Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-565/2022 15.11.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcunun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və X4 müştərək qaydada 2768.36 manat məbləğində əsas borc və 2417.33 manat faiz borcu olmaqla, cəmi 5185.69 (beş min bir yüz səksən beş manat altmış doqquz qəpik) manat borcun və 72.26 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar rayon Məhkəməsinin e-2(029)-565/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki,İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 25 fevral 2020 il tarixli, 301804-862525/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 23% dərəcəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir.Eyni zamanda, bank və digər cavabdeh - X6 arasında 25 fevral 2020 il tarixli, 301804-862525/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 25 fevral 2020 il tarixli, 301804-862525/1 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır.Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 05 may 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 2768.36 manat məbləğində əsas borcu və 2417.33 manat faiz borcu olmaqla, ümumilikdə 5185.69 (Beş min bir yüz səksən beş manat altmış doqquz qəpik) manat məbləğində kredit borcu yaranmışdır.İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür.Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İddiaçı ASC-nin hüquqşünası Nümayəndə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, məhkəmə iclaslarının çoxluğu ilə əlaqədar olaraq nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Həmçinin bildirmişdir ki, borcalan ilə bank arasında borcun güzəşt olunması ilə bağlı razılıq əldə olunmamışdır. Ona görə də, işə İddiaçı ASC- nin nümayəndəsinin iştirakı olmadan baxaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı qismən qəbul edir, həmin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. O, ekspertin rəyi ilə razıdır, ondan və digər Cavabdeh1 Bəlabəy oğlundan İddiaçı ASC-nin xeyrinə ekspert rəyinə uyğun olaraq pulun tutulmasını xahiş edir. Bundan başqa bildirmişdir ki, işləri ilə əlaqədar 15 noyabr 2022-ci il tarixə təyin olunmuş məhkəmə iclasına gələ bilmir işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı qismən qəbul edir, o, Cavabdeh2 zamin durmuş, pulu alan Cavabdeh2dur. Banka olan borcu ödəyəcəyinə Zeynal söz verib. Həmin iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. O, ekspertin rəyi ilə razıdır, ondan və digər Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə ekspert rəyinə uyğun olaraq pulun tutulmasını xahiş edir. Bundan başqa bildirmişdir ki, işləri ilə əlaqədar 15 noyabr 2022-ci il tarixə təyin olunmuş məhkəmə iclasına gələ bilmir işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 25 fevral 2020 il tarixli, 301804-862525/1 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh2 24 ay müddətinə, illik 23% dərəcəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. İşdə olan 25 fevral 2020 il tarixli, 301804-862525/1 zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 25 fevral 2020 il tarixli,301804-862525/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşdur. İşdə olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 05 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 25 fevral 2020 il tarixli,301804-862525/1 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 23% dərəcəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit götürmüşdür. 05 may 2022-ci il tarixə borcalanın banka 2768.36 manat məbləğində əsas borc və 2417.33 manat faiz borcu olmaqla, cəmi 5185.69 (beş min bir yüz səksən beş manat altmış doqquz qəpik) manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikdirilmə 587 gün təşkil edir. İşdə olan 301/301/0017/2021 saylı xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki,borcalan Cavabdeh2 və zamin Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki,29 mart 2021 il tarixə ödəməli olduqları 183.31 (yüz səksən üç manat otuz bir qəpik) AZN borcu ödəməyərək imları ilə təsdiq etdikləri müqavilənin şərtini pozmuşlar. Borclu olduqları 2768.36 AZN əsas borc, 325.31 AZN faiz borcu və 32.87 AZN cərimə olmaqla, cəmi 3126.54 (üç min bir yüz iyirmi altı manat əlli dörd qəpik) AZN məbləğində vəsaiti xəbərdarlığı aldıqları günün növbəti iş günündən başlayaraq 5 gün müddətindən gec olmayaraq banka ödəmələrini onlardan tələb edilmişdir. Bununla əlaqədar onlara xəbərdarlıq edilmişdir ki, 3126.54 (üç min bir yüz iyirmi altı manat əlli dörd qəpik) AZN borcu 11 aprel 2021 il tarixinədək ödəmədikləri təqdirdə onların işi Hüquq Departamentinə təqdim ediləcək və barələrində məhkəmə qaydasında qanunvericiliyə uyğun daha ciddi tədbirlər görüləcəkdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X1 filialı tərəfindən verilmiş 23 may 2022-ci il tarixli **********2 saylı arayışdan görünür ki, Cavabdeh2 həqiqətən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində 19 mart 2021-ci il tarixindən işaxtaran kimi qeydiyyata alınmışdır və Nazirliyin “Yoxlamalar” altsistemində 12 mart 2021-ci il tarixindən 17 yanvar 2022-ci il tarixinə qədər olan dövrdə adına qüvvədə olan aktiv əmək müqaviləsi aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 143 saylı arayışdan görünür ki, 1995-ci il təvəllüdlü ehtiyatda olan əsgər Cavabdeh2 “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən, xx.xx.2020-ci il tarixində hərbi təlim toplanışlarına çağırılaraq N saylı hərbi hissəyə təhvil verilmiş və xx.xx.2021-ci il tarixədək həmin hərbi hissədə hərbi xidmətdə olmuşdur. xx.xx.2020-xx.xx.2020-ci il tarixdə Fizuli, Cəbrayıl, Xocavənd rayonları uğrunda gedən döyüşlərdə N saylı hərbi hissədə atıcı-sanitar vəzifəsində iştirak etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli 9/7009 saylı məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 25 fevral 2020-ci il tarixli, 301804-862525/1 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 Talib oğlunun və Cavabdeh1 Bəlabəy oğlunun 13 iyun 2022-ci il tarixinə (maliyyə arayışı tarixə) İddiaçı ASC olan borcu 3842.45 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə-2768.72, faiz borcu üzrə-1073.73 manat. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli 9/7009 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məjburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 24 oktyabr 2022-ci il tarixli 9/7009 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyi Cavabdeh2 və Cavabdeh1 Expressbank” ASC-yə olan əsas və faiz borclarının məbləğini müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2768.72 manat məbləğində əsas borc və1073.73 manat faiz borcu olmaqla, cəmi 3842.45 (üç min səkkiz yüz qırx iki manat qırx beş qəpik) manat tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 72.26 (yetmiş iki manat iyirmi altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASCnin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası məhkəmənin öz təşəbbüsü ilə təyin edildiyindən və iddia qismən təmin olunduğundaniş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2768.72 (iki min yeddi yüz altmış səkkiz manat yetmiş iki qəpik) manat məbləğində əsas borc və 1073.73 (min yetmiş üç manat yetmiş üç qəpik) manat faiz borcu olmaqla, cəmi 3842.45 (üç min səkkiz yüz qırx iki manat qırx beş qəpik) manat tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 72.26 (yetmiş iki manat iyirmi altı qəpik) manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-565/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-565/2022
15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver