Məhkəmə qərarları › İş №e-2(029)-585/2025

Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-585/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-585/2025 08.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr”ə dair sadələşdirilmiş icraata dair iddia ərizəsinə və əlavə edilmiş sənədlərə məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq Müəyyən etdi: İddiaçı “X1” ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr”ə dair sadələşdirilmiş icraata dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə elektron informasiya sisteminin çıxarışından görünür ki, cavabdehin qeydiyyat yeri Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 29/8, mənzil 33 ünvanı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh rəsmi qeydiyyat ünvanı Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 29/8, mənzil 33 olduğuna görə iddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr”ə dair sadələşdirilmiş icraata dair iddia ərizəsi ilə mülki Qusar rayon məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr”ə dair sadələşdirilmiş icraata dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət qaytarılır. İddiaçı “X1” ASC məhkəmədə işə baxılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra iddiaçı “X1” ASC-yə qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr”ə dair sadələşdirilmiş icraata dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr”ə dair sadələşdirilmiş icraata dair iddia ərizəsi üzrə Sumqayıt Şəhər məhkəməsinə müraciət edə bilər. İddiaçı “X1” ASC məhkəmədə işə baxılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra iddiaçı “X1” ASC-yə qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar