Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-643/2024 01.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh Hacıməhəmmədoviçə qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh Hacıməhəmmədoviçə qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 İyun 2023-cü il tarixli, QSNPU-06340 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4678,01 (dörd min altı yüz yetmiş səkkiz manat 01 qəpik) manat, faiz borcuna görə 194,16 (bir yüz doxsan dörd manat 16 qəpik) manat, dəbbə borcuna görə 347,84 (üç yüz qırx yeddi manat 84 qəpik) manat, cəmi 5220,01 (beş min iki yüz iyirmi manat bir qəpik) manat məbləğində pulun və 72.21 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Qusar filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış 19 İyun 2023-cü il tarixli, QSNPU-06340 saylı kredit müqaviləsinə əsasən illik 16 % (on altı) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 7000 (yeddi min) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.L; 2.3.; 2.4 bəndləri). 19 İyun 2023-cü il tarixli, QSNPU-06340 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasmda bağlanmış 19 İyun 2023-cü il tarixli, QSNPU-06340 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 19-dan gec olmayaraq hər ay 342,75 (üç yüz qırx iki manat 75 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 19 İyun 2023-cü il tarixli, QSNPU-06340 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 4678,01 (dörd min altı yüz yetmiş səkkiz manat 01 qəpik) manat, faiz borcuna görə 194,16 (bir yüz doxsan dörd manat 16 qəpik) manat, dəbbə borcuna görə 347,84 (üç yüz qırx yeddi manat 84 qəpik) manat, borcun cəmi məbləği 5220,01 (beş min iki yüz iyirmi manat 01 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh 19 İyun 2023-cü il tarixli, QSNPU-06340 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4678,01 (dörd min altı yüz yetmiş səkkiz manat 01 qəpik) manat, faiz borcuna görə 194,16 (bir yüz doxsan dörd manat 16 qəpik) manat, dəbbə borcuna görə 347,84 (üç yüz qırx yeddi manat 84 qəpik) manat, cəmi 5220,01 (beş min iki yüz iyirmi manat 01 qəpik) manat, cəmi 5220,01 (beş min iki yüz iyirmi manat 01 qəpik) manat pul tutulmalıdır. İddiaçı ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Hacıməhəmmədoviç məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh Hacıməhəmmədoviç arasında bağlanmış xx.xx.2023-cü il tarixli QSNPU-06340 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh Hacıməhəmmədoviçə illik 16 faiz dərəsi ilə 24 ay müddətinə 7.000 (yeddi min) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Hacıməhəmmədoviçin 19 iyun 2023-cü il tarixli QSNPU- 06340 saylı kredit müqaviləsi üzrə 21 iyun 2024-cü il tarixinə olan əsas borcu 4678,01 manat, faiz borcu 194.16 manat, cərimə borcu 347.84 manat, cəmi borcu 5220.01 manat təşkil edir. Beləliklə də, təsvir olunanlardan görünür ki, borcalan Cavabdeh Hacıməhəmmədoviç kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı “Rabitəbank» Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqaviləsi ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bununla da, iddiaçının verilmiş kreditin ona hesablanmış faizlərlə birlikdə qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında cavabdeh Faik Kiçibəyovun əsas və faiz borclarına dair göstərilən məbləğlərlə razılaşsa da, hesab edir ki, 759,57 manat məbləğində cərimənin tutulmasına dair iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə dəbbə pulu 50 manat məbləğinə qədər azaldılmalıdır. Göründüyü kimi, mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülkihüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 347,84 manat məbləğində hesablanmış cərimə borcu tənasübsüz surətdə yüksək olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cərimə məbləğinin azaldılaraq 50 manat məbləğində saxlanılması kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqlarının da qorunması və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısının alınması baxımından daha məqsədə müvafiqdir. Odur ki, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh Hacıməhəmmədoviçdən 4678,01 manat əsas, 194.16 manat faiz, 50 manat cərimə, cəmi 4922.17 manat məbləğində borc tutularaq “Rabitəbank» Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 72,21 manat məbləğində dövlət rüsumu Cavabdeh Hacıməhəmmədoviçdən tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Hacıməhəmmədoviçdən 4678.01 (dörd min altı yüz yetmiş səkkiz manat bir qəpik) manat əsas, 194,16 (yüz doxsan dörd manat on altı qəpik) manat faiz və 50 (əlli) manat məbləğində cərimə borcu olmaqla, cəmi 4922,17 (dörd min doqquz yüz iyirmi iki manat on yeddi qəpik) manat məbləğində kredit borcu, həmçinin məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 72.21 (yetmiş iki manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №e-2(029)-643/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-643/2024
01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver