 (bir min iki yüz qırx üç dollar, 93 sent) ABŞ dolları məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh1 Fəramiz oğlu, Cavabdeh2 və Cavabdeh3 cəmi 50 (əlli) ABŞ dollar məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 Fəramiz oğlu, Cavabdeh2 və Cavabdeh3 937.13 (doqquz yüz otuz yeddi ABŞ dolları on üç sent) ABŞ dolları əsas, 265.78 (iki yüz altmış beş ABŞ dolları yetmiş səkkiz sent) ABŞ dolları faiz, 50 (əlli) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52.84 (əlli iki ABŞ dolları səksən dörd sent) ABŞ dolları faiz borcu, cəmi 1305.78 (min üç yüz beş ABŞ dolları yetmiş səkkiz sent) ABŞ dolları qətnamə icra olunan günə (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) məbləğində pul müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 69.53 (altmış doqquz manat əlli üç qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 Fəramiz oğlundan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-ninhesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası iddia qismən təmin olunduğundan iş üzrə 200 (iki yüz) manat məbləğində məhkəmə xərci cavabdehlər Cavabdeh1 Fəramiz oğlundan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Fəramiz oğlundan, Cavabdeh2 və Cavabdeh3 937.13 (doqquz yüz otuz yeddi ABŞ dolları on üç sent) ABŞ dolları əsas, 265.78 (iki yüz altmış beş ABŞ dolları yetmiş səkkiz sent) ABŞ dolları faiz, 50 (əlli) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52.84 (əlli iki ABŞ dolları səksən dörd sent) ABŞ dolları faiz borcu, cəmi 1305.78 (min üç yüz beş ABŞ dolları yetmiş səkkiz sent) ABŞ dolları qətnamə icra olunan günə (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) məbləğində pul müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin. Cavabdehlər Cavabdeh1 Fəramiz oğlundan, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 69.53 (altmış doqquz manat əlli üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin. İş üzrə 200 (iki yüz) manat məbləğində məhkəmə xərcləri cavabdehlər Cavabdeh1 Fəramiz oğlundan, Cavabdeh2 və Cavabdeh3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar