Məhkəmə qərarları › İş №e-2(029)-566/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-566/2025

23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-566/2025 23.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 4.475,45 (dörd min dörd yüz yetmiş beş ABŞ dolları 45 sent) ABŞ dolları - bundan 1.900,54 (bir min doqquz yüz ABŞ dolları 54 sent) ABŞ dolları əsas, 685,40 (altı yüz səksən beş ABŞ dolları 40 sent) ABŞ dolları faiz, 1.620,41 (bir min altı yüz iyirmi ABŞ dolları 41 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 269,10 (iki yüz altmış doqquz ABŞ dolları 10 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 96,09 (doxsan altı Manat 09 qəpik) Manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 32 (otuz iki) faiz olmaqla 5.100 (beş min bir yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra 17 fevral 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə 29 may 2015-ci il tarixdə ********* nömrəli Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 4.846,17 (dörd min səkkiz yüz qırx altı ABŞ dolları 17 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti 35 (otuz beş) ay təyin edilir. Kreditin illik faiz dərəcəsi 32 (otuz iki) % təyin edilir. 17 fevral 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə 28 aprel 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4.126,55 (dörd min bir yüz iyirmi altı ABŞ dolları 55 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2.855,86 (iki min səkkiz yüz əlli beş ABŞ dolları 86 sent) ABŞ dolları əsas borcu, 1.235,9 (bir min iki yüz otuz beş ABŞ dolları 9 sent) ABŞ dolları faiz borcu və 34,79 (otuz dörd ABŞ dolları 79 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 (on) faiz ödənilir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-A-41-3456/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 4.475,45 (dörd min dörd yüz yetmiş beş ABŞ dolları 45 sent) ABŞ dolları təşkil edir. Bundan 1.900,54 (bir min doqquz yüz ABŞ dolları 54 sent) ABŞ dolları əsas, 685,40 (altı yüz səksən beş ABŞ dolları 40 sent) ABŞ dolları faiz, 1.620,41 (bir min altı yüz iyirmi ABŞ dolları 41 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 269,10 (iki yüz altmış doqquz ABŞ dolları 10 sent) ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin fondun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndə X4 məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddia tələbini tam müdafiə edir. İş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə iclasında iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, iddianı qəbul etmir, şəxsi işləri ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmir, işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını məhkəmədə xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 24 (iyirmi dörd) ay müddətinə illik 32 (otuz iki) faiz olmaqla 5.100 (beş min bir yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan 17 fevral 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə 29 may 2015-ci il tarixdə ********* saylı əlavə sazişin surətindən görünür ki, əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4.846,17 (dörd min səkkiz yüz qırx altı ABŞ dolları 17 sent) ABŞ dolları təşkil edir. Kreditin illik faiz dərəcəsi 32 (otuz iki) faiz təyin olunmuşdur. İşdə olan 17 fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə 28 aprel 2017ci il tarixli 02 saylı əlavə sazişin surətindən görünür ki, əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4126,55 (dörd min bir yüz iyirmi altı ABŞ dolları 55 sent) ABŞ dolları hesablanmışdır, kreditin müddəti 60 ay təyin olunaraq, xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. İşdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 27 fevral 2025ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 17 fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 26 fevral 2025-ci il tarixə borcalanın banka 1.900,54 (bir min doqquz yüz ABŞ dolları 54 sent) ABŞ dolları əsas, 685,40 (altı yüz səksən beş ABŞ dolları 40 sent) ABŞ dolları faiz, 1.620,41 (bir min altı yüz iyirmi ABŞ dolları 41 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 269,10 (iki yüz altmış doqquz ABŞ dolları 10 sent) ABŞ dolları faiz borcu, cəmi borcu 4.475,45 (dörd min dörd yüz yetmiş beş ABŞ dolları 45 sent) ABŞ dolları borcu mövcuddur. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən borcalan Cavabdeh borcun qaytarılması barədə xəbərdarlıq məktubugöndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/3338 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarından olan hesabdan çıxarış məlumatları və 17 fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 27 fevral 2025-ci il tarixinə (bildiriş tarixi olan tarixə) İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 2771.45 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədə: əsas borc üzrə 1900.24 ABŞ dolları, faiz borcu üzrə 602.27 ABŞ dolları, faiz borcu üzrə (5%lə) 268.94 ABŞ dolları. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 9/3338 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məjburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən, iddiaçının kredit müqavilələrinə görə yaranmış kredit borcu, ona hesablanmış faizlər və cəriməni vaxtından əvvəl tələb edilməsi hüququ yaranmışdır. Bununla belə işin məhkəmədə araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehdən bağlanmış kredit müqaviləsi üzrə cəmi borcu 4.475,45 (dörd min dörd yüz yetmiş beş ABŞ dolları 45 sent) ABŞ dolları - bundan 1.900,54 (bir min doqquz yüz ABŞ dolları 54 sent) ABŞ dolları əsas, 685,40 (altı yüz səksən beş ABŞ dolları 40 sent) ABŞ dolları faiz, 1.620,41 (bir min altı yüz iyirmi ABŞ dolları 41 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 269,10 (iki yüz altmış doqquz ABŞ dolları 10 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 96,09 (doxsan altı Manat 09 qəpik) Manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə xx.xx.2025-ci il tarixli 9/3338 saylı ekspert rəyini sübut kimi qəbul etmişdir. İş üzrə keçirilmiş ekspertiza zamanı verilmiş rəydə müqavilə müddətinin bitmə tarixinə yəni 27 fevral 2025-ci il tarixinə (bildiriş tarixi olan tarixə) əsas borc üzrə 1900.24 ABŞ dolları, faiz borcu üzrə 602.27 ABŞ dolları Müqavilə müddəti bitdikdən aycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmaqla faiz borcu üzrə 268.94 ABŞ dolları borc müəyyən edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın 1620.41 (min altı yüz iyirmi ABŞ dolları qırx bir sent) ABŞ dolları məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, Cavabdeh cəmi 50 (əlli) dolları məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, Cavabdeh 1900.24 (min doqquz yüz ABŞ dolları iyirmi dörd sent) ABŞ dolları əsas, 602.27 (altı yüz iki ABŞ dolları iyirmi yeddi sent) ABŞ dolları faiz, 50 (əlli) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 268.94 (iki yüz altmış səkkiz ABŞ dolları doxsan dörd sent) ABŞ dolları faizborcu, cəmi 2821.45 (iki min səkkiz yüz iyirmi bir ABŞ dolları qırx beş sent) ABŞ dolları qətnamə icra olunan günə (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-ninhesabına keçirilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 96.09 (doxsa altı manat doqquz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-ninhesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası iddia qismən təmin olunduğundaniş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1900.24 (min doqquz yüz ABŞ dolları iyirmi dörd sent) ABŞ dolları əsas, 602.27 (altı yüz iki ABŞ dolları iyirmi yeddi sent) ABŞ dolları faiz, 50 (əlli) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 268.94 (iki yüz altmış səkkiz ABŞ dolları doxsan dörd sent) ABŞ dolları faizborcu, cəmi 2821.45 (iki min səkkiz yüz iyirmi bir ABŞ dolları qırx beş sent) ABŞ dolları qətnamə icra olunan günə(ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin hesabına keçirilsin. Cavabdeh məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 96.09 (doxsa altı manat doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri cavabdeh X1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar