Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-533/2023 27.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 1962,79 (bir min doqquz yüz altmış iki dollar, 79 sent) ABŞ dolları- bundan 462.44 (dörd yüz altmış iki dollar, 44 sent) ABŞ dolları əsas, 310.87 (üç y-üz on dollar, 87 sent) ABŞ dolları faiz, 1125.88 (bir min yüz iyirmi beş sent 88 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cu il tarixli Plenum qərarına əsasən hesablanmış 63.60 (altmış üç dollar, 60 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 53.37 (əlli üç manat, 37 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh3 Ələskər oğlu, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsini əsas tutaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin həmçinin iddiaçı tərəfindən 53.37 (əlli üç manat otuz yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun geri qaytarımasını və işin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mülki işin baxılmamış saxlanması barədə ərizə verilmiş və ona görə də, həmin mülki iş baxılmamış saxlanmalıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hal-hazırda İddiaçı LPO "xxxx" ASC-ninLəğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər MollayevFaliddinPakiddin oğluna, X1 və X3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə məhkəmədə işə baxılması üçün ödənilmiş 53.37 (əlli üç manat otuz yeddi qəpik) manat dövlət rüsumu iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qərardad qanuni qüvvəyə mindikdən sonrageri qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı LPO "xxxx" ASC-ninLəğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər MollayevFaliddinPakiddin oğluna, X1 və X3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı LPO "xxxx" ASC-ninLəğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər MollayevFaliddinPakiddin oğluna, X1 və X3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə məhkəmədə işə baxılması üçün ödənilmiş 53.37 (əlli üç manat otuz yeddi qəpik) manat dövlət rüsumu iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qərardad qanuni qüvvəyə mindikdən sonrageri qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-533/2023
Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-533/2023
27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver