Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-562/2025 17.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 5.156,34 (beş min bir yüz əlli altı ABŞ dolları 34 sent) ABŞ dolları - bundan 2.154,62 (iki min bir yüz əlli dörd ABŞ dolları 62 sent) ABŞ dolları əsas, 776,70 (yeddi yüz yetmiş altı ABŞ dolları 70 sent) ABŞ dolları faiz, 1.915,12 (bir min doqquz yüz on beş ABŞ dolları 12 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 309,90 (üç yüz doqquz ABŞ dolları 90 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 107,66 (bir yüz yeddi Manat 66 qəpik) Manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* №-li 24 dekabr 2014-cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 32 (otuz iki) faiz dərəcəsi ilə 5.740 (beş min yeddi yüz qırx) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM-240007569/ZM №-li 24 dekabr 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra ********* №-li 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə 28 aprel 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit”) 4.733,87 (dörd min yeddi yüz otuz üç aBş dolları 87 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 3.217,48 (üç min iki yüz on yeddi ABŞ dolları 48 sent) ABŞ dolları əsas borc, 1.417,25 (bir min dörd yüz on yeddi aBş dolları 25 sent) ABŞ dolları faiz borcu və 99,14 (doxsan doqquz ABŞ dolları 14 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 (on) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-A-41-3327/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 5.156,34 (beş min bir yüz əlli altı ABŞ dolları 34 sent) ABŞ dolları təşkil edir. Bundan 2.154,62 (iki min bir yüz əlli dörd ABŞ dolları 62 sent) ABŞ dolları əsas, 776,70 (yeddi yüz yetmiş altı ABŞ dolları 70 sent) ABŞ dolları faiz, 1.915,12 (bir min doqquz yüz on beş ABŞ dolları 12 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 309,90 (üç yüz doqquz ABŞ dolları 90 sent) ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, 2014-cü ildə DəmirBank ASC-dən 5000 manat kredit götürmək üçün müraciət etsələr də, kredit verildikdən sonra müqavilədə borcun dollarla hesablandığını verildiyini bilmişlər. Həmin kredit borcunu ər ay 221 manat olmaqla ödəmişlər, lakin həmin kredit ABŞ dolları ilə göstərildiyindən və sonradan dolların məzənnəsi qalxdığından borcu ödəyə bilməmişlər. Bir dəfə kredit müqaviləsi restrukturizasiya olunmuş, bundan sonra yenə borcdan ödəmişlər, lakin sonradan ödəyə bilməmişlər. Kredit borcunun olmasını qəbul edirlər, lakin cərimə borcu çox göstərilmişdir. Odur ki, nəzərə alınmasını xahiş edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək bildirmişdir ki, məhkəmə proseslərinin çoxluğunu, mürəkkəbliyini və s. bu kimi halları nəzərə alaraq məhkəmə iclasını iştirakları olmadan keçirib iddia tələbinin tam təmin edilməsinə dair yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan “DəmirBank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* №-li 24 dekabr 2014-cü il tarixli Kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 32 (otuz iki) faiz dərəcəsi ilə 5.740 (beş min yeddi yüz qırx) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan “DəmirBank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* №-li 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə 28 aprel 2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişin surətindən görünür ki, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit”) 4.733,87 (dörd min yeddi yüz otuz üç ABŞ dolları 87 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 3.217,48 (üç min iki yüz on yeddi ABŞ dolları 48 sent) ABŞ dolları əsas borc, 1.417,25 (bir min dörd yüz on yeddi ABŞ dolları 25 sent) ABŞ dolları faiz borcu və 99,14 (doxsan doqquz ABŞ dolları 14 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. İşdə olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə ünvanlanmış 25 fevral 2025-ci il tarixli 12- 5/2-A-41-3327/2025 saylı bildirişdən görünür ki, onların LPO Banka 2.154,62 (iki min bir yüz əlli dörd ABŞ dolları 62 sent) ABŞ dolları əsas, 776,70 (yeddi yüz yetmiş altı ABŞ dolları 70 sent) ABŞ dolları faiz, 1.915,12 (bir min doqquz yüz on beş ABŞ dolları 12 sent) ABŞ dolları cərimə, AR MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 309,90 (üç yüz doqquz ABŞ dolları 90 sent) ABŞ dolları faiz məbləği, ümumilikdə isə 5156.34 (beş min yüz əlli altı dollar otuz dörd sent) ABŞ dolları məbləğində borclarının qaldığı bildirilməklə həmin borcun 3 gün ərzində ödənilməsi tələb olunmuşdur. İşdə olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 dekabr 2014-cü il tarixli ********** saylı müqaviləyə əsasən həmin şəxsin banka 2.154,62 (iki min bir yüz əlli dörd ABŞ dolları 62 sent) ABŞ dolları əsas, 776,70 (yeddi yüz yetmiş altı ABŞ dolları 70 sent) ABŞ dolları faiz, 1.915,12 (bir min doqquz yüz on beş ABŞ dolları 12 sent) ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 309,90 (üç yüz doqquz ABŞ dolları 90 sent) ABŞ dolları faiz məbləği, ümumilikdə isə 5156.34 (beş min yüz əlli altı dollar otuz dörd sent) ABŞ dolları məbləğində borcu vardır. Beləlilklə, təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh1 LPO İddiaçı ASC ilə aralarında bağlanmış məlum kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuş və həmin müqavilə üzrə yaranmış öhdəliklərini lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, Cavabdeh1 LPO İddiaçı ASC ilə aralarında bağlanmış kredit sazişinin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, ödəməli olduğu əsas və faiz borclarını qaytarmamışdır. Bununla da, iddiaçının verilmiş kreditin ona hesablanmış faizlərlə birlikdə qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Bununla belə məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında Cavabdeh1 əsas və faiz borclarına, o cümlədən gecikdirilmiş günlər üçün faiz borcuna dair göstərilən məbləğlərlə razılaşsa da, hesab edir ki, 1915.12 ABŞ dolları məbləğində cərimənin tutulmasına dair iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi, mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülkihüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 1915,12 ABŞ dolları məbləğində hesablanmış cərimə borcu tənasübsüz surətdə yüksək olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cərimə məbləğinin azaldılaraq 190 ABŞ dolları məbləğində saxlanılması kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqlarının da qorunması və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısının alınması baxımından daha məqsədə müvafiqdir. Bundan başqa, məhkəmə iddianın Cavabdeh2 qarşı yönələn hissəsini müzakirə edərək qeyd edir ki, Cavabdeh2 zamin olduğu müqavilə öhdəliyinin icra müddəti restrukturizasiya edilmiş kredit müddətinin sonunda, yəni xx.xx.2022-ci il tarixdə sona çatmışdır. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı isə məhkəməyə hazırkı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə, yəni zaminliklə təmin olunmuş öhdəliyin icrası müddəti bitəndən təxminən 3 il sonra müraciət etmişdir. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində müəyyən olunmuş müddət kəsici müddət olmaqla məhkəmə tərəfindən öz təşəbbüsü ilə (tərəflərin istəyindən və müraciətindən asılı olmayaraq) tətbiq edilir. Ona görə də, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış Kredit müqaviləsi üzrə digər Cavabdeh2 zaminliyinə artıq xitam verilmiş hesab olunmalıdır. Odur ki, iddiaçının Cavabdeh2 qarşı iddia tələbini irəli sürməyə subyektiv hüququ olmadığından həmin şəxsə qarşı yönələn iddia tələbi rədd edilməlidir. Beləliklə də, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 2154.62 (iki min yüz əlli dörd dollar altmış iki sent) ABŞ dolları əsas borcu, 776.70 (yeddi yüz yetmiş altı dollar yetmiş sent) ABŞ dolları faiz borcu, 190 (yüz doxsan) ABŞ dolları cərimə borcu, 309.90 (üç yüz doqquz dollar doxsan qəpik) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi isə 3431.22 (üç min dörd yüz otuz bir dollar iyirmi iki sent) ABŞ dolları məbləğində kredit borcu qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddianın təmin olunan hissəsinə mütənasib olan hissəsi, yəni 78.33 (yetmiş səkkiz manat otuz üç qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2154.62 (iki min yüz əlli dörd dollar altmış iki sent) ABŞ dolları əsas borcu, 776.70 (yeddi yüz yetmiş altı dollar yetmiş sent) ABŞ dolları faiz borcu, 190 (yüz doxsan) ABŞ dolları cərimə borcu, 309.90 (üç yüz doqquz dollar doxsan qəpik) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi isə 3431.22 (üç min dörd yüz otuz bir dollar iyirmi iki sent) ABŞ dolları məbləğində kredit borcu qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin. Qalan hissədə iddia rədd edilsin. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddianın təmin olunan hissəsinə mütənasib olan hissəsi, yəni 78.33 (yetmiş səkkiz manat otuz üç qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №e-2(029)-562/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-562/2025
17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver